Dünyadə cəfasız bizə bir yar tapılmaz
Dünyadə cəfasız bizə bir yar tapılmaz,Dildar tapılmaz.Məşhur məsəldir; güli-bixar tapılmaz,Gülzar tapılmaz.Sünbül nəçidir kim, ola ol zülfə bərabər,Ey laleyi-əhmər,Zülfün kimi bir nafeyi-tatar tapılmaz,Bir tar tapılmaz.Qəddin kimi var bağdə çox sərvü sənubər,Şimşad ilə ər-ər,Onlarda vəli səndəki rəftar tapılmaz,Ətvar tapılmaz.Bu rənci-xumar eylədi dilxun məni, saqi,Yoxmu meyi-baqi,Camında məgər badeyi-gülnar tapılmaz,Asar tapılmaz.Biz gövhəri-pürqiyməti-gəncineyi-canıq,Bir gənci-nihanıq.Qaldıq, bizə dünyadə xəridar tapılmaz,Bazar tapılmaz.Əsrari-xudadən dilü canımdı ləbaləb,Divani-mürəttəb,Şərh etməgə bir məhrəmi-əsrar tapılmaz,Dəyyar tapılmaz.Sövdayi-qəmi-zülfdə artırdı fəğanın,Tərk eylədi canın,Seyyid kimi bir şairi-biar tapılmaz,Bikar tapılmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dunyade-cefasiz-bize-bir-yar-tapilmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Vardı İskəndər əsri iki həkim,Mülki-Yunanda, vacibüt-təkrim.
Xeyir söyləməzin hekayəsiVardı bir xeyrsöyləməz nadan,Dilinə xeyr gəlməyib bir an.
Toxucunun hekayəsiVar idi İsfəhanda bir nəssac,Toxudu şahə bir gözəl dibac.
Həzrəti-İsanın qissəsiBir gün, ey ruhi-həzrəti-İsa,Kəlmeyi-həq, o nuri-paki-xuda
Poems by other poets · Love
Dilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirŞəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.