Aşiqəm, aşiqəm nigarə qəsəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Aşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.
Ruzgarım qaraldı zülfün tək,O səri-zülfi-müşkbarə qəsəm.
Eşqüvə, ey nigar, məcburəm,O gedən əldən ixtiyarə qəsəm.
Çəkmərəm hiç damənindən əlVerməsən kam, kirdgarə qəsəm.
Ağlaram ol qədər ki, qərq olusan,Lücceyi-çeşmi-əşkbarə qəsəm.
Mənə təlx etdi ömrü hicranın,Ləzzəti-zövqi-vəsli-yarə qəsəm.
Qaşın, ey zülfü qarə, qətlim edər,O ikibaşlı Zülfüqarə qəsəm.
Maqta — the closing couplet bearing the poet’s pen name. And içib Seyyid aşiqin oldu,Müshəfi-hüsnüvə dübarə, qəsəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-asiqem-asiqem-nigare-qesem
Use ← → keys to move, R for a random poem
More by this author
Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.
Ey könül, ol gül üçün naləvü zar etmə dəxiEy könül, ol gül üçün naləvü zar etmə dəxi,Özüvü dideyi-əğyardə xar etmə dəxi.
Hər aşiqi-dilsuxtə bir meyldə qaldıHər aşiqi-dilsuxtə bir meyldə qaldı,Məcnuni-siyəhbəxt qəmi-Leylidə qaldı.
Dustlər, mən görən ol dilbəri-ziba kim idi?Dustlər, mən görən ol dilbəri-ziba kim idi?Dağıdan gül üzünə zülfi-mütərra kim idi?