Könül olubdu fərağında biqərar, ey dust,Neçin məni elədin zarü dilfikar, ey dust!

Ümid əlim üzülüb daməni-visalından,Sənə bu növ degildim ümidvar, ey dust!

Binayi-taqətimi seyli-ğəm xərab etdi,Bu qədr gözlərimi etmə əşkbar, ey dust!

Visaldə neçə gün xoş keçirdi əyyamım,Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust!

Nə sən fəraqə səbəb olmusan, nə mən bais,Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!

Səni vəfalı bilib eşqinə könül verdim,Pəriliqalərə olmazmış etibar, ey dust!

Olar nə lütf idi, ey gülüzar, bu nə cəfa,Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust!

Səni qəsəm verirəm ol kərimi-zişənə,Bəyan qıl mənə könlündə hər nə var, ey dust!

Maqta — the closing couplet bearing the poet’s pen name. Fəda olum sənə, Seyyid sənin qulamındır,Bu qədr zillətə etmə onu düçar, ey dust!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love