Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!

Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qılKim, olam bu dərdə artıqraq giriftar, ey həkim!

Gör təni-üryan ilə əhvalımı hicran günü,Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!

Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin,Kim olur dərmani-dərdə-eşq dişvar, ey həkim!

Maqta — the closing couplet bearing the poet’s pen name. Rənc çəkmə, sihhət ümmidin Füzulidən götürKim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love