Ağ incidən xal düzürsən üzünəGöz yaşların yanağına axanda.Sən yazırsan gözlərinlə gözüməDərd-qəmini, mənə sarı baxanda.

Kövrəlməyin ürəyimi əsdirir,Gedəcəksən bu hal ilə hara, yar?Ölüm gündə min qapını kəsdirir,Gəl geyinmə sən əyninə qara, yar!

Çox ağlama, gülünc olmayaq yada,Fikir çəkmə, gül yanağın solmasın.Sevdiyim qız, görmüsənmi dünyadaİnsan olsun, dərdi-səri olmasın!

Haqqın yoxdur belə hökmü verməyə,Çaylaq olsun, çayın daşı olmasın?Heç olarmı göz yaransın görməyə,Ağlamağa gözün yaşı olmasın?

Bu halına nə deyim mən, nə bilim?Qara geysəm, sən mənə nə deyərsən?Əgər sənin vəfan varsa, sevgilim,Çıxart onu, mən öləndə geyərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love