سپیده دم ز می لعل جوی جام بلورخواص کوثر کاس و مزاجها کافور

ز عقد سبحه مجو نشئه صفای درونکه هست منشا آن ذوق دانه انگور

نیازمندی مستی که از سر عجز استبه از نماز فقیهی که سر نهد بغرور

ریاض میکده خوش روضه ایست یافته زیببساقیان چو غلمان و شاهدان چو حور

چه باشد ار نکند میل میکده زاهدز روضه دوری کافر نمی نماید دور

بدور ساغر می نازنین خطی دیدمبدین عبارت رنگین و دلگشا مسطور

که ای نیافته کیفیتی ز هشیاریفتاده شام و سحرگاه مست رگه مخمور

چه راه می سپری در طریق نامحمودچه عمر میگذرانی به سعی نامشکور

مرو مرو که ازین ره نمی رسی بثوابمکن مکن که ندارد چنین عمل مأجور

به بزم می دهی آرایشی ز ساغر و سازکه آن نهایت ذوق است این کمال سرور

ولی ز معرفت هر دو نیستی آگهز بسکه مستی ذوقت ربوده است شعور

نه حدتست طبیعی که در مزاج می استنه نغمه آنکه ز طنبور می رسد بظهور

دل شراب بمحرومی تو می سوزدبه بی نوایی تو نوحه می کند طنبور

پر هما زده بر سر از پی زیورز بهر حلیه به تن حله داده ز سمور

نشان مردمی از تو چه گونه جوید کسکه هست سیر تو در کسوت وحوش و طیور

ترا وحوش و طیورند تابع از سر عجزتو کرده ای همه را خصم جان خویش به زور

ز بندگیت زده کرم ناتوانی دمبه خدمتت شده زنبور عاجزی مأمور

ز برگ ساده نموده یکی هزار الوانز زهر ناب یکی ساخته شراب طهور

کمال آن دو هنر از تو می پذیرد نقصبه صورتی که از آنها رسد بطبع نفور

چه گونه کرم بخونخواریت نبندد دلز نیش خویش معافت چه سان کند زنبور

قدم به مقبره نه گوش کن که نکته سراستزبان لوح مزار از دهان حجره گور

مزن باهلی قبور از غرور استغناکه طالبان وصال تواند اهل قبور

رهیست طول امل از وجود تا به عدممنازلند صباح و مسا درین ره دور

تردد تو درین راه اگر بود صاد سالمگو که قطع منازل نمی شود بمرور

شبیه نوع بشر دانهای تسبیح استکه نظم یافته در رشته سنین و شهور

روا مبین که بود گردش صغل (؟) سبحهخلاف قاعده بی ذکر کردکار شکور

دل از تخیل دوزخ دمی مکن فارغکه شمع از اثر نار دارد آن همه نور

نشاط شاهد و میخانه هر که دید امروزبروز حشر ندارد قبول حور و قصور

می مغان مخور امشب که تا خوری فرداسپیده دم ز کف ساقیان شراب طهور

شنیده ام که چو حکم خدا کسی شنوداگر خلاف کند نیست در کنه معذور

فریب نفس مده در خطا که راه هوابگیر و باک مدار ان ربنا لغفور

گرفتم آن که مواخذ بفعل بد شنویبباغ روضه در آیی مطهر و مغفور

چنین که نیست خیالی ترا بغیر از شرچنین که نیست هوایی ترا بغیر از شور

عجب گر از تو نیابد ملال رضوان همعجب گر از تو نه بیند قصور روضه قصور

همیشه کارکنان تواند بهر معاشاگر جنوب و شمالست گر صبا و دبور

ولی ز نقد حیات تو می رسد دایمبقدر آنچه کنند اجرتی بهر مزدور

چو جمع فائده جز مصرف خسارت نیستچو نیست حاصل مزدور بیشتر ز اجور

بباد رفته شمر چون حباب خانه بادخراب ساخته کز آنچه می کنی معمور

بهر کسی پی حسن معاش روی منهفول وجه لمن ترجع الیه امور

علی عالی اعلی که در تمامی عمرگرفته است باستادی از همه منشور

شهی که نام خوشش ورد بود و دور نبودهنوز معجز داود و گفت و گوی زبور

میان مجمع ارواح داشت ذکر نداشتخبر هنوز ز اشباح مجمع مذکور

مکارم ملکی در صفات او موجودمناقب بشری در وجود او محصور

حصول هر چه ز امکان کس ازو ممکنقضای هر چه ز مقدور کس باو مقدور

به پیش مور سلیمان سزد کمر بندداگر میان بکمر بسته گیش بندد دور

اگر سیاست شرعش رسد بخطه چینعجب اگر نشود بت ز برهمن مستور

و گر بچین گذرد ذکر دست پرشکنشز هوش می رود از بیم همچو بت فغفور

زهی فکنده نهیب عقاب فرمانتبباز چرخ مهابت چو باز بر عصفور

دو کون را چو نقط کرده پایمال چو حقچو کرده نام تو بر صفحه ازل مسطور

شکست می رسد از نام دلگشات بخصمعلی بهرچه رسد جزم می کند مکسور

دو چیز هست که هست از دلیل مستغنیباین دلیل که هم روشن است هم مشهور

یکی طلوع خور از بهر روشنایی دهردوم تسلسل آلت برای دور دهور

پی نمودن آثار مهر کینه تستکه دور بعد فنا می کند بنای نشور

ز صور می رسد اموات را حیات مگربمرده مژده فیض تو می دهد دم صور

کسی که شرع تو دید از طریق کفر گذشتباقتدای تو کرد از پل صراط عبور

قضا جمیله این کون را بمهر تو دادحریم قدسی از آن عقد شد سراچه سور

اگر نه مهر تو بودی سبب نبودی مهرذکور را باناث و اناث را بذکور

بدوستی تو برپاست پیکر هستیزمانه را توئی از عین دوستی منظور

بدوستان تو جور از زمانه نیست عجبچه عیب قصد رقیبان ز عاشقان غیور

خطر نیافته مطلق ز آتش دوزخدلی که کرده درو فکر رحمت تو ظهور

کتابه ایست بطاق خورنق از بهرامکه در فضای نجف مرده که دارد کور

ز فیض شاه نجف عفو می شود گنهشنجات می دهدش ایزد از ظلوم کفور

اگر هست ز کفار نیست قابل حشرمیان زمره اسلام می شود محشور

بلند قدر شها چاره کن و مگذاربدست محنت ایام این چنین مقهور

منم ز محنت ایام با دل محزونمنم ز کثرت آلام با دل مهجور

گهی دویده بهر گوشه واله و حیرانگهی نشسته بکنجی مکدر و مهجور

نیافته مزه جام وصل و بزم نشاطندیده امنیت ملک امن و کنج حضور

میان قومیم افتاده کز نهایت نقصره کمال در ایشان بود دلیل قصور

نیند طالب سوز درون ذوق سخنچنان همین پی نان بسته اند دل به تنور

نماید از قلم تیره نظم دلسوزمبخلق کار عصای کلیم و آتش طور

یکی بخنده زند طعن شاعر . . .یکی . . .ور

ز بس که آب دهانت زدند از هر سونشسته شعله ذوقم ز سینه محرور

بمزرع دل تیره چو خاک هند کنونز فلفل ار فکنم تخم می دهد کافور

گهی رهی سوی بحر سخن اگر جویمکه بهر نظم بر آرم لالی منثور

هزار بار سرشکم ز دیده می ریزدز غصه فلک بحر کون پر شر و شور

دری که لایق نظم است و قابل مدحتنمی توان بکف آورد ز اختلاف بحور

شها فضولی درمانده را ز راه کرمبساحلی کش ازین ورطه فساد فطور

بروز چون شب او آفتاب رفته برآرفروغ صبح رسان در دل شب دیجور

گرفتم آن که ترا صبر هست بر بیدادتدارک غم ما کن که نیستیم صبور

امید هست که تا بحر غیرت کرمتاحاطه همه خلق جهان کند جمهور

ز لطف بی عدد و التفات بی حد تورسد همیشه دلم را مسرت موفور

Bilur qədəhdə səhər lə’l tək mey içsən əgər,
Odur piyaleyi-kafur, şərbəti-kövsər.

Könül səfası o təsbih danəsində deyil,
O zövq üzüm giləsində müdam cilvələnər.

Təvazö’ ilə açıb əl dilərsə məst murad,
Qürurla şeyx qılan yüz rikət nəmazə dəyər.

Behişt meykədədir, onda huriyüqılman
Çəkib səf, əldə tutub mey dolu gümüş sağər.

Deyil qəribə ki, meyxanədən qaçar zahid,
Bu rəsmdir ki, behiştdən uzaq gəzər kafər,

Şərab caminin ətrafinə gözəl xətlə
Yazılmış idi bu mə’nalı, dilrüba sözlər

Ki, ey cahanda ayıqlıqdan olmayan xoşhal,
Xumarlanıb yıxılan xəstə, süst, şamü səhər;

O yolla sən nə gedirsən ki, var xətası onun,
Səmərsiz işdə neçin ömrünü edirsən hədər?

