Şair ölümünə mən inanmıram
Bir duma təkləndi, bir şam qaraldı,Bir dalğa qıy çəkib itdi dənizdə.Şeir rübabından bir tel qırıldı,Bir səs çatışmayır xoş nəğməmizdə.
Keçib fırtınadan, tufan içindən,İşıqlı sahili haqlamışdı o.Keçib tarixinin keşməkeşindən,Bir şair ürəyi saxlamışdı o.
Əyilib güllərə salam deyirdi,Deyirdi sabahın hüsnü özgədir.“Heç yana, heç yerə tələsməyirdi”.Nə bilsin karvanı yığışıb gedir.
Hər misra yazanda o, bir yaş artdı,Düşündü hamını – tanışı, yadı.Neçə qəhrəmanı yazdı, yaşatdı,Özü yaşamağa vaxtı qalmadı.
Bilirdi həyatın üzü soyuqdur,Dünyaya “namərdsən” deməmişdi o.Qanundur, oyanı, buyanı yoxdur,Gələn getməlidir; gəldi-getdi o.
Ölüm də qanundur yaşamaq kimi,Odur ki, artıqdır göz yaşları, qəm.Deyib qurtarmamış hələ fikriniŞair necə ölər, başa düşmürəm!
Qəlbində deməli min nəğmə, min sirr,Ruhunda yaratmaq, yazmaq həvəsi, –Torpağın qoynuna qoyulsa şairAlışıb yanmazmı bu yer kürəsi?
Ölüm doğulmaqtək ötərgi andır,Hər beşik axırda bir məzar olub.Ölüm bu dünyada doğulanındır,Şairsə dünyadan əvvəl doğulub.
Hələ yaranmamış bu yer kürəsi,Küləklər min nəğmə bəstələmişdi.Çoxdan yaranmışdı şerin nəfəsi,Hər ulduz şirin bir layla demişdi.
Ölüm də, olum da, bunlar bir yana,Bu adi qanunu mən də danmıram.Şair nəğmə kimi gəlir cahana,Nəğmə ölümünə mən inanmıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-sair-olumune-men-inanmiram
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Qəbrimin üstünə gəldiyin zaman*Pak olan ruhumu xatırla bir an...*
Çox imişXudunun əziz xatirəsinə*Usanıb şəhərin küy-kələyindən
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
قصاب منی و در غمت میجوشمتا کارد به استخوان رسد میکوشم