Ey mələksima ki, səndən özgə heyrandır sana
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,Zindeyi-cavid ona derlər ki, qurbandır sana.
Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,Cani-aləmsən, fəda hər ləhzə min candır sana.
Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Çıxma yarım, gecələr, əğyar tənindən saqın,Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.
Padişahım, zülm edib aşiq sana zalim demiş,Xubrulardan yaman gəlməz, bu böhtandır sana.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, xubrulardan təğafüldür yaman,Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-meleksima-ki-senden-ozge-heyrandir-sana
Use ← → keys to move, R for a random poem
More by this author
Pərişan halin oldum, sormadın hali-pərişanım,Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,
İstərəmYandı canım hicr ilə, vəsli-rüxi yar istərəm,Dərdməndi-firqətəm, dərmanı-didar istərəm.
Meyvələrin söhbətiRəvayət dənizlərinin üzgüçüsü,Hekayət səhralarının səyyahı
Bir gün ki, dey əlamətin etmişdi aşikarBir gün ki, dey əlamətin etmişdi aşikar,Tutmuşdu üz füsürdəligə təb’i-ruzigar,
Poems by other poets · Love
Səni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,