COBAN ƏLİ:Bir sarı köynəyin yandın oduna,Düşdün çöldən-çölə divanə kimi.Oduna bir kimsə su da səpmədi,Qəlbin yanıb oldu viranə kimi.

AŞIQ HEYDƏR:Haqqı dana bilməm, önündə qulam,Tez-tez incitsə də dərdü- sər məni.Çöllərə düşəndən cavan yaşımdan,Təbim moc verdikcə tərpədər məni.

ÇOBAN ƏLİ:Durub dincəlmədin eşq ataşından,Bir kömək görmədin yar-yoldaşından.Qoruna bilmədin qəmin daşındanO yıxıq qəlbini qurana kimi.

AŞIQ HEYDƏR:Kimi uzaq oldu eşq ataşından,Coxu məğlub çıxdı dərd savaşından,Yolumu hey saldım bulaq başından,Qəm də etdi belə dərbədər məni.

ÇOBAN ƏLİ:Çoban Əli deyər, haqqı danma gəl,Mərdin qabağına çıxar yüz əngəl.O qara baxtınan olursan mətəl,İndi dolanırsan pirana kimi.

AŞIQ HEYDƏR:Aşıq Heydər deyər yatdığım yerdə,Ərərnlər-ərəni üstümdə durdu.Nur dolu badəni əlimə verdi,Içdim tutdu odu bir qədər məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets