Yar eyləsə üşşaqi-diləfkarə ədavət
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yar eyləsə üşşaqi-diləfkarə ədavət,Mümkün degil aşiq eləsin yarə ədavət.
Gər qanımı içsə mənim ol dilbəri-xunxar,Mən kafir olum, etsəm o xunxarə ədavət.
Xar etmə məni hicrin ilə, ey güli-bixar,Gülşəndə hacan gül eləyib xarə ədavət?!
Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə,Səlman eləməz Əhmədi-Muxtarə ədavət.
Bir kərrə ədavət eləsəm mən sənə, ey gül,Yüz kərrə edim Heydəri-Kərrarə ədavət.
Bülbül gülə eylər gilə, ey novgüli-rəna,Hərgiz eləməz gülşənü gülzarə ədavət.
Yandırdı gecə şəmi-şəbistan pərü balın,Pərvanə haçan etmiş idi narə ədavət?
Maqta — the closing couplet bearing the poet’s pen name. Könlümə dolub mehrin, ədavət yeri yoxdur,Tək sən eləmə Seyyidi-biyarə ədavət.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-yar-eylese-ussaqi-dilefkare-edavet
Use ← → keys to move, R for a random poem
More by this author
Gördü bu keyfiyyəti ta bir siçan,Oldu siçan fövcünə müjdərəsan.
Siçanların pişiyə hədiyyə aparmalarıÇünki siçanlar bu sözü etdi guş,Getdi fərəhdən hamıdan əqlü huş.
Pişiyin hiyləsindən siçanların xəbər tutmalarıMuşlərə oldu əyan macəra,Eylədilər təziyə bəzmin bina.
Siçanların padşaha şikayətləriNaləkünan düşdü yola muşlər,Seyhəzənan cümlə o mədhuşlər.