Ey dustlər, ol sərvi-xuraman sizin olsun,Canan sizin olsun.Seyri-güli-gülzarü gülüstan sizin olsun,Reyhan sizin olsun.Biz atəşi-hicran ilə duzəxlərə yandıq,Sövdayə boyandıq.Vəsl aləmi ol rovzeyi-rizvan sizin olsun,Qılman sizin olsun.Biz cəm ikən ol silsilədən təfriqə düşdük,Bu danə ilişdük,Sərhəlqeyi-geysuyi-pərişan sizin olsun,Saman sizin olsun.Zülfü həvəsindən bizə Şam oldu nişimən,Etdik onu məskən.Ol arizi xürşid ilə Şirvan sizin olsun,Dövran sizin olsun.Ol murxətin qaldı könül vəslinə həsrət,Yoxdur mənə fürsət.Gülzari-Səba, mülki-Süleyman sizin olsun,Fərman sizin olsun.Ey zahiri ixvani-Səfa, gürgədalər,Biəhdü vəfalər.Yəqub mən oldum, məhi-Kənan sizin olsun,Ol can sizin olsun.Seyyid təki siz olmayın əlbəttə vəfasız,Bişərmü həyasız,Can ol qaragöz dilbərimin, can sizin olsun,Canan sizin olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love