Bilmədim sən bilmisən
Mən sənə biganə qaldım, bilmədim sən bilmisən,Ey əsir qız, toy da çaldım, bilmədim sən bilmisən.
Sən düşən gündən əsir mən də köç etdim Baküyə,Bağçalı-bağlı ev aldım, bilmədim sən bilmisən.
Mən sənin qarşında görsənsəm də bir alçaq kimi,Mənsəb aldıqcan ucaldım, bilmədim sən bilmisən.
Sən qızıl qızlıq itirməkdən saraldın gün kimi,Mən qızıl yığdım saraldım bilmədim sən bilmisən.
Sən barışdıqcan səni məhv eyləyən taleh ilə,Mən qarışdıqcan çoxaldım bilmədim sən bilmisən.
Ta ki, qıldım dərkini Pünhan, olub keçmişlərin,Bir günə yüz il qocaldım, bilmədim sən bilmisən.
18 iyun, 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-bilmedim-sen-bilmisen
Use ← → keys to move, R for a random poem
More by this author
Sən bizə bir gün nəzər et, pus bizi,Barmağına lap dolayıb rus bizi.
Ağsaq ayaqnan sürürükBu ömür yollarını yaxşı soraqnan sürürük,Başımız üstə çəkic, əldə oraqnan sürürük.
Tazə «hop-hop»namə gəlirSevinin ölkəmizə gündə neçə namə gəlir,Unudub aclığı ellər toya, bayrama gəlir.
Namusa vicdana tüpürSənə bir məsləhətim var yıxıl öl, canə tüpür.O təqaüdlə gələn, bir-iki şirvana tüpür.