Var-dövlət dediyin bir əl çirkidi,Çox da qürrələnib öyünmə, Hacı.Qoca yaşda türfə qönçə dəribsən,Könlü deməz səni, söyünmə Hacı.

Yaxşı olar tapa taylı tayını,Gül neyləyər bülbüllərin zayını.Saxlaya bilməzsən eşqin yayını,Sonra peşman olub, deyinmə Hacı.

Demə, Məmmədhüseyni varla bağladın,Bağrın başın çalın-çarpaz dağladın.O zaman ki zülüm-zülüm ağladın,Deyərəm, diri dur, üyünmə, Hacı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring