Hər kəsin qəsdindən aşıqlıq keçir,Qarşı gəlsin edək cəngi qıjhaqıj.Dəli könül dərya təki çalxanır,Qeyzə gəlir səs ahəngi qıjhaqıj.

Hər kəs istər qana aşıq sirrini,Axtarsın dayazı, gəzsin dərini.Qeyli-qala salan aşiq sərini,Siyah çalar qızıl rəngi qıjhaqıj.

Ələsgərin qəddi Sinaya yetər,Dərs alanlar gedər sinaya yetər.Əzrail qəsd eylər, sinaya yetər,Can alar dəstində cəngi qıjhaqıj.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets