Bir gözələ gözüm düşdü,Mən dönərəm, könül dönməz.Ruhum getdi, əqlim çaşdı,Mən dönərəm, könül dönməz.

Dərdimi söylərəm başdan,Ay qabaqdan, qələm qaşdan.Şirin dilli bir ölmüşdənMən dönərəm, könül dönməz.

Molla Cümə, eylə dastan,Mail baxan gözü məstan,Bir vəfalı, sevən dostdanMən dönərəm, könül dönməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love