Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.
Aləm oldu şad, bülbül vəsli-güldən kamyab,Məndədir bir gül fərağından qəmi-aləm hənuz.
Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak,Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz.
Afitabım, ləlini bir gecə görmüş xabdə,Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz.
Mehri ol mahın siriştə oldu ol gün könlüməKim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz.
Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba,Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz.
Görmüşəm xab içrə bir müddətdi qaşın tağını,Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida,Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-bagler-sebz-oldu-olmaz-xatirim-xurrem-henuz
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.
Şahın mülazimi ilə zarafatıQıldı bir padşah əzmi-şikar,İsti oldu o gün həva büsyar.
Oğluma nəsihət (Ey oğul, şahə eyləmə cürət)Ey oğul, şahə eyləmə cürət,Şah təbinə özgədir halət.
Hədis (Olsa mehmanın, ey pəsər, kafər)Olsa mehmanın, ey pəsər, kafər,Ona ikram eylə, cani-pədər.