Dillərə salaram səni,Od tutarsan, molla Qara.Xəstə olub sürünərsən,Çox yatarsan, Molla Qara.Başın dəyər neçə daşa,Huşun itər, ağlın olmaz,Düşərsən tozlu yollara,Dərd satarsan, Molla Qara.

Mollalardan xeyir gəlməz,Neçə-neçə görmüşəm mən,Üz-üzə gəlmişəm, neynim,Paylarını vermişəm mən.El içində ad-sanım var,Məclisimi qurmuşam mən.Mən atlıyam, piyadasan,Sən çatarsan, Molla Qara.

Cıldır, Ağbaba, Qağızman,Qarsdan belə gəzən mənəm.Şirin-şirin söhbətləri,Nizamlayıb düzən mənəm.Dərin-dərin dəryalarda,Qəvvas kimi üzən mənəm.Üzmə şərin ümmanında,Tez batarsan, Molla Qara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets