Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz,
Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz.
Xəmi-əbruyi-mişkinini görsə zahidi-kəcbin,
Dəxi qamət sücudi-guşayi-mehrabə xəm qılmaz.
Sənə, ey şuxi-səngindil, demən büt, nişə kim büt həm
Əgərçi səngdildir, böylə bidadü sitəm qılmaz.
Cəfavü cövr ilə qan oldu bağrım, ya rəb, ol bədxu
Neçün tərk eyləməz bidadü cövrün, bir kərəm qılmaz.
Muradım giryədən kəsbi-qübari-rəhgüzarındır,
Gözüm yaşı dəmadəm çöhrəmi-bihudə nəm qılmaz.
Xətin dövründə əşki-al ilə dərdü qəmim şərhin,
Dəm olmaz kim, rüxi-zərd üzrə müjganım rəqəm qılmaz.
Füzuli binəva, ta rövzeyi-kuyində sakindir,
Təmənnayi-behiştü meyli-gülzari-İrəm qılmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-nemi-eskim-mukedder-xatirimden-defi-qem-qilmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən,Qeyr yerlər gəzəlim, özgə səfalər görəlim.
Sevərəm ol nigari-simbəriSevərəm ol nigari-simbəriKi, cəfapişəvü sitəmgərdir.
Həmişə dustum oldur, derəm ki, mal veribHəmişə dustum oldur, derəm ki, mal verib,Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal.
Necə bir nəfs təmənnası iləNecə bir nəfs təmənnası ilə,Yeməkü içmək ola dilxahın.