Pişiyin hiyləsindən siçanların xəbər tutmaları
Muşlərə oldu əyan macəra,Eylədilər təziyə bəzmin bina.Beş siçanın ağladılar halına,Növhə edib surəti-əhvalına.Camə geyib cümləsi qətran kimi,Zahir edib göz yaşı tufan kimi,Hər biri torpaq sovurub başına,Ağladı hər bir bacı qardaşına.Açdı ağız oxşadı hər bir ana,“Vay, qəribim!” deyib etdi nəva.“Vay, verən canını çəngaldə!Halı olan çox yaman əhvaldə”.“Kəndi deşən, vay, dilavər siçan!Buğda yeyən, vay, hünərvər siçan!”Söylədilər: – Cəm olun, ey muşlər,Getdi dəxi taqət ilə huşlər!Zülmün əyan etdi bu zalım bizə,Halı yaman etdi bu zalım bizə.Xitteyi-Kirmanə edək irtihal,Sərvəri-muşanə edək ərzi-hal.Söyləyək ey sərvəri-kərdunsərir,Zülmün əyan etdi bizə bu şərir.Bu pişiyin zülmünə yox tabımız,Oldu tələf bir neçə əhbabımız.Zülmü cəfasını əyan eyləyib,Məscid ara bir neçə qan eyləyib.Başına əmmamə qoyur, abidəm,Tərki-cahan eyləmişəm, zahidəm.Biz də inandıq onun ətvarına,Tövbəsinə, virdinə, əzkarına;Getdik ona töhfeyi-əlvan ilə,Neməti-üzmayi-firavan ilə;Məscid ara bir neçə qan eylədi,Zülmünü zahir, nə nihan eylədi.Səbheyi-səddanəsi bir dam imiş,Məzhəbi yox, xarici-islam imiş.Hiylə imiş cümlə namazı onun,Xüdə imiş razü niyazı ovun.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-pisiyin-hiylesinden-sicanlarin-xeber-tutmalari
Use ← → keys to move, R for a random poem
More by this author
Bu səffədə piri tulla gürgə,Damə atılır kühən süpürgə.
Eşidib ölməgüvi şəhrdən öldüm, getdimEşidib ölməgüvi şəhrdən öldüm, getdim,Eylə, ey mah, məni tərki-səfərdən ehya.
Yad ol günlər ki, bavər eyləməzdim, ey könülYad ol günlər ki, bavər eyləməzdim, ey könül,Gər şikayət eyləsəydi kimsə hicri-yardən.
Eşitdim ta qiyamət qamətindən bir əlamətdirEşitdim ta qiyamət qamətindən bir əlamətdir,Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir.