İkinci fəsil: Həzrəti Hüseyn və Əhli-Beyt şəhadətin bidirir
Münşiyi-əhkami-kargahi-qüdrət və mümliyi-ərqami-səhayifihikmət ki,bidayəti-fitrətdə "İnnəl-insanə lə-fi-xusrin" ibarətiylə səhifeyi-əhvali-insanarəqəmi-hökmi-xüsran yürütmüş və zümreyixəvas bargahi-qürbün istisnayi-"İlləl-ləzinə amənu və əmilu’ssalihati" işarətiylə ol cümlədən məfruz etmiş.Əmma məzmuni-"Ənnə və’dəl-lahi həqqun və lakinnə əksəruhum layu’minun"kəsrəti-ə’dasinə bir bürhandır qate’ və məfhumi – "Və qəlilun min ibadiyəş-şəkur"qilləti-əhibbasinə bir bəyandır vaqe’. Zahirən kəsrəti-ərbabi-ədalət vəqilləti-əshabi-hidayətə vəsilə oldur ki,təbiəti-bəşər əsli-fitrətdə maili-rahətdir və qəbuli-əhkami-şəriyyə mütəzəmmini-əsnafi-məşəqqət. Qit’ə:
Rahət istər təb’ü möhnətdir ibadət sərbəsər,Tərki-rahət rəğbəti-möhnət qılan mümtaz olur.Bu səbəbdəndür ki, küfr asan olub, İslam sə’b,Ərseyi-aləmdə mülhid çox, müvəhhid az olur.
Filvaqe’, bu məzmuna bir şahidi-sadiqdir vaqieyi-Kərbəla və bir bürhani-müvafiqdirvüqu’i-kəsrəti-sipahi-Yezid və qilləti-zümreyi-şühəda. Zira igirmi ikibin cəfakar yetmiş iki ləbtəşneyi-dilfigara müqabil durmuşdu və sərsəri-tüğyani-sitəmpərdeyi-azərmi aradan götürmüşdü. Bir tərəfdən cəmi’i-əsnafi-üdvansurəti-cəm’iyyət bulub və bir canibdən silsileyi-cəm’iyyəti-iman mütəhərrikolub, nə güruhi-müxalifdə təriqi-mürüvvət asarı hüveyda idi və nəzümreyi-şühədada qaideyi-tənəzzül və müdara nümudları peyda. Əgərçi aləmi-surətdəzəman-zəman mücahidlər əksilib, müxaliflər ziyadə olmaqda idi, əmmaaləmi-mə’nidə müxalifət tənəzzül bulub, mücahidlər kəmali-rif’ət bulmaqda idi.Qit’ə:
Mümkün olmaz ki, ola aləmdəƏhli-bütlana əhli-Həq məğlub.Əhli-Həq qatil olsa, gər məqtul,Zəfəri əql ana qılub mənsub.Qətldən oldur eyləyən ikrahKi, şəhadət degil ana mətlub.
Hər ayinə Həzrəti-İmam ləşkərinin əmvatinə məzmuni-"Fəriqun fil-cənnəti"tüğrayi-misali-hal və müjdeyi-"İnnəl-əbrarə lə-fi nə’im" mövcibi-fərağbal olub,sükkani-riyazi-rizvandan "Səlamun əleykum bima səbərtüm" təhniyeyi-qüdumolmaqda idi. Şe’r:
Nəqdi-can sərfi-rəhi-canan edən sahibnəzər,Eşq meydanində sərxeyli-səfi-üşşaq olur.Mənzili-məqsudədir qeydi-təəllüq səddi-rah,Rütbeyi-tərki-təəllüq əhsəni-əxlaq olur.
Və müxalif sipahın qütəlasinə məfhumi-"Fəriqun fissə’ir" təraznameyi-əməlolub, təhdidi-"İnnəl-fuccarə lə-fi cəhim" ehtizazü iztilal verüb müqəyyədi-səlasili-səlabət qılmaqda idi. Şe’r:
Qeydi-cəm’iyyəti əsbab giriftarı olanSeyri-gülzari-cinan etməgə fürsət bulmaz.Zövqi-dünya ilə zaye’ keçirən övqatın,Şərəfi-rütbeyi-tövfiqi-səadət bulmaz.
Bitəkəllüf ərseyi-Kərbəla meydani-imtiyazi-həqqü batildür və təriqi-hüsuli-kəmaləşrəfi-mənazildir. Şe’r:
Kərbəladan hasil etmişlər ülüvvi-mənzilət,Zillətü izzətdə əhli-zülmü ərbabi-vəfa.Nərdibani-bami-rif’ətdir təəmmül eyləsən,Nəqşi-mövci-rigi-səhrayi-şərifi-Kərbəla.
Həqqa ki, ərseyi-Kərbəlanın əxbari-cigərsuzi andan ziyadədir ki, əhateyi-imkani-təqrirə girə və əhvali-şühədanın hekayəti-qəmənduzi andan füzundur ki,qələmi-şikəstəzəban ana surəti-təhrir verə. Şe’r:
Eyləyib hər yil cəmi’i-əhli-aləm ittifaq,Şərh edərlər macərayi-Kərbəla əxbarını.Nə tükənməz qissədir kim, hərgiz axir olmadı,Şərhi aciz eylədi əhli-cəhanın varını.
Mə’rəkəarayi-meydani-kəlam və əncümənsərayi-məhfili-əxbarü e’lamtətimmeyi-əhvali-Kərbəladan bu təriqlə xəbər vermiş və şühədanın əncami-halınbu tərzlə bəyana gətirmiş ki, Həzrəti İmamzadə Qasim ibn Həsən səadətlə daxili-"Əshabül-cənnətihumul-faizun" olub mütəvəccihi-aləmi-bəqa olduqdan sonraƏbu Bəkr bin Əliyyi-Murtəza kəməri-əziməti-şəhadət miyani-cana üstüvar qılub,kəmali-təzərrö’lə Həzrəti-Sultani-Kərbəladan icazəti-meydan iltimas etdikdə,Həzrəti-İmam nərgisi-şəhladan güli-rüxsara əşki-laləgün rəvan edüb ayıtdı: "Eyqönçeyi-gülbüni-İmamət vəşükufeyi-baği-rəhmət, bu təmənna qıldığın meydani-bəla ərseyifənadır. Buərsəyə qədəm basan müraciət qılmadı və bu meydana gedən gerü gəlmədi. Nəümidlə sənə rüxsət verəyim və nə vəchlə müfariqətin rəva görəyim?". Ol sərvəri-həmidə-mənaqibvə ol nəqdiƏli İbni-Əbi Talib rikabi-hümayuninə yüz sürübayıtdı: "Ey padşahi-məsnədi-izzü təmkin və ey şəhriyari-vilayəti-dövlətü din,təhtişəhadət içdikcə bənim dəryayi-şövqüm təməvvücə gəlüb və təəttüşümzülali-mülaqati-Mustəfa və Murtəzaya ziyadə olub, sibqət edənlər rəşkindənhəlak oluram. Nola əgər kəmali-mərhəmətindən riza hasil edüb, bən dəxi nəqdicanbəzl eyləyüb bu meydanda muradım hasil edəm?!" Şe’r:
Can təmaşayi-riyazi-rəhmət eylər arzu,Dil səfayi-bəzmgahi-cənnət eylər arzu.Oldu bağrım bərqi-ifrati-hərarətdən kəbab,Səlsəbili-rövzədən bir şərbət eylər arzu.
İlhahi-təmamla icazət hasil edüb, mütəvəccihi-meydan olub bu məzmunla birrəcəz ağaz etdi ki. Şe’r:
Bənəm nəqdi-sultani-Düldülsəvar,Şəhi-Qənbərü sahibi-Zülfiqar.Bənəm əxtəri-asimani-şərəf,Əbu Bəkr bin Heydəri-namdar.Bənəm çakəri-nuri-çeşmi-Bətul,Hüseyni-Əli sərvəri-kamkar.Bihəmdullah, oldur İmamım bənim,Anın taətin qılmışam ixtiyar.Muradım budur kim, rizasın bulub,Ana eyləyəm nəqdi-canım nisar.
Və mübarizanə cövlanlar qılub və rif’əti-iqtidari-abavü əcdada mübahatlaredüb və səməndi-səbarəftarın təhərrükə salub və tiğisaiqəkirdarın əlinə alub,əndək zamanda yüz qırx mübariz müsafirirahi-ədəm qıldı və igirmi yeddi zəxmi-mühlikə’zayi-şərifinə vasil oldu. Axirül-əmr Übeydullah bin Ütbə zərbiylə dari-dünyadanintiqal etdi. Rəhmətullahi əleyh. Qit’ə:
Darüssəlam cilvəgəhin ixtiyar edüb,Peyvənd kəsdi rişteyi-qeydi-zəmanədən.Meyli-fəzayi-rövzeyi-mülki-bəqa qılub,Şəhbazi-ruhi uçdu bu təng aşiyanədən.
Andan sonra Ömər bin Əli mütəsəddiyi-əmri-hərb olub, səmsami-intiqamlaləşkəri-Yezidin rayəti-istiqlalinə ehtizaz buraxub, kəmali-şücaətlə mübarizləryıxub, aqibətül-əmr şərbəti-şəhadət nuş etdi. Rəhmətullahi əleyh. Və bir rəvayətdəxi oldur ki, ol Həzrət Kərbəla vaqiəsinə hazır olmadı. Əmma əsəhhi-əqvaloldur ki, hazır olub şəhid oldu.
Andan sonra Osman bin Əliyyi-Murtəza mübaşiri-tərvici-ərseyirəzm olub,Sultani-Kərbəlanın icazəti-şərifiylə meydana girüb bu məzmunla bir rəcəz ağazetdi ki. Şe’r:
Mən gövhəri-meydani-vəfayəm,Osmani-Əliyyi-Murtəzayəm.Taci-səri-aləməm və lakinXaki-rəhi-Şahi-Kərbəlayəm.Tərk eyləmişəm fəna məqamın,Bən talibi-dövləti-bəqayəm.
Ol varisi-şücaəti-Heydər və rəşheyi-zülali-vücudi-saqiyi-Kövsər Əlivarcənglər edüb və Heydəranə məsaflar qılub bikəran müxaliflər həlak etdikdənsonra Sinan bin Yezid Əbtəhi zərbiylə şəm’i-həyatı şəbistani-bədəndə intifabuldu. Rəhmətullahi əleyh. Şe’r:
Hər şəhidə göstərüb cənnətdə dövran mənzilin,Aldı ol mənzil təmənnasində könlündən qərar.Ismət əşcarın fəzayi-rövzədə ğərs etməgə,Xakdani-dəhrdən bir-bir qopardı ruzigar.
Andan sonra Əvn bin Əli ki, surətlə əhsəni-ərbabi-cəmal və sirətlə əkməli-əshabi-kəmal idi, Həzrəti-İmamın rikabi-səadətintisabinə ruyi-təzərrö’ sürübayıtdı. Şe’r:
Ey fəzayi-rövzeyi-qürbin behişti-cavidan,Padişahi-dinü dövlətsən, İmami-insü can.İxtiyari-xidmətin misbahi-əbvabi-nəcat,İnqiyadi-taətin miftahi-əbvabi-cinan.
Ədayi-sənadan sonra ərz etdi ki: "Ey pərdəgüşayi-bargahi-"İnni ə’ləmu ma-latə’ləmun", və ey arifi-əsrari-"Nun vəl-qələmi vəma yəsturunə", icazəti-meydani-iltifat et ki, ərseyi-heycada hənuz sənin rayəti-zəfərayətin sayəgüstərikən və nəzəri-iltifatın aləmizahirdə bəndəpərvər ikən zilli-mərhəmətində vasili-dərəceyi-şəhadətolam. Zira muradım budur ki, divani-Həşrdə şəhadətinləşəhadətimi isbat qılam". İlhahla icazət aldıqda ayıtdı: "Ya İmam, bir tədbiretmişəm". Həzrəti-İmam ayıtdı: "Ol tədbir nədir?" Əvn ayıtdı: "Ya İmam, buləşkəri-binəhayətdir, bunlarınla bir-bir müharibə etmək bizə sərfə etməz. Ziraəgər təərrüz görməyüb, işimiz mücərrəd tiğ urub qətl etmək olsa, imtidadi-tuliömrümüzbu ləşkərin nihayətinə yetməz. Səlahım oldur ki, ələmi-əlameyi-təvəccöhdəqəlbi-ləşkərə həmlə qılam, ola ki, ələmi-əlameyi-əskəri-müxalifələrinsərnigun etməgə fürsət bulam". Həzrəti-İmam ayıtdı: "Ey şahi-mülki-məlahət vəşahbazi-övci-səbahət, süfufi-ləşkəri-ə’da bir mərtəbədə hayil degil ki, olmüddəaya fürsət mütəsəvvir ola". Əvn ayıtdı: "Ey sərvərihəmidəxisal və seyyidi-sütudə-fəal,həmleyi-ənqaya təbəqati-pərdeyi-ənkəbut hicab olurmu və hücumi-seylabasüfufi-xarü xaşak mümaniət qılurmı?". Bu tədbirlə ol sərvəri-qazi və olmeydani-qəza sərəfrazi qəlbi-ləşkərə həmlə qıldıqda İbnül-Əhcar, ol pəlidi-qəddariki bin mübarizi-xunxarla şəhzadəyə istiqbal edüb bünyadi-hərb etdi.Qit’ə:
Tişeyi-Fərhad qəsdi-Bisütun eylər vəli,Tişə ilə Bisütun daşı tükənməkdir məhal.Mün’ədim olmaq nə mümkün ləşkəri-murü məgəs,Tutalum kim, əjdəha dəm urdu, Simürğ açdı bal.
Şahzadə ol haramzadələrdən qətl etdikcə qəlbi-ləşkərdən müavinət gəlüb,şəhzadəyə təhəccüm qılub, qəlbi-ləşkərə düxul mütəəzzir olub, Həzrəti-İmamınşövqi-didarı şəhzadənin inani-əzimətin canibi-xeyməgaha mün’ətif qılub dövləti-mulazimətmüyəssər olduqda, Həzrəti-İmam ana dualar qılub ayıtdı: "Ey Əvn,cərahətlərin çoxdur. Bir zəman hərəmsərayə təvəccöh qılub, cərahətlərinbağladıb, bir miqdar istirahət edüb, yenə meydana gəl". Əvn ayıtdı: "Eybəradəribüzürgvar, görürəm ki, saqiyi-Kövsər bir cami-şərbət mühəyyaqılıbdur, bana işarət etməkdədir. Vəhmim andandır ki, bən mütəvəccihi-rahətolduqda bu şərbət fövt olub təəttüşüm ziyadə ola və canımda Fərat suyundanziyadə bu şərbətin təhəssürü qala". Həzrəti-İmam gördü ki, mən’ olunmaz,ayıtdı: "Ey Əvn, rikabındakı mərkəb cərahətlərdən zəbun olubdur. Ol ədhəm ki,Həzrəti-ƏliyyiMurtəzadan sənə inayət qılınmışdı, mübarəkdir, səfəri-axirət üçünanı rikabi-hümayuna çək".
Əvni-Əli ol mərkəbi müşərrəf edüb, mə’rəkəyə girdikdə Saleh bin Yəsar ki,Həzrəti-Murtəzanın əyyami-xilafətində müstəhəqqi-tə’zir olub, əmri-şər’müqtəzasincə Əvni-Əli səksən taziyanə urmuşdu və ol kinə həmişə xatirində idi,Əvnə intiqam üçün müqabil durdu və Əvn ana fürsət verməyüb bir zərblə həlakedüb mübariz istədikdə ləşkərifüccar piyadəvü səvar bihəddü bişümar hərcanibdən tirbaran edüb o üqabi-büləndpərvaz sihami-ə’dadan balü pər peydaqılub, qüvvətü qüdrət olduqca viraneyi-qəflət bumların mütəfərriq edüb, aqibəttəriqi-ixvanü ənsaba salik olub şərbəti-şəhadət içdi. Rəhmətullahi əleyh. Qit’ə:
Kim ki, girdi Kərbəla meydaninə fürsət bulub,Nüzhəti-üqbaya təbdil etdi dünyanın qəmin.Qayib oldu kim ki, cüllabi-şəhadət qıldı nuş,Aləmi-qeyb eylədi dövran şəhadət aləmin.
Andan sonra Əbdullah bin Əliyyi-Murtəza şəhriyari-məsnədi-rizadan icazəti-meydanalub, ərseyi-meydanı cilveyi-səməndi-səba-seyrilə fanusi-xəyal edüb,əsrəi-hərəkatla yüz səksən mübarizin rişteyi-həyatın qət’ etdikdən sonra Hani binSüveybi-Həzrəmi zərbiylə şərbəti-həyati-əbədi nuş etdi. Şe’r:
Bargahi-qürbdə tərtib olub bəzmi-sürur,Növbətilə içdilər cami-tərəb fərzanələr.Pənceyi-dövran şəhadət riştəsinə verdi tab,Dövrlə bir-bir düzüldü riştəyə dürdanələr.
Andan sonra növbəti-təcərrö’i-şərbəti-şəhadət Əbbas bin Əliyyi-Murtəzayayetdi və ol Həzrət ələmdari-sipah və əlameyi-ləşkərizəfərpənahdı. Çün gördü ki,təngnayi-həyati-müstəari-fani tərtibi-süfufi- əskəri-ərbabi-vəzayə müzayiqəverüb, ləşkər bir-bir fəzayialəmi-bəqayı cilvəgah etməkdədir və Sultani-Kərbəladan bir-bir rüxsət alubməziqi-möhnətdən ol fəzayi-fərəhfəzaya getməkdədir, ələmi-[əlameyi]-əskəri-hümayunudili-zəmində möhkəm edüb Həzrəti-Sultani-Kərbəlanın rikabi-hümayununmülsəmi-təqbiliədəb qılub, bu təriqlə ərzi-niyaz etdi ki: "Ey ləngəri-səfineyi-səbrü təhəmmül və ey ənqayi-Qafi-təslimü təvəkkül, vəqt oldu ki, bəndəxi ələməfrazi-aləmi-ülvi olam və ələmi-ahı əlameyi-ülüvvi-iqtidar edüb aləmiüqbayatəvəccöh qılam".
Həzrəti-İmam giryan olub ayıtdı: "Ey Əbbas, sən əlameyi-əskəriİslam idin.Hala ki, ləşkər badiyeyi-fənadan mülki-bəqaya əzimətirihlət qıldı, sana dəxi oldiyara ələm çəkmək münasib oldu. Əmma sana nəsihətim budur ki, meydanagəldikdə bu zalimlərə təcdidi-hüccət təriqiylə nəsihət verəsən".Əbbasi-Əli qəbul edüb, mütəvəccihi-meydan olub, ənvai-lö’blə ə’dayaməhabət buraxub bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:
Bənəm Əbbas-sərdari-müxalifsuzi-xəsməfkən,Müti’i-Mustəfa, nəqdi-Əmirəl-mö’minin Heydər.Əgər dəryayə düşsə tiği-atəşbarımın əksi,Şüaindən olur dəryada hər bir qətrə bir əxgər.Və gər toprağa pərtöv salsa şəm’i-rayəti-əzmim,Ziyasindən olur topraqda hər bir zərrə bir əxtər.
İzhari-ismü rəsm etdikdən sonra avazi-büləndlə nida qıldı ki: "Ey qövmi-bimürüvvət,əgər nəsihət məqbul isə Həzrəti-Hüseyni-Əlidən sizə rəsuli-pəyamgüzaramvə əgər xilafi-təriqi-mürüvvət dutsanuz, müəddiyi-karzaram". Olmüanidlər ayıtdılar: "Peyğamın nədür?". Əbbas ayıtdı: "Ey bivəfalar, Həzrəti-Sultani-Kərbəla və nəqdi-Mustəfa və nuri-çeşmi-Murtəza və cigərguşeyi-Zəhrabuyurur ki, təmamiyivəfadarü həvaxahlərimi qətl etdinüz. Vəqt olmadımı vaqe’olan əhvaldan peşiman olub bu nirani-təəttüşdən iztirab edən övrətü ətfala biriçim su verəsiz ki, ləbi-xüşklərin tər qılalar və aman verəsiz ki, anları alubcanibi-diyari-Rum, ya Hindü Çinə çıxub cəzireyi-Ərəb və mülki-Hicazı sizəmüsəlləm qılam və şərt edəm sizinlə tə ruziQiyamət müxasimə qılmıyam?!".Bu kəlimatdan ləşkəri-Yezidə xüruşü qülqülə düşüb, bə’zi mütəəssif olub,ümərayi-ləşkərə qəsd etmək tədarükində ikən Şimri-Zilcövşən və Şisi-Rəbii vəHəcərüləhcar fitnədən təvvəhhüm edüb, ləşkərətəmkin verməyüb Həzrəti-Əbbasa müqabil durub ayıtdılar: "Ey Əbbas, əgərtəmamiyi-ruyi-zəmin seylabla dolsa və anın hifzi bizüm qəbzeyi-iqtidarimizdəolsa, Yezidə bey’ət etməyincə bir qətrə su Hüseynə və ətbainə verilmək mümkündegil".
Əbbas ol tayifədən novmid olub, müraciət qılub ərzi-hal etdikdə nagah ətfaliƏhli-Beytdən fəryadi-"Əl-ətəş, əl-ətəş" səm’i-mübarəklərinə irişüb, bir-ikiməşkü məthərə alub biixtiyar-seyl-manənd mütəvəccihi-rudi-Fərat oldu. Və dörtbin namərd ki, mühafizəti-Fərat üçün müqərrər olmuşdu, Əbbası görüb səvarüpiyadə mütəvəccih olub tirbaran etdilər. Ol şiri-bişeyi-məhabət əndişə qılmayub,ol güruha həmlə qılub, bir həmlədə yetmiş namərd dərəkati-cəhənnəməgöndərüb, tətimməsin pərakəndə qılub Fərata girdi. Əmma təmkin verməyüb,səvarü piyadə hücum edüb tirbaran etdilər. Ol nəhəngi-dəryayi-şücaət Fəratdançıxub, yenə ol dəryayitüğyana əsayi-Musa kibi çaklar salub, gerü Fərata müraciətqıldı. İstədi ki, mərkəbin sirab edüb kəndü dəxi bir miqdar su içə, yenə Əhli-Beytin ləbtəşnəvü cigər-suxtələri yadına gəlüb rəva görmədi ki, anlardanmüqəddəm sirab ola. Əlqissə, bir içim su içmədən əlindəki məşkü məthərəyipürab edüb çıxdıqda ol bədbəxtlər ətrafın alub, tirbaran edüb əsnayi-müharibədəNofəl bin Əzrəqi-həramzadə qəfil tiği-bidiriğ urub, ol məzlumun saidi-yəmininbədəni-mübarəkindən cüda qıldı. Əbbas ol məşki əlindən buraxmıyub, bazuyiyəsarasalub rəvan oldu. Bir həramzadə dəxi fürsət bulub bir zərbə iləbazuyiyəsarın dəxi qət’ etdi. Rəvayətdir ki, ol saniyi-Cə’fəri-Təyyar və varisi-Heydəri-Kərrar ol məşki buraxmayub, mübarək dişləriylə kətfinə buraxubrikabla ə’dayi ətrafindən mən’ edərdi və derdi. Şe’r:
Səbrdən qət’i-kəfü said bəni mən’ eyləməz,Nəxli qılmaz münhərif nöqsani-bərgü şaxsar.Mərdi-meydani-bəlayam, qət’i-ə’zadan nə bak?Şəhpəri-himmətdədir pərvazi-övci-iqtidar.
Nagah bir həramzadə dəxi zəxmi-navəki-dilduzla ol məşki dəlüb anda olan suməzlumlar əşki kibi və şəhidlər qanı məsabəsində xaki-Kərbəlaya töküldü. Əbbasol vaqiədən pərişan olub ahi-cigərsuz sineyi-püratəşdən çəküb ayıtdı: "Ya Rəb,bu nə halətdir ki, bir qətrəsu Əhli-Beytə nəsib olmaz". Hatifdən nida gəldi ki: "Ey məzlum, hüsuli-dərəcati-üxrəvi asan olmaz və cəfa çəkmədən heç salik mənzili-məqsuda dəstrəsbulmaz. Şe’r:
Fəraq atəşi rövşən qılub çiraği-vüsal,Hərarəti-ətəş eylər ziyadə zövqi-zülal.
Əlqissə, Əbbasi-Əli ol iki zəxmi-mühliklə mərkəbdən düşüb nərə urdu ki:"Ya əxi, ədrik əxakə". Hüseyni-məzlum ol avazı istima’ edib fəğan etdi ki:"Ə’lanə ənkəsərə zəhri", yəni İmdi belim sındı". Və bir ahi-cigərsuz çəkdi ki,zəmini-Kərbəla mütəzəlzil oldu. Şe’r:
Getdi ol sərvi-səmənbər ki, dilaramım idi,Rahəti-sinəvü kami-dili-nakamım idi.
Rəvayətdir ki, Məhəmməd Ənəs Həzrəti-İmam xidmətində idi. Həzrəti Əbbasınavazın istima’ etdikdə və ol səda istima’indən şahzadə Hüseyniniztirabın gördükdə mütəvəccihi-meydan olub gördü ki, Həzrəti-Əbbas ağüşteyi-xakü xun olub can vermiş. Kəndüsin anın üzərinə buraxub şivən edərkən ləşkəri-müxalifsəvarü piyadə tirbaran edüb anı dəxi şəhid etdilər. Rəhmətullahi əleyhi.Çün cəmi’i-ənsabü əqrəba şəhdi-şəhadət nuş edüb növbəti-təcərrö’i-şərbəti-bəqaHüseynə və övladinə yetdi, hiddəti-atəşi-sitəm cigəri-kainata tə’sir etdi.Asiman pənceyi-xurşidi daməni-dövrana urdu ki, vəqt oldu bu dövri-müxalifdənpeşiman olasan və əcəliMələkülmövtə ağazi-təərrüz etdi ki: "Necə bir bəni Ali-Mustəfadan şərmsar qılasan?" Şe’r:
Təcavüz qıldı həddən ey fələk bidadın, insaf et,Yetər tə’zimi-əşrar eyləyib təxfifi-əşraf et.
Rəvayətdir ki, Hüseyn İbn Əlinin üç oğlu olub, biri Əliyyi-Əkbər idi və biriƏliyyi-Əvsət idi ki, Zeynəlabidindür və biri Əliyyi-Əsğər idi ki, Əbdullah derlərvə Həzrəti-İmam anın ismiylə mükənnadür. Ol sərvəri-mülki-bəqa və məhrəmi-səra-pərdeyi-vəfa övladınun fövtü mövtün görməmək məsləhəti üçün kəndüyəsilah mürəttəb qıldı,mütəvəccihi-meydan olmağa. Əliyyi-Əkbər xurşidi-rüxsarun Həzrəti İmamınkəfi-payi-ərşpayəsinə sürüb, təzərrö’ edüb rüxsəti-meydan istədi. Hər necə ki,xəvatini-hərəmsərayi-nübüvvət fəryadü fəğanla mən’ etdilər, faidə qılmadı.Həzrəti-İmam təzərrö’vü İlhahindən mütəəssir olub, kəndü mübarək əliyləəsbabi-rəzmin mürəttəb qılub, Həzrəti-Adəm kəmərin ki, Şahi-Vilayətdənyadigar idi, belinə bağlayub və Həzrəti-Əbbasın mərkəbinə bindirüb, himməti-aliyəsinbədrəqeyi rahi-bəqa qılub meydana rəvan etdi. Şe’r:
Vəh ki, ol gülrux səfər əzminə ahəng eylədi,Şəhrü səhrayı bana könlüm kibi təng eylədi.
Rəvayətdir ki, ol zəmanda şahzadə on səkkiz yaşında olub sünbüli-gisuyi-müşkbarıgülşəni-rüxsarinə sayə salmaqda idi və ətrafi-laləzarı bənəfşeyi-tərdənmüzəyyən olmaqda idi. Və bu məşhurdur ki, hüsni-surətlə Rəsulullaha andanəşbəh madəriəyyamdan mütəvəllid olmamışdı və andan əmləh daireyi-vücudaədəmdən gəlməmişdi. Hərgah ki, Əhli Beytə arzuyi-istima’ikəlimati-Rəsul qalibolurdu, anın [lə’li-şəkərbarın göftara gətirirlərdi və hərgah ki, didari-seyyidi-kainatamüştaq olurlardı], anın çehrəsindən didəyə nuri-sürur yetürürlərdi.Əlqissə, ol nihali-gülşənisəbahət ol zəman ki, rüxsət alub sərvi-xüramanın aləmi-ərseyi-meydanetdi, zövqi-pabusi-səməndi-səbükseyrdən zəmzəmeyi-mübahatzəminü asimana yetdi. Şe’r:
Üqabi-bərqşitabı səbadan aldı qərar,Sipehri eylədi heyran sür’əti-rəftar.Zəminə rəxşi salub nəqşi-mixi-rizeyi-nə’l,Səvabit eylədi zahir kəvakibi-səyyar.Lətafəti-hərəkatinə afərinlər edüb,Təbəq-təbəq düri-əncüm sipehr qıldı nisar.
Hər tərəf cövlanlar edüb lö’blər göstərdikdən sonra bəyani-ismü rəsm edübnə’rə urdu ki: "Bənəm şükufeyi-nihali-təqva, bənəm nəqdi-Hüseyn bin Əliyyi-Murtəza". Şe’r:
Bənəm ol şahi-şahzadeyi-dəhrKi, sifatimdə əql heyrandür.Həsri-övsafi-qədrü mənzilətim,Xarici-ehtimalü imkandır.Nurbəxşi-çiraği-icadım,Mahi-kövneynü Şahi-Mərdandır.Cəddi-pakım Məhəmmədi-Mürsəl,Əsli-zatım Əliyyi-İmrandır.
İbn Sə’d ki, ol füruği-şə’şə’eyi-cəmalı mütaliə qıldı və ol lətafəti-hüsni-məqalavaqif oldu və şahzadənin kim olduğun bildi, kəndü qəbahəti-əf’alindənəsəri-infi’al bulub, ahi-həsrət çəküb ə’yaniləşkərə ayıtdı: "Ey qövm, bu sərvərəkbəri-övladi-Hüseyn bin Əlidir ki, şəklü şəmayildə şəbihi-həzrəti-Nəbidir". Birzəman mütəhəyyir olub kimsənəyə rüxsət vermədi ki, meydana girə və ana birələm yetürə. Zira bildi ki, məks etdikcə təərrüzi-ləşkər ehtiyac olmayub olnövcəvanın həlakinə tiği-təəttüş yetər və navəki-şüai-afitabi-suzan və sinanizəhrəşikafi-səmumi-cigərsuz kifayət edər. Şəhzadə gördü ki, dirəng etməkləşəmşiri-hərarət tiz olub mövcibi-zə’fi-qüva və baisi-riqqəti-ə’za olur, bimühabakəndüsin qəlbi-sipaha urub bünyadi-cidal etdi və hökmi-zülali-şəmşiri-abdarınmümkün olduqca məcariyi-üruqi-əbdani-ə’daya yürütdü. Əmma izhari-kəmali-şücaətedüb, şövqlə cəng edərkən tabi-afitabdan zireh həlqələri hiddətihərarətbulub bədəni-nazpərvərdinə dağlar urdu və ehtimali-alətihərb kətfi-şərifinəələmlər yetürdi. Şe’r:
Bari-tari-pirəhəndən inciyən cismi-lətif,Necə çəksin rəzm meydanında bəndi-ahənin?Nazpərvərdi-nəimi-şəfqətü ehsan olan,Necə olsun qabili-bidadi-əhli-zülmü kin?
Əlqissə, külfəti-alati-rəzm əlaveyi-ənduhi-təəttüş olub, şahzadə təlatümi-hərbdənkənara çıxub, validi-büzürgvarının xidmətinə müraciət edüb fəryadagəldi ki: "Ya əbətah, zəbəhəni əl-ətşu və əsqələni’l-hədid", yə’ni "Bəni həlaketdi susuzluq və ağırlandırdı bari-ahən". Həqqa ki, əgər bir qətrə suyla təskinihərarətversəydim, ləşkəri-müxalifi qərqeyi-tufani-fəna qılırdım". Həzrəti-İmamgərdimeydan çehreyi-pakindən pak edüb, Həzrəti-Rəsulun nigini-mübarəkin təskini-hərarət üçün lə’li-abdarinə mülazim etməgin bir miqdar təskinbulub yenə meydana müraciət qıldı. Bu növbət İbn Sə’d, Tariq bin Şisə əmr etdiki, ey Tariq, sən meydana girüb bu şəhzadə dəf’inə qüdrət bulsan, vilayəti-Mosulhökumətin sənə ən’am edərəm. Tariqi-məl’un hökuməti-Mosul həvasiyləmeydana girüb Əli bin Hüseynə nizə həvalə qıldı. Şəhzadə ol bədbəxtin nizəsinrədd edüb sineyi-pürkinəsinə bir nizə urdu ki, nuki-nizə səbzəmanəndşurəzaricismi-pəlidindən baş çıxarub həlak oldu.
Andan sonra Öməri-Tariq gəlüb şəhzadə əlindən şərbəti-fəna içdi. Andansonra Misra’bin Qalib meydana gəlüb müqabil olduqda şəhzadə şücaəti-Mustəfəvi və cəladəti-Murtəzəvi izhar edüb, tiğiabdarla nizəsin qələm qılubfərqi-namübarəkinə bir zərb urdu ki, iki parə olub mərkəbinin iki tərəfindənmeydana düşdü. Ləşkəri-müxalif ol zərbi-dəsti görüb, bərgi-xəzan kibi lərzanolub müharibəsindən mütəvəhhim olduqda İbn Sə’d Möhkəm bin Tüfeyli iki binmübarizlə [şəhzadənin məsafinə təhris etdi. Möhkəm bin Tüfeyl iki binmübarizlə] ol afitabi-asimani-vilayəti araya alub, şəhzadə əndişə qılmayub,nəş’eyi-vilayət sərməsti olub, ol iki bin namərdi mütəfərriq edub bir dəxiHəzrəti-İmam xidmətinə təvəccöh edüb ayıtdı: "Ya əbətah, əl-ətəş, əl-ətəş".Həzrəti-İmam dideyi-nəmnakdan seylixunabə rəvan edüb dedi: "Ey cigərguşə,səbr et ki, səninçün şərbəti-Kövsər mühəyya olubdur".
Şəhzadə ol bəşarətlə meydana müraciət qıldıqda, ləşkəri-ə’da hücum edüb,yəminü yəsarın alub və nihali-cismi-lətifi gülbüniqönçə kibi pürpeykan olub vəsipərmisal ə’zayi-şərifinə müxtəlif zəxmlər, çaklar salub, aqibətüləmr İbn Təmirtə’nəsiylə, bir rəvayətdə Mən’ə bin Mürreyi-Əbdi zəxmilə mərkəbdən düşübnə’rə urdu ki, "Ya əbətah, ədrikni". Şe’r:Qərqi-girdabi-fəraq oldum, tərəhhüm qıl, səba,Şərh edüb halım, bənim, billah, yetür dildarımı.Qıldı cəlladi-fələk qəsdi-həlakım Tanrıçün,Ərz qıl dildarimə hali-dili-əfgarımı.Var ikən cismimdə can, məqsudum oldur kim, qılam, Şəm’i-ruyindənmünəvvər dideyi-xunbarımı.
Həzrəti-İmam ol məzlumun intizarında ikən və nə’rəsin eşidü, biixtiyarmeydana girüb ol sərvi-rəvanı xaki-məzəllətdən götürüb xeyməgaha yetürdi vərüxsarın rüxsarinə sürüb ayıtdı: "Ey fərzəndi-dilbənd və ey arami-dili-dərdmənd,bir təkəllüm et". Şəhzadə göz açub validi-büzürgvarın, bəradəri-qəmgüsarın vəvalideyi-biqərarın üzərində görüb ayıtdı: "Ya əbətah, gördüm ki, əbvabi-asimanməftuh olub, şərbəti-səlsəbildən camlar mürəttəb olubdur". Bu təkəllüməsnasında ruhi-pürfütuhi rövzeyi-rizvana intiqal etdi. Şe’r:
Mahi-cəmalın ol güli-baği-risalətinSitri-səhabi-mərg nihan etdi, ey diriğ!Şaxi-güli-hədiqeyi-iqbali-ruzigar,Pamali-inqilabi-xəzan etdi, ey diriğ!
Və bu dəxi bir rəvayətdir ki, şəhzadə qəlbi-sipahi-ə’daya həmlə qıldıqdaHəzrəti-İmamın nəzərindən qayib oldu. Ol Həzrət biixtiyar anın mütali-bətinərəvan olub, "ya Əli, ya Əli"-deyib, hər tərəf gəzüb fəryad edərkən nagah bircanibdən sədayi-"Ya əbətah" istima’ edüb ol canibə rəvan oldu, əmma əsəringörmədi. Və səbəb ol idi ki, Mən’ə bin Mürruyi-həramzadə şahzadəyə zəxmurluqda bişüur olub, mərkəb biixtirar anı meydandan çıxarub, bir səhrayabıraxmışdı. Həzrətiİmam şahzadə təfəhhüsündə ikən gördü ki, mərkəbi-birakibmütəvəccihi-xeyməgah oldu. Cameyi-səbrü təhəmmül çak edüb mərkəbi tutmaqistədi. Mərkəb fərar etdikdə Həzrəti-İmamı ol mənzilə ilətdi ki, şəhzadə düşmüşidi. Həzrəti-İmam gördü ki, şəhzadə aludeyi-xakü xun olub, hənuz həyatından birrəməq var. Mərkəbindən piyadə olub, səri-mübarəkin kənari-şərifinə alub,ruxsarın rüxsarinə sürüb, şəhzadə gözün açdıqda Həzrəti-Sultani-Kərbəlanunrüxsari-mübarəkin görüb ayıtdı: "Ey validi-büzürgvar, hala görürəm ki, Həzrəti-Rəsul iki əlində iki cam dutubdur. Birin bana vermək istədi, bən ayıtdım: "Yacəddah, ikisin dəxi iltifat et ki, qayətdə təşnəyəm". Buyurdu ki, "Ey Əli, bucamlərin biri sənə mənsubdur, sən təsərrüf et. Bu birinə təmə’ qılma ki, Hüseyniçün mühəyya olubdur. Hala gəlüb nuş edəcəkdir". Bu təkəllümdə ikən canıncanana təslim etdi. Rəhmətullahi əleyh.
Dərda ki, içdi bəzmi-bəlada meyi-fəna,Canü cəhandan almadan ol növrəsidə kam.Gülzari-ömri gördü xəzan, görmədi bəhar,Mahi-cəmalı etdi qürub, olmadan təmam.
Diriğa ki, nihali-növrəsi-İmamət izhari-şükufə qılub, çəmənarayibustanivilayətolmuş ikən sərsəri-xəzani-fənadan şikəst buldu və hilali-asimani-səyadətguşeyi-əbru göstərüb əhli-iştiyaqı nəzzarəsiylə məsrur etmiş ikən bədri-təmamolmadan səhabi-əcəldə müxtəfi oldu. Müxəddərati-sərapərdeyi-ismət bünyadi-növhəqılub təcdidi-matəm etdilər. Filvaqe’ bu vaqieyi-dilduzun ləhibi-nirani-hərarətindənbir xunincigər agahdır ki, dili-parə-parəsi bir fərzəndi-dilbənddağifəraqiylə yanmış ola və bu hadiseyi-qəmənduzin hərarəti-mərarətindən birdilsuxtə vaqifdir ki, nəxli-həyatının tazə ikən sərsəri-həvayi-müxalifdən birşaxsarı sınmış ola. Həzrəti-İmam vücudi-hirqəti-təmam ilə xəvatini-Əhli-Beytə olmüsibətdə təsəlli verüb derdi: "Ey Əhli-Beyti-risalət və ey riyazi-gülzari-İmamət,bəlayi-asiman nüzul etdikdə asarı cəmi’i-gülzari-İmamət, bəlayi-asimannüzul etdikdə asarı cəm’i-kainata şamildir və kafirü müsəlman əhateyi-ümumi-möhnətədaxildir. Əmma əyari-imtiyazi-mö’min bəlada səbrü şükretməklə rütbeyi-rif’ət bulur və kafir cəzə’vü iztirab qılmağ ilə məqhurü məzmumolur və təqriri-dilpəziri-"İnnəma yüvəffə’s-sabirunə əcrəhüm bi-ğayri-hisabin" buməzmuna əsəhhi-dəlayidir. Şe’r:
Səbr etməyüb müsibətə hər kim qılur cəzə’,Şayisteyi-məvahibi-əfvü əta degil.Mə’lum olur məsayibi-ərbabi-küfrdənKim, səbrdir vəsileyi-rəhmət, bəla degil.
Ey xəvatini-sərapərdeyi-sitrü ifaf, səbr edin və təhəmmül pişə qılun ki, busəbrü təhəmmülün nəticəsi axirətdə rövzeyi-nə’im və dünyada Qiyamətədəkehtiramü tə’zİmdir. Zinhar, zinhar, bəndən sonra çaki-giriban edüb muyi-sərpərişan etməyəsüz ki, mövcibişəmatəti-ə’da olmaya. Əmma giryədən sizi mən’etməzəm, zira abidideyi-məzlum hədiqeyi-rəhməti sirab edər və seyli-əşkiqəribiməhmumilə mir’ati-əməldən qübari-küdurət gedər". Pəs əsağiri-övladınıəkabirə əmanət təriqiylə təslim edüb və məcmuin
Vacibül-vücuda tapşırub, vida’ qılub meydani-məsafa mütəvəccih olduqdamütəhhərati-Əhli-Beyt bir növhə qıldılar və bir növ’lə nalan oldular ki, sükkani-səvami’i-mələkut ğülğüleyi-növhələrindən sərasimə olub [təsbihü təhlillərinfəramuş etdilər və ənadilü qümariyiriyazi-behişt zəmzəmeyi-giryələrindən]mütəhəyyir qalub kəndüsürudlərin unutdular. Şe’r:
Şahidi-ifrati-ğəmdir kəsrəti-fəryadü ah,Seyli-abi-çeşm miqdarı dil azarincədür.El əzasinə nə nisbətdir əzayi-Əhli-Beyt,Çün əzası hər kimin məqtul miqdarincədür.
Ol hala müqarin Əliyyi-Əsğər ki, tifli-şirxarə idi və hərarəti-ruzigar qönçeyi-pistani-validəsinə hiddəti-peykan verüb ol tiflin çeşmeyi-məişətin məsdudqılmışdı və ol tifli-mə’sum iztirabi-cu’vü ətəşdən vərteyi-həlaka qərib olmuşdu,Həzrəti-İmama əhvalın ərz etdikdə, Həzrəti-İmam ol tifli mübarək əlinə alub,ləşkəri-müxalifə müqabil durub ayıtdı: "Ey zalimlər, tutalım ki, bən günahkaram,bu tifli-bigünaha neçün bir qətrə su verməzsiz?". Ol səngparələrdən abirəvançıxmaq mümkün olmayub ayıtdılar: "Ey Hüseyn, Übeydullahi-Ziyadın hökmirəvanısu mən’ində müəkkəddir, təğəyyür bulmaz və bey’ət etməyincə sana vəövladına su içmək müyəssər olmaz". Həzrəti-İmam novmid olub müraciət etməksədədində ikən Hüzeymə Kahili bir navəki-dilduza güşad verüb, ittifaqla olmə’sumun hülqi-mübarəkinə dəgüb, güzar edüb Həzrəti-İmamun saidi-mübarəkinəsancıldı. Həzrəti-İmam ol oxu çəkdikdə ol tiflin hülqumundunçeşmeyi-xun rəvan olub, pak edərək validəsinə yetirüb ayıtdı: "Ey biçarə,fərzəndin şərbəti-şəhadət ilə sirab oldu".
Rəvayətdir ki, Əliyyi-Əsğərlə yetmiş iki nəfər təmam oldu və Həzrəti-İmamZeynəlabidindən qeyri ki, bimardı, səhrayi-vücudda Həzrəti-Hüseynə həmrahqalmadı. Şəhzadə kəndüsin tənha gördükdə ahi-cigərsuz çəküb bu məzmunla birrəcəz ağaz etdi ki. Şe’r:
Dərda ki, dari-dəhrdə bir yar qalmadı,Bir yari-qəmgüsarü vəfadar qalmadı.Dami-bəladan əhli-vəfa buldular nəcat,Bir bəndən özgə zarü giriftar qalmadı.
Rəvayətdir ki, Həzrəti-İmam Zeynəlabidin validi-büzürgvarın tənha görüb,riqqəti-təmamla xabgahdan dışra çıxub, cismi-zəif və kəfilərzanlakəndüyəəsbabi-rəzm mürəttəb qılub, əziməti-meydan etməkdə ikən Həzrəti-Hüseynayıtdı: "Ey nuri-didə, hala sənə rüxsəti-şəhadət yoxdur, zira silsileyi-siyadət sənəmərbutdur və bəqayi-nəsli-Mustəfəvi sənin vücudinə məşrutdur". İmamZeynəlabidin ayıtdı: "Ey məxdum, haşa ki, bən şərbəti-şəhadətdən binəsib vədövləti-didari-şərifindən məhrum qalam?". Həzrəti-Hüseyn ayıtdı: "Eycigərguşə, bəzmi-bəlada cami-şəhadət nuş etməgə hənuz sənə növbətyetməmişdir və saqiyi-əcəl səni hənuz yad etməmişdir. Ənqərib sən dəxi buşərbətdən içüb bizə vasil olursan və muradınca bu xani-müsibətdən nəsibalursan". Pəs, həzrəti-Zeynəlabidini hüzurinə alub cəddü abadan mövdu’ olanəmanətləri ol Həzrətə tapşurdı. Kəlamüllahi-Məcid və müshəfi-Fatimə,cifriəbyəz və cifri-came’, elmi-qiyamət və baqi ülum ki, əimmədən qeyrəmümkün degil, ana təslim edüb və anı Vacibül-vücuda tapşırıb. Şe’r:
Seyr eylədi zülali-səfa bağa bağdan,Nur etdi intiqal çirağa çirağdan.
Təslimi-əmanət etdikdən sonra ziyafətxaneyi-behişt əzimətin müqərrər bilüb:"Dostlar vəliməsinə getdikdə müzəyyən olmaq rəsmdir" – deyüb bir dəxihərəmsərayə girüb, qübari-meydandan məhasinü gisu pak edüb və təcdidi-libastəriqiylə dəqqi-Misridən bir giranmayə xəl’ət geyüb və əmameyi-Rəsulullahınəqdin tazələyüb və seyyidül-şühəda Həmzənin sipərin kətfinə bıraxub vəƏliyyi-Murtəzanın Zülfiqarın həmayil qılub və Rəsulullahın Zülcinah nambüraqrəftarın rikabi-hümayuna çəküb, mübarək əlinə bir rəmhi-əjdəhamanəndalub, zinəti-təmamla Əhli-Beytə vida’ edüb "Və kəfa billahi şəhidən" kəliməsinyad qılub, ərseyi-meydana yüz dutdu və yetdikdə nizeyi-cansitanın dili-xakəüstüvar qılub və nizəsinə təkyə qılub bir rəcəz ağaz etdi ki, bə’zi əbyatı budur.Şe’r:
Xəyrətu’llahə minə’l-xəlqi əbi,Summə ümmi və ənə’bnə’l-xəyrətəyn.Fizzətun qəd xuliqət min zəhəbin,Və ənə’l-fizzətu’İbnə’z-zəhəbəyn.Fatimətu’z-Zəhra ümmi və əbi,Varisu’r-rusuli İmamə’s-səqələyn.Min ləhu cəddin kə-cəddi fi’l vəra,Əv kə’şəyxi və ənə’bnu’l-aləmeyn.Zəhəbun fi-zəhəbin fi-zəhəbin,Və ləcinu fi-ləcin fi-ləceyn.Ol bənəm kim, cəddi-pakimdir çiraği-ənbiya,Afitabi-övci-himmət, sərvi-baği-İstəfa.Ol bənəm kim, mə’dəni-dürri-vücudumdur Əli,Şahi-ərbabi-həqiqət, şəm’i-cəm’i-övliya.Ol bənəm kim, şəm’i-nuri-xilqətİmdir Fatimə,Cövhəri-kani-şərəf, şəm’i-şəbistani-həya.Bən nihali-gülşəni-ədlü riyazi-ismətəm,Ey fəsad əhli, nədir bunca bana cövrü cəfa?Tökdünüz bir-bir atub səngi-sitəm övraqımı,Qoydunuz tənha bəni qürbətdə bibərgü nəva.Haliya qət’üm təmənnasində qılmışsız qülüvv,Qansı məzhəbdə bənim qət’i-həyatımdır rəva?!
Və məqalədən sonra ol güruhi-müxalifi müxatəb qılub nida qıldı ki: "Eyqövmi-sitəmkar və ey taifeyi-qəddar, ehtiraz edin ol Qəhhar qəhrindən ki,firqeyi-Ali-Fir’ovni qərqeyi-seylabi-Nil və sipahi-Əshabi-Fili məğlubi-hücumi-təyri-əbabil etdi. Və təvəhhüm qılun ol Cəbbar qəzəbindən ki, üsati-qövmi-Lutşəhrin sərnigun edüb, ğülati-Ali-Nuhun mülkinə seylabi-siyasət yürütdü. "Vəistəğfiru Rəbbəkum summə tubu iləyhi yumətti’kum məta’ən həsənən". Eyzalimlər, əgər hakimi-divani-qəza ədlinə və Həzrəti-Rəsul şəriətinə e’tiqadınızvar isə, yad edin əvaqibi-ümuru və bu zülmlərdən istiğfar qılun və bana amanverin ki, bu ətfalü əyalı paymali-qürbət olmadan ya Həbəş canibinə, ya Rumtərəfinə alub gedəyim və bu cəzireyi-Ərəb və ərziBabil və mülki-Hicazı sizətəslim edəyim və əgər müharibədən təcavüz mümkün olmazsa, barı, bir-birmeydana gəlin".
Ləşkəri-Kufə və Şam ol kəlimati-məhəbbətamizi istima’ etdikdə daşlardançeşmələr rəvan olur kibi biixtiyar dideyi-vəqahət-pişələrindən əşki-nədamət rəvanolub bir miqdar peşiman olmağa mütəvəccih ikən Bəxtəri bin Rəbi’ə, Şis binRəbi’i və Şimr Zihcövşən və bə’zi rüəsayiəskər ki, dili-səxtlərində ədavəti-xanədani-vilayət mütəməkkin idi, gördülər ki, Hüseynin kəlimatı tə’sir edübtəğəyyüri-əqaidi-əskər mümkündür, filhal Hüseynə müqabil durub ayıtdılar: "EyHüseyn, bizim müharibəmiz Yezid hökmüylə olub, sənin zülali-nəcatın anınçeşmeyi-bey’ətindədir. Ya qəbuli-bey’ət etmək gərək, ya siyasətə yetmək gərək".Bu hala müqarin tirəndazlara əmr olundu ki, Hüseynə möhlət verməyübtirbaran edin. Bir qayətdə tirbaran etdilər ki, həva pəriüqabdan məmlüv olub,kəsrəti-peykani-hücumi-ammi-siham şüaiafitabdan ol mahi-övci-rif’ətə birsipəri-ahənin oldu və ol gülzariismətin ətrafın qələbeyi-navək xaristani-cəfaqıldı. Əmma hirzihimayəti-Rəbbani hisni-hifz olub, ol padşaha zərər yetmədi.Həzrətiİmam ol halı görüb qəlbi-sipaha həmlə qılmaq tədarükündə ikən nagahbir qübari-vəhmnak peyda olub aləmi tirə qıldı. Və ol halətdə bir şəxsi-mühib vəsurəti-əcib zahir oldu ki, başı mərkəbə bənzəyib, ayaqları aslan ayaqlarınabənzərdi. Həzrəti-Sultani-Kərbəlanun mülaziəmtinə müşərrəf olub ayıtdı:"Əssəlamu əleykə və əla cəddikə və əla əbikə". Həzrəti-İmam cəvabi-[səlam]alub ayıtdı: "Ey nikbəxt, sən kimsən ki, bu tənhalıqda qərİbnəvazlıq edərsən?".Dedi: "Ya İbn-Rəsulullah, bən bu diyarda sakin olan pərilərin sərdarıyam vəbana Zə’fəri-Cinn derlər. Və Həzrəti-Əli bin Əbi Talib ol zəmanda ki, Çahi-Beynəl-ələmeyndə zərbi-Zülfiqarla divləri müsəlman etdi, bənim babamı budiyarın pərilərinə sərdar qıldı və hala bən varisimülkəm. Rüxsət ver ki, busitəmkarların etdikləri əməllərin nəticəsin göstərəyim". Həzrəti-İmam ayıtdı: "EyZə’fəri-Cinn, hüsni-e’tiqadinə məmnun oldum, əmma siz əcsami-lətifəsiz,məhsus olmayub insanlamüharibə etmək mütəzəmmini-zülmdür. Rəva görməzəm". Zə’fər Cinn ayıtdı:"Ya Hüseyn, surəti-insana girüb cəng edəlim, netə ki, Bədr və Hüneynmə’rəkəsində məlayikə Həzrəti-Rəsula Bədr və Hüneyn mə’rəkəsində və’deyi-şəhadətyetməmişdi. Bəhər hal nəcat üçün müavinət lazım olmağın Həzrəti-Həqməlayikəyə hökm etdi. Hala bən elmül-mənayada görmüşəm ki, bu günMə’budimlə mülaqat edərəm və dari-fənadan mülki-bəqaya gedərəm. Bu bir saəthəyat üçün dostlarımı zəhmətə salmaq nə münasibdir?".
Zə’fəri-Cinn rüxsəti-müharibə bulmayub, vida’ edib müraciət etdikdə [olqübar sakin olub, ol zülmət açılub, Həzrəti-İmam mütəvəccihi-hərb olub mübariztələb etdikdə] Təmim bin Qəhtəbə ki, ümərayi-Şamdan olub mübarizi-mə’rufdu,müqabil durub ayıtdı: "Ey Hüseyn, nəfsi-vahiddə bir ləşkərə müqabil durmuşsanki, zəmanisabiqdə əksərinin abavü əcdadın Nəhrəvanda və Siffin müharibəsindəatan qətl edib hənuz xatirlərində ol kinə mütəməkkin ikən hala dəxi əksərininixvanü övladın həlak edib təcdidi-ədavət vaqe’ olmuşdur və zəman-zəman ziyadolmaqdadır. Bunun kibi ləşkərlə müqabilə etmək qələtdir. Səlah oldur ki, təriqibey’ətməsluk edib tələbi-nəcat edəsən". Həzrəti-İmam ayıtdı: "Ey Şami, bənsizünlə ibtidayi-hərb etmədim. Siz baisi-fəsad olub övladü ənsabımı qətl etdiniz.Hala kəsrəti-ə’dadan bana təvəhhüm verib bey’ətimi almaq istərsən. Ey bədbəxt,əgərçi aləmi-surətdə sizin ləşkəriniz çoxdur, aləmi-mə’nidə bənim sipahimə[nəhayət] yoxdur. Mən ol sultani-büləndbargaham ki, süradiqi-cahü cəlalımsəthi-ərşdə ətnabi-tövfiq və övtadi-tə’yidlə istehkam bulub, sayeyi-ümumi-məlayiki-ülviyyəvü süfliyyə və üqulü nüfusi-bəşəriyyə və divü pəri və vəhşü teyrtəhti-livayi-İmamətimdə i’anətimə mə’mur olub, mütiləri mizbani-mərhəmətimmütəməti’ine’məti-behişt edib, mütəmərridləri iqtizayi-müxalifətim atəşicəhiməyaxmışdır. İnşaallah, bu surət aqibət sizə mə’lum olur və pərdeyi-qəflət rəf’ olubhər kim surəti-ə’malın mülahizə qılur: "Qəd xəsirə’l-ləzinə kəzzəbu bi-likai’llahihətta iza ca’əthumus-sa’ətu bəğtətən qalu ya həsrətəna əla ma-fərrətna". Eyhəramzadə, bənim cəddi-rəfi’-miqdarımdır ol ki, ləşkəri-müxalif hücum etdikdəməlayik surəti-insana girib xidmətin ixtiyar etdi. Və bənim validi-büzürgvarımdır ol ki, rayəti-qədrin məhçeyi "Yuhibu’llahu və rəsuluhu"gərdunsay edib zərbi-dəstindən babi-Xeybərə şikəst yetdi". Bu nişatla bir nə’rəurdu ki, cəmi’i-ləşkər heybətindən titrədi, bəlkə ərzi-Kərbəlaya zəlzələ düşdü.Həm ol halətdə tiği-saiqəkirdarın çəküb, Təmim bin Qəhtəbəyi bir zərblə həlakedib dəxi mübariz istədikdə cəmi’i-ləşkər ol səlabəti-nə’rə və ol zərbi-dəstdəntərsnak olub mütəğəyyirü mütəfəkkir qalmış ikən Zeyd Əbtəhiyi-bədbəxt ki,aləmi-şücaətdə bəğayət sahibi-qürur idi və ərəbdə kəmalimübarizətlə məşhur,şəhzadəyə müqabil durub bimühaba tiğ həvaləqıldı. Həzrəti-İmam anı dəxi birzərblə iki parə qılub, təşnəlikdən bəğayət müztərib olub su içmək qəsdinəahəngi-rudi-Fərat etdi. Şimri-lə’in ol halı görüb fəryad etdi ki: "Ey ləşkəri-ŞamüKufə, zinhar, zinhar, Hüseynə təmkin vermən ki, bir qətrə su içə ki, əgər kəndüsirab olub mərkəb su içə, bin bu ləşkər kibi ana cəvab verməz və cəmi’etdigimüz sə’ylər zaye’ olmaq müqərrərdir". Ol həramzadə təhrisilə ləşkərqələbə qılub, Həzrəti-İmamla Fərat arasına hayil oldular və Həzrəti-İmammərkəbi-badrəftarına cilvə verib və tiğiatəşbarın çəkib müqatiləyə və mücadiləyəməşğul oldu. Şe’r:
Öylə kim pulad ilə daşdan olur atəş əyan,Axıdırdı tiği-bərqindən ədunin xuni-nab.Xuni-ə’dadan rəvan eylərdi hər yan seyllər,Seyllər üzrə əyan eylərdi başlardan hübab.Cövhəri-tiğində məzmun mövci-tufani-fəna,Sayeyi-rəmhində müzmər şərhi-əhvali-əzab.Cilveyi-rəxşində rövşən sür’əti-nuri-bəsər,Surəti-seyrində zahir həmleyi-sultani-xab.Rəxşi kuhi-badcünbüş, tiği bərqi-abgun,Rəxşinə gərdun fəda, tiğinə qurban afitab.
Ol şahsəvari-ərseyi-meydani-şəhadət və ol şahbazi-seyidgahi-səadət rəxşi-himmətgərmcövlan edib və tiği-şücaət qərqi-xunabiəhli-şəqavət qılub, olzalimlərin üç səfin çak edib kəndüsin Fərata yetirdi. Nəhəngvar Fərata girib,əlinə su alıb içmək istədikdə bir kimsənə nida yetirdi ki: "Ey Hüseyn, nə suiçmək məcalıdır, ləşkəribədxah qarəti-hərəmsəraya mütəvəccih oldular". Kəmali-qeyrətinani-ixtiyarın əlindən alıb, bir qətrə su içmədən səməndi-seylrəftarın canibi-xeyməgaha səddi-sipər edib yetdikdə gördü ki, ol avaz mən’iab üçün bir hiyləimiş, əmma müvafiqi-iradeyi-təqdir vaqe’ olmuş. Zira ol gün şərbəti-şəhadətiçmək müqərrər idi. Rəvayətdir ki, Fərat kənarından xeyməgaha yetincə qırxmübariz bıraxmışdı və nəqli-səhihdir ki, Həzrəti-İmam xeyməgaha yetdikdəmükərrər xəvatini-hərəmsərayi-isməti hazır edib vəsiyyət tazə qıldı ki: "Eyəsmari-nihali-fütüvvət və ey əşcari-rəyahini-təharət, müsibət üçün mühəyyaolun, əmma zinhar, camə çak edib muyi-gisu pərişan etmən və kəndünüzimümkün olduqca naməhrəmdən nihan dutun". Həzrəti-Zeynəlabidini bir dəxibağrına basıb, yüzün yüzünə sürüb vida’ etdi. Şe’r:
Gəl ey həmdəm ki, cismimdə vida’ etməkdədir canım.Tökər qanlar, anıb firqət bəlasın çeşmi-giryanım.Bənim müşkül degil halım ki, qürbi-Həq qılur hasil,Qəmi-dünya əlindən qurtulur hala giribanım.Səninçün ağlaram kim, edəcəkdir halını müztər,Həm ə’da zülmü cövri, həm bənim ənduhi-hicranım.
Ey nuri-didə, təriqi-müsabirətdən inhiraf etmə ki, şimeyi-ənbiya və şiveyi-övliyadır.Yəqin ki, bu ibtila bizə nəsib olmaseydi, bizdən sonra zahir olanmüsəlmanlara hər bəla nazil olduqda anı mövcibiqəzəbi-İlahi təsəvvür edübmə’yus olmaq müqərrər idi. Zəhi səadət ki, bəla bizim mülazimətimizdəməmduhi-əhli-həqiqətdir və vüquimüsibət mövcibi-təsəlliyi-ətqiyayi-ümmət.Şe’r:
Bəlaya səbr edəlim, cövrə şükrlər qılalımKi, bu rəviş tələb əhlinədir təriqi-vüsul.Cəmi’i-xəlqə bəla ehtiramı vacibdir,Kim oldu əqrəbi-xüddami-Əhli-Beyti-Rəsul.
Ey cigərguşə, Mədinəyə yetdikdə netə ki, bən sənin səlamını sükkani-əhli-behiştəilətərəm, sən dəxi bənim səlamımı anda olan əhibbavü əviddaya ərzedəsən". Bu halətdə Şəhrəbanu ol şəhriyarın damənin dutub ayıtdı: "Ey sərvəri-alimiqdarvə ey seyyidi-büzürgvar, bən nəsli-Yəzdicird şəhriyaram. Həvadisi-əyyamdansənin hisnihimayətin pənah etmişdim. Hala vəhmüm andandır ki,zəmaniqeybətində bu zalimlər sayir xəvatini-Əhli-Beytə övladi-Rəsul olmaqla hörmətedüb bana ihanət yetirələr. Bəni kimə təslim edərsən?". Həzrəti-Hüseyn ayıtdı:"Ey Şəhrbanu, bu vasitədən dəğdəğə çəkmə ki, sən daxili-Əhli-Beytsən və buhisari-iffətdə sənə naməhrəm təərrüzü yetməz". Şe’r:
Pəri-Cibrildir divari-dövlətxaneyi-ismət,Anın sükkaninə asib yetməz şərri-şeytandan.Hərimi-qürbi-Əhli-Beyt bənzər zövrəqi-Nuha,Olan ol zövrəq içrə ehtiraz eylərmi tufandan?!
Və bir rəvayət dəxi oldur ki, Həzrəti-İmam Şəhrbanuya vəsiyyət qıldı ki:"Bəndən sonrə mərkəbim xeyməgaha gəlür, ol mərkəbə kəndüni möhkəm edübinani-iradətin rayizi-qəzaya tapşur. Ol mərkəb səni badiyeyi-hövldən çıxarur".Və Şəhrbanu ol vəsiyyətlə əməl edüb ol mərkəblə ləşkərgahdan çıxdı.Aqibətüləmri Allah bilür. Əmma əsəhhi-rəvayət oldur ki, Əhli-Beytlə Şamagetdi.
Əlqissə, Həzrəti-Sultani-Kərbəla vəsiyyəti tamam olduqda mütəvəccihi-meydanolub bu məzmunla bir rəcəz ağaz etdi. Şe’r:
Gəldi ol dəm ki, dili-qəmnakımı şad eyləyəm,Mürği-ruhu damgahi-təndən azad eyləyəm.Gəldi ol dəm ki, bu möhnətxanəyi viran edüb,Qüds mülkünə binayi-işrət abad eyləyəm.Gəldi ol dəm kim, qılam dərgaha ərzi-halımı,Çeşmi-nəmnakü dili-qəmnakla dad eyləyəm.
Ol padişahi-qüdsisipah və ol sultani-ərşbargah zövqi-təqərrübi-dərgahullah ilə"Ənə’bnu rəsulullahi [və ənə’bnə Əliyyun vəliyallahu]" deyüb bir nə’rə urduki, ol sədadan cəmi’i-əczai-tərkibikainat mütəhəllil olub, fələki-dəvvarhərəkətdən mütəvəqqif və ərzisakin mütəzəlzil oldu. İbn Sə’d şahzadəyi olsəlabətdə görüb, ləşkəri bir-bir müharibə qılmaqdan mən’ edüb, fəryad etdi ki:"Ey bixəbərlər, şücaəti-Mustəfa və səlabəti-Murtəza və heybəti-Həsəni-Muctəbabu gün bu şəxsdə münhəsir olubdur. Həqqa ki, əgər cəmi’i-kainat birsurətə mütəşəxxis olub ana müqabil dursa, bir həmləsinə vəfa qılmaz və halazəxmi-tiği-atəş və cərahəti-müfariqəti-əhbab ana kargər olubdur. Cəmi’i-ləşkərittifaqla həmlə qılub, tərəddüdün ziyadə qılun". Ol məl’unun əmriylə cəmi’iləşkərittifaqla mütəvəccih olub şəhzadəyi araya aldılar və ol şiri-bişeyi-şücaəttiği-bərqasayla dideyi-idraki-bədxahı xirə qılub, hər canibə təvəccöh qıldıqcagərdi-nə’libadpayi-badiyəpeymasından ruzigari-ə’da tirə olurdu.
Rəvayətdir ki, bir dəxi ol ləşkəri paymali-rəxşi-himmət qılub səməndi-badrəftarınFərata yetürdi və daiyə qıldı ki, bir qətrə su içüb təskini-hərarət verə.Ətəşi-mütəhhərat və ətfal yadına gəlüb tərkimüddəa qıldı. Və bir rəvayət dəxioldur ki, bir miqdar su içmək tədarükündə ikən Hüseyr bin Təmimi bir ox atub,ol ox zəxmiylə ləbü dəndani