O dünyada stirükafir əkildi,Misqal- misqal badyalara töküldü,Qoxusundan suvalçılar çəkildi,Onda dedim: La İlahə İlləllah!

Yeridim yetişdim bir güllü bağa,Gülün dərdim, düşdüm bir ağ otağa,Ənkir- Münkür dayanmışdı çomağa,Onda dedim: La İlahə İlləllah!

Oxudum, öyrəndim, heç nə bilmədim,Ağladım, sıtqadım, gah da inlədim,Könlümün səsini özüm dinlədim,Onda dedim: La İlahə İlləllah!

Biçarə Heydərin qalmadı tabı,Bir suala verdim min bir cavabı,Həkk oldu sinəmdə eşqin kitabı,Onda dedim: La İlahə İlləllah!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets