Qara bağrım şan-şan olub,Fərz elə ki, arı şanı.Ağlamaqdan bu bəstininQalmayıbdı yarı canı.

Ağlamaq da bir peşədi,Bir gün deyil, həmişədi.Çalçarpazdı, dördguşədi,Sinəmdə dağları tanı.

Leysan kimi yaş tökərəm,Könül sarayın sökərəm,Canı-dildən ah çəkərəm,Ağladaram, bu dünyanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice