Bir qılıncla ikiyəBölünmüşdür bir bədən.Bu bölgünü görəndəÜrəkdən ağladım mən.

Bir ah çəkib inlədimAhım göyə ucaldı...Göyün yeddi qatınaBu ah vəlvələ saldı:Buludları ağlatdı...Mənim də göz yaşımıAxan sellərə qatdıBu sel, bu göz yaşlarıAxdı Qara dənizə,Mənim bu fəryadımıÇatdırmaq üçün sizəMənim kimi torpağıBölünmüş ölkənizə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring