Ayrımın gözəlləri
Yaylaq yolları yoxuşlu,Əlləri dərmə naxışlı,Hamısı maral baxışlı,Bu ayrımın gözəlləri.
Əllərində kirkid, həvə,Xanalarda xallı kəbə,Lampatək şox salır evəBu ayrımın gözəlləri.
Bəsti deyər, alma yaşmaq,Eyibdir kişidən qaşmaq,Lazımdır çarçovu açmaq,Ay ayrımın gözəlləri!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-ayrimin-gozelleri
Use ← → keys to move, R for a random poem