Bu, Məcnun atasının hirmanıdır və qeyri babdən tədbiri-dərmanıdır
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Ol sahibi-nəngü namü namusDöndü evə, gəldi xarü məyus.
Məcnuna dedi ki: "Ey cəfakəş!Hacət bitər, olmağıl müşəvvəş!
Əql ilə açılır ol müəmma,Leyliyi sənə verərlər, əmma
Şərti bu ki, olasan xirədmənd,Ərbabi-xirəddən alasan pənd.
Rəf ola əlaməti-cünunun,Əql ola həmişə rəhnümunun".
Məcnun dedi: "Ey ədibi-kamil!Divaneyi-eşq olurmu aqil?
Gər məndə bir ixtiyar olaydı,Tədbirimə e'tibar olaydı,
Əvvəldən ədəb şüar edərdim,Təmkinimi üstüvar edərdim.
Olmazdı bu halə ehtiyacımKim, ola əzab ilə əlacım.
Məndə bu əlacə yox müdara,Min gəz qəmim etmən aşikara.
Yoxdur rəvişimdə inqilabım,Əvvəlki cəvabdır cəvabım.
Sən əhli-xirədsən, eylə tədbir,Tədbirin edə məgər ki, tə'sir,
Leyliyi dəxi mən etməyim yad,Mən aqili-vəqt olam, sən azad".
Ol piri-şikəstəhal heyranTədbiri-əlac edib firavan,
Hər qanda eşitdi bir təbibi,Gülzarının oldu əndəlibi.
İzhar edib ona ehtiyacın,Bimarına istədi əlacın.
Bimarına min təbibi-haziqBir şərbət içirmədi müvafiq.
Hər yerde ki, bildi bir nəzirgah,Varıb ona oldu xaki-dərgah.
Çox ol gotürüb dualar etdi,Çox nəzr verib ətalar etdi.
Rə'yilə məlulun etməyə şad,Min pirdən almadı bir irşad.
Çox sehr oxunub yazıldı tə'vid,Çox məkrlərə tutuldu ümmid,
Edilmədi heç birilə çarə,Nə çarə qəzayi-kirdigarə?
Bir gün dedilər ona ki: "Ey pir!Aləmdə sənə bu qaldı tədbir –
Kim, Kə'bəyə iltəsən əsirin,Ola ki, Həq ola dəstgirin.
Tövfi-hərəm olsa ona hasil,Sərgəştəlik ondan ola zail.
Ursa Həcəri-mübarakə baş,Yumşaya, əgər ola qara daş".
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-25
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Nə dediDilqəm*Qasidi-bizəval, ərzi-halımı,