Ey qübari-qədəmin ərşi-bərin başinə tac
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey qübari-qədəmin ərşi-bərin başinə tac,Şərəfi-zatinə ədnayi-məratib me’rac.
Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul,Bəhrsən, sairi-ərbabi-risalət əmvac.
Xazini-gənci-şəfaət səni qılmış iyzəd,Hiç kim yox ki, sənə olmaya axir möhtac.
Sünnətin məğfirət əsbabinə minhaci-hüsul,Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac…
Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş,Mülkə təğyiri-təriqin əsəri-sui-mizac.
Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud,Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac.
Maqta — the closing couplet bearing the poet’s pen name. Şükr-lillah ki, Füzulini edib daxili-feyz,Rəğıbətin daireyi-xovfdən etmiş ixrac.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-qubari-qedemin-ersi-berin-basine-tac
Use ← → keys to move, R for a random poem
More by this author
Münşiyi-əhkami-kargahi-qüdrət və mümliyi-ərqami-səhayifihikmət ki,bidayəti-fitrətdə "İnnəl-insanə lə-fi-xusrin" ibarətiylə səhifeyi-əhvali-insana
Səkkizinci bab. Müslimi-Əqilin şəhadətin bəyan edərRəvayətdir ki, ol afitabi-zülmətsuzi-risalət və mahtabi-aləmə fruzi-sə’adət,yə’ni "Yucahidunə fi-səbi-li’llahi" təriqinin müqtədası və "Və cahidil-kuffarə"
Üçüncü bab. Həzrəti Seyyidül-Mürsəlin keyfiyyəti-vəfatın bəyan edərHəmişə dideyi-bəsirət birlə mütalieyi-övraqi-ləyalivü əyyam edən ərbabi-həqaiqvə əshabi-mə’arifə mə’lum olmuşdur və həmvarə eyni-fərasətlə
Yeddinci bab. Həzrəti Sultan Hüseynin Mədinədən Məkkəyə təvəccöh etdigin bəyan edərBu nüsxeyi-nami ki, müsaidəti-xameyi-siyəhruzigari-əşkbarla zühura gəlürvə bu nameyi-girami ki, müavinəti-kilki-sərgəşteyibiqərardan təhrir alur,