Gəzdirərəm ürəyimdə bürkünü,Dağlar geyib yaşıl yarpaq kürkünü.Mən ömürdən burda keçən hər günü,Ömür saydım, hədər saya bilmərəm.

Namərd olub öz dərdimə gülməsəm,Sağlıq olsun, görüşərik ölməsəm,Əgər bir vaxt Lənkərana gəlməsəm,Qəza sayın, qədər saya bilmərəm.

Ürəyimi döyündürün, döyməyin,Sərhəd üstə geydim həsrət köynəyin,Mənə burda “kədərlənmə” deməyin,Mən bu dərdi kədər saya bilmərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets