Yüz acı eyham var hər bir sözündəSaçları buluddu günəş üzündə.İldırım gizlədib qara gözündə,Bu şimşək biryolluq çaxsın qurtarsın.

Gözümdən qubarı yarım sildirsin,Baxsın qərarını açıq bildirsin.Ya məni öldürsün, ya da güldürsün,Canımı odlara yaxsın qurtarsın.

Gözləri həsrətin gözüdür, baxır.Araz ayrılıqda axır, hey axır.Suyu od oğlunu yandırır-yaxır,Mən də gözləyirəm axsın qurtarsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation