Hardasa, nə vaxt
Hardaydı, bilmirəm, gəldik üz-üzə,Gözlər yana baxdı, ürək alışdı.Buludlar dayanıb baxdılar bizə,Lalələr titrəşib nəsə danışdı.
Ayrıldıq gərəksiz saxta vüqarla,Biz dönüb baxmadıq geriyə ancaq.O vaxtdan gedirəm mən bu yollarlaÜrəyim deyir ki, dön bir, geri bax.
“Geri bax” söyləyir saçımda külək,Arxada qalıbdı könlümün gözü.Nəyə lazım imiş üz-üzə gəlmək,Yollar başqa səmtə çəkirsə bizi.
O vaxtdan gedirəm bu yollarla mən.Deyirəm dayansın üz-üzə gələnGöydə təyyarələr, yerdə qatarlarOrda görüşməmiş ayrılanlar var.
Tələsmə üz-üzə gəlib ötməyə,Bircə an dayanın, dinin, danışın.Küləklər üstündən ötüşür deyə,Bilməyir sirrini minillik daşın.
Siz ar bilməyiniz ürək açmağı,Dayanın, ötsəniz, boylanın geri!Zaman da tələsmir ömrün bu çağı,Dayanır gözləyir görüşənləri.
Görüşdük nə vaxtsa, bir yol hardasa,Dinmədin, ürəyim, əzabındı çək.Bəlkə bir də yollar görüşdürəcəkBizi qocalanda, əlimdə əsa.
Dayan! Dur! – deyərəm mən də o vaxtıDeyərəm: “Qulaq as, qəlbim nə çəkdi...”Buludlar göylərdə qaralacaqdı,Lalələr kədərlə deyinəcəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-hardasa-ne-vaxt
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
GördünmüGedən karvan, əylə görüm köçünü,O yollarda Xançobanı gördünmü?
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,