Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın,
Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın.
Rüxün dövründə bir divanədir sövdayi-zülfün kim,
Pərişanlıqdan olmuş, mən kimi, məşhuri-dövranın.
Həvadən kakilindir təprənən, ya rişteyi-candır,
Ki, hərdəm cizginib başinə istər ola qurbanın.
Müsəlsəl zülfi-mişginindən artırmış rüxün rövnəq,
Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın.
Qaralıbdır tütün tək ruzgarım ol zamandan kim,
Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.
İşimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən
Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.
Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin,
Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ne-xosdur-arizin-dovrunde-zulfi-enber-efsanin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Sevənlərin nə vecinəSevənlərin nə vecinəŞaxta kəssin nə qədər,