Maşallah, ay Qabaqtəpə,Hər eldən mərdan bəzənir.Üç ay bahar, yaz olanda,Deyirsən sultan bəzənir.

Cahallarm hamsı qoçu,Tərpənəni gözəl seçi.Yaylağa yerişdi köçü,Hər yan al-əlvan bəzənir.

Bəsti gəldi bu yaylağa,Səda saldı hər oylağa.Ənam verirlər qonağa,Şal geyir, mehman bəzənir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets