Ağsaq ayaqnan sürürük
Bu ömür yollarını yaxşı soraqnan sürürük,Başımız üstə çəkic, əldə oraqnan sürürük.
Çörəyin qiyməti artdıqca alanlar azalır,Azalan çoxları beş metrəlik ağnan sürürük.
Səhər idman edirik, axşama reklam yeyirik,Qarnımız olsa da ac ömrü maraqnan sürürük.
Mindiriblər bizi axsaq ulağa – yol gedirik,Bu çətin yolları biz axsaq ayaqnan sürürük.
Ölkəmiz bir gəmidir, Azərbaycan gəmisi,Hələlik fittəyirik, qorxma qıraqnan sürürük.
Mən dedim halıma yan, mən demədim dalıma min,Günümüz kölgələnib, səmti çıraqnan sürürük.
Pünhanam qəddimi sındır, qələmim sındırma,Şairik ömrümüzü biz də varaqnan sürürük.
25 noyabr 1996. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-agsaq-ayaqnan-sururuk
Use ← → keys to move, R for a random poem
More by this author
Alçaqlara yüksək dedik, axmaqlığımızdan,Yüksəkləri yıxdıq yerə, qorxaqlığımızdan.
Həqdən qələm verdiŞükürlər olsun Allaha, mənə min bir ələm verdi,Sınağından çıxarıb, sonra da həqdən qələm verdi.
Adəm gedim insan giləKüsmüsən canandan, ey can, dur gedək canan gilə,Bir də heç vaxt olmayaq mehman, şəbi-hicran gilə.
Mail tək ağsaqqal kimi...Dördü qəm çiynimdə, hey ömr eylərəm hambal kimi,Bax, bu hamballıq yazılmış alnıma iqbal kimi.
Poems by other poets · Homeland
Bu millətə nə verdik ki?Kimsə qapdı ziyasını,
KimdədiNə ucadı, nə alçaqdı,bu məqamlar kimdədi,Gözəl işlər, gözəl peşə, böyük namlar kimdədi.
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
AzərbaycanQabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;