Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,
Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.
Olub heyran götürmən xəttü xalından nəzər guya,
Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.
Xəm etdin qamətim, gər tərki-sər qıldımsa məzurəm,
Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə.
Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlüv,
Hübab altındadır ol nüktə kim, qorlar zülal üzrə.
Yazar göz pərdəsinə əşk şərhi-hal bilməz kim,
Oxunmaz qan ilə yazılsa xət övraqi-al üzrə
Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim,
Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə.
Füzulinin təriqi-nəzmə təbin müstəqim etmiş,
Xəyali-qamətin kim, bir əlifdir etidal üzrə.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-nihali-servdir-qeddin-qasin-nun-ol-nihal-uzre
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Hər ulduz bir evin pəncərəsinə bənzəyir.Sevincli, qəmli, işıqlı, insan həyatlı.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Mana ölmək nişanıdur xəzani-çöhreyi-zərdimMana ölmək nişanıdur xəzani-çöhreyi-zərdim,Diriğa, məndən ayrudur bəhari-nazpərvərdim.
AğladımQara bağrım şan-şan olub,Fərz elə ki, arı şanı.