Bu yolla getmə ki, heç vəxt muradə yetməzsən,
Bu sə’yi boşla ki, verməz sənə bu sə’y səmər.

Şərab bəzminə gəl, sazü-sağəri ələ al,
Birində zövq, o birində fərəh kəmalə yetər.

Sənin ki, mə’rifətin yox, nə onda, nə bunda
Xəyal zövqü nədir, bilməyirsən, ey dilbər.

Deyil təbii hərarət meyin məzacında,
Sazın nəvasını bir nəğmə sanma sərtasər;

Sənin yazıqlığına, bil, yanır meyin ürəyi,
Sənin yaman gününə saz belə nəva eylər.
Bəzək üçün başına taxmısan hüma telini,
Səmur xəzilə veribsən vücuduna ziyvər.

Salıbsan öz-özünə vəhşilər qiyafəsinə,
De, səndə kim tapar insan təbiətindən əsər?

Sənə ki, vəhşilər olmuşdur iczidən tabe,
Zor ilə eyləmisən onları özünə nökər.

Olubdur aciz arı xidmətində amadə.
Zəif qurd, “qulunam”, ləfzini edib əzbər.

Birisi ətləs hazırlar sənə, yeyər yarpaq,
Birisi şəhd verər, olsa da qidası zəhər.

Səninlə nəqs kəmalı tapar iki hünərin,
Yetər təbiətinə onların əlilə zərər.

Necə sənin qanına təşnə olmasın qurdlar,
Arı sənə necə kin ilə vurmasın neştər?

Gedib də məqbərədə dinlə, gör necə dil açıb
Məzar lövhü, sənə incə nüktələr söylər.

Uzaq bir arzu yolu var vücuddan ədəmə,
Birər düşərgədi bu yolda axşam ilə səhər.

Məzar əhlinə vurma qürur ilə tə’nə
Ki, vəslinə sənin həsrət çəkər bütün ölülər.

Yüz il bu yolda əgər sən tərəddüd etsən də,
Düşünmə qalmayacaq arxada bu mənzillər.

Bu illər, aylar həqiqətdə bir telə oxşar
Ki, onda daneyi-təsbihdir bu növ’i bəşər.

Rəva deyil belə təsbih çevrilib, bitsin,
Dilində zikri-xudavənd olmasın əzbər.
Çıxarma yaddan, amandır, cəhənnəmi bir an
Ki, şəm’i nur edər bəxş, şö’leyi-azər.

Bu gün gözəlləri meyxanədə görən bir kəs,
Nə huri-cənnət edər arizu, nə də məhşər.

Meyi-Muğanı gecə içmə kim, səhər tezdən,
Sənə şərabi-təhur, saqi öz əlilə verər.

Eşitmişəm ki, xuda əmrini tutan bir kəs,
Əgər pozarsa bu əmri, günahı əfv edilər.

O səhv yol ki, tutubsan dəvam qıl, qorxma,
Qəfur adını Allaha verməmişlər hədər.

Tutaq ki, pis işə dünyada etmədin iqdam,
Behiştə basdın ayaq pak, sanki peyğəmbər.

Sənin başında həva yoxsa, şurdan başqa,
Sənin ki, fikrini məşğul edibdir ancaq şər.

Çalış sənin oduna yanmasın barı rizvan,
Behişt qəsrinə həm yetməsin əlinlə zərər.

Şimalü Şərqü Cənub ilə Qərbdən əsərək,
Küləklər oldu sənin xidmətində bir çakər.

Necə ki, muzd alar xacəsindən hər muzdur,
Həyat nəqdini onlar o növ’i qarət edər.

Sənin ki, cümlə zərərdir qazancın aləmdə,
Qazancın ancaq o muzdur müzdünə yetişər.

Hübab tək elə zənn et ki, badə getmiş evin,
Nə tikmisənsə, onu çərx edibdi zirü zəbər.

Boyun əyib diləmə kimsədən gözəl güzəran,
Çevir üz ol kəsə ki, hər işə olub mehvər.
Əliyyi-aliyi-ə’la ki, elmlərdə bütün,
Təmami aləmə ustad olub və həm rəhbər.

O dövrdə ki, nə Davud, nə Zəbur var idi,
Onun mübarək adı verdi aləmə ziyvər.

Təmam ruhlar onu zikr edib, vəli yox idi
Onun vücudi-şərifindən aləm içrə əsər.

Mələklərin bütün əxlaqi onda olmuş cəm,
Onun vücudinə məxsusdur zəkayi-bəşər.

Əlindədir hamıya mümkün olmayan hər şey,
Onunla həll edilər həll olunmayan işlər.

Kəmər belində Süleyman qarışqaya qul olar,
Onun qarışqa kəmərbəstəsi olarsa əgər.

Yəqin ki, büt qaçaraq gizlənər birəhməndən,
Diyari-Hində əgər hökmi-şər’i etsə güzər.

O büt qıran əlinin Çində zirk olunsa adı,
Yəqin ki, büt kimi fəğfur huşini itirər.

Fələk üqabını şəhbazi-hökmün izlərkən,
Üqab sanki açar sərçə seydinə şəhpər.

Iki cəhanı xuda nüktə tək edib pamal,
Adınla başladı ruzi-əzəldə çün dəftər.

Adın gələndə düşər qorxu düşmənin canına,
Əli dedikdə olar həll cümlə müşküllər.

Dəlilə hacəti yoxdur iki şeyin, çünki
Dəlili onların afaqə bəllidir yeksər.

Biri günəşdir, edər qərq aləmi nurə,
Ikinci – silsilə ilə ötüb keçən illər.
Ölüb dübarə dirilməkdə bircə mə’na var
Ki, mehrü kinənin asarini biləydi bəşər,

Cəsədlərə yetirər sur müjdeyi-feyzin,
Tapardımı ölülər suridən həyat məgər?

Şəriətini görüb küfrdən dönən hər kəs,
Püli-siratidən eylər hidayətinlə güzər.

Qəza sənə bu cəhan dilbərini əqd etmiş,
Hərimi-qüdsi tərəbxanə eyləmiş bu xəbər.

Sənin məhəbbətin olmazdısa, sevəmməzdi
Qız oğlanı, qızı oğlan cahanda, ey sərvər!

Sənin məhəbbətin ilə yarandı bu varlıq,
Zəmanə dostluğuna varlığın olub məzhər.

Əcəb deyil ki, yetər cövri-ruzigar bizə,
Rəqib cövrinə eylər təhəmmül aşiqlər.

O qəlbə kim, eləmiş fikri-rəhmətin tə’sir,
Cəhənnəm atəşi etməz o pak qəlbə əsər.

Xəvərnəq üstünə Bəhrami-Gur yazmışdır
Ki, qəbri mülki-Nəcəfdə olan bütün ölülər

Bağışlanar kərəmindən yəqin şəhi-Nəcəfin,
Edər günahlarını əfv xaliqi-əkbər.

Məhəmməd ümmətinə ruzi-həşrdə qarışar,
Əqidəsincə bu aləmdə olsa da kafər.

Sən, ey mənim ulu şahim, əlac qıl, qoyma
Zəmanə kamıma töksün cəfa əlilə zəhər.

O guşəyə qaçaraq, gah valehü heyran,
Bucaqda gah oturum qismətim fəraqü kədər.
Vüsal caminə həsrət nişat bəzmində,
Nə əmndən, nə amandan, nə mehridən var əsər.

Bir öylə qövm içinə düşmüşəm ki, cəhlindən,
Kəmali, əqli ağılsızlığın dəlili bilər.

Nə şe’r zövqi qanarlar, nə də ürək dərdi,
Çörəkdən ötrü əyər başı təndirə yeksər.

Kəlim əsasi ilə Tur sirrini xəlqə,
Mənim iti qələmimlə sözüm açarsa əgər.

Birisi tə’n ilə adlandırır məni Məcnun,
Sözümə sehr deyər, digəri atır mənə şər.

Könüldə şövq odunun şö’ləsi sönüb getdi,
Su səpdi əhli-məlamət bu sinəmə o qədər

Ki, qəlb tarlasına indi Hind torpağı tək,
Mən istiot səpərəm, kafuri bəhər yetirər.

Gəhi sözün dənizində mən əl-ayaq çalıram,
Ki, incilər taparaq, nəzminə verim ziyvər.

Sənəvü mədhinə layiq bir inci tapmamışam,
Dənizlər içrə bəla çəkmişəm uzun illər.

Şəha, kəramət üzündən yazıq Füzulini
Nicat sahilinə çək, yolunda varsa xətər.

Onun qarə gününə nur saç cəmalinlə,
Qaranlıq axşamını qıl özün işıqlı səhər.

Dözümlüsən, bilirik, zülmə sən özün, əmma
Bizim hərayımizə çat ki, səbrimiz tükənər.

Ümidimiz bunadır kim, coşa kərəm dənizin,
Bu aləm əhlinə iysar edə dürü gövhər.
Hüdudsuz kərəmü lütfü iltifatından
Mənə nəsib elə daim sevinc, ey sərvər!


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets