Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac,Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.
Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal,Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac.
Çəkmə təxtü tac qeydin, bisərü palıq gözətKim, əyağə bənddir təxtü bəladır başə tac.
Bir pəri zülfün tutub, xalindən alsan kami-dil,Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac.
Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdəFəqr bazarinə əsbabi-fənadəndir rəvac.
Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar,Olsa hasil fəqrdən hüznü qinadən ibtihac.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-munherifdir-saqiya-enduhi-dunyaden-mizac
Use ← → keys to move, R for a random poem
More by this author
Nə görər əhli-cəfa məndə vəfadən qeyri.Nə bulur şəmi yaqan kimsə ziyadən qeyri.
Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanınNə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın,Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın.
Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmazNəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz,Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz.
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrəNihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.
Poems by other poets · Love
Şanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Mən səni axtardımMən səni ulduzlarınİşığında axtardım,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd