Məktəbli ilə müəllimin əhvalatı
Bir uşaq incimişdi məktəbdən,Dedi: – Ey xaliqi-zəminü zəmən,Bir ölüm ver bizim bu ustadə,Ta olum məktəbindən azadə.Bir doyunca gedim gəzim baği,Həm edim baği seyr, həm daği.Bu duani eşitdi mollası,Dedi: – Oğlum, bunun nə mənası?Mən əgər rehlət etsəm üqbayə,Qoyar atan bir özgə mollayə.Atanın mərgin istə, ey nadan,Qalasan ta yetimü sərgərdan.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-mektebli-ile-muellimin-ehvalati
Use ← → keys to move, R for a random poem
More by this author
Bir axmaq qazinin yanına gəlib sual elədi ki, oruc tutan şəxsə nə vaxtoruc açmaq gərək?
Dərviş və qəni hekayəsiBir dərviş bir dövlətlinin yanına gəlib dedi ki, hər ikimizin atamızAdəm və anamız Həvvadır. Bəs mən sənə qardaşam. Sənin bu qədər
Oğru hekayəsiBir oğru bir şəxsin libasını oğurladı. Aparıb bazarda bir dəllala verdiki, satsın. İttifaqən o libası ondan dəxi oğurladılar. Oğru əliboş yoldaş-
Çəpgöz hekayəsiBir əhvəldən (yəni çəp) bir nəfər şəxs soruşdu ki, bu söz doğrudurki, deyirlər çəplər biri iki görür?