Aşıq Heydər:Bu dünyada dərd görmüşəm,Ağrıyıb başım mənim.Odur elə ürəyimə,Axıb göz yaşım mənim.Çox gəzmişəm, dolanmışam,«Haqq» deyə-deyə eldə.Qazandığım el hörməti,Dərddi daşbaşım mənim.

Aşıq Nəsib:Sən də mənim bir tayımsan,Dağılmaz huşum mənim.Neyləyim ki, Heydər deyir,Bu könül quşum mənim.Bizim bu doğma ellərdə,Yaxşıca gəzmək gərək.Mən ellərdən güc almışam,Bişibdi aşım mənim.

Aşıq Heydər:Çox odlara tutuşmuşamHələ də sönmür odum;Qıpqırmızı qızarıbdıTəndir tək könül badım.Qızınanlar heç az deyil,İçində dostum-yadım.Bəxt deyilən qara gəlib,Ağırdı daşım mənim.

Aşıq Nəsib:Ey yolunda gəzən aşıq,Dərdə düşər – qaydadı.Bərkə-boşa düşmək yəqin,Haqq quluna faydadı.Ömrü kəsir – fələyə bax,Gör bir o nə haydadı.Sən də çox yaxşı bilirsən,A qəm yoldaşım mənim!

Aşıq Heydər:Neyləməli, sözdü gəldi,Biz də dilə gətirdik.Dərdü-səri qəlbimizdənAtdıq, ələ gətirdik.Söz-söhbəti şirin edib,Eldən-elə gətirdik.Heydər, amma unutma ki,Artıbdı yaşım mənim.

Aşıq Nəsib:Söz ki gəldi ortalığa,Könlümüz güldü burda.Hər deyilən yeni fikir,Təzə-tər güldü burda.Nəsib, qəmdən çox danışdıq,Belini bükdük burda.Dərd deyilən, bax, azaldı,Bir oldu beşim mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets