Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.
Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən,Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.
Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.
Varımı fikri-dəhanınla yox etdim kim, qəzaBöylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.
Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc.
Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə,Yusifi almaqda əhli-eşq bazar eyləgəc.
Maqta — the closing couplet bearing the poet’s pen name. Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,Açılır gül könlü bülbül naleyi-zar eyləgəc.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-can-cixir-tenden-konul-zikri-lebi-yar-eylegec
Use ← → keys to move, R for a random poem
More by this author
Ya mən əhatə elmükəl-əşya’ə külləha,Nə ibtida sənə mütəsəvvir, nə intəha.
Ya Rəb, həmişə lütfünü et rəhnüma manaYa Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.
Ey mələksima ki, səndən özgə heyrandır sanaEy mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Aşiyani-mürği-dil zülfi-pərişanındırAşiyani-mürği-dil zülfi-pərişanındadır,Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.