Aşiyani-mürği-dil zülfi-pərişanındır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Aşiyani-mürği-dil zülfi-pərişanındadır,
Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,
Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.
Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,
Göylərə açılmasın əllər ki, damanındadır.
Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm
Ol nəməkdəndir ki, ləli-şəkkərəfşanındadır.
Məsti-xabi-naz olub, cəm et dili-sədparəmi
Kim, onun hər parəsi bir növki-müjganındadır.
Bəs ki, hicranındadır xasiyyəti-qəti-həyat,
Ol həyat əhlinə heyranəm ki, hicranındadır.
Ey Füzuli, şəm tək mütləq açılmaz yanmadan,
Tablar kim, sünbülündən rişteyi-canındadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-asiyani-murgi-dil-zulfi-perisanindadir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Əcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
İnamQoru eşqimizi, böhtandan qoru,Məhəbbət bulaqsa, böhtan da lildir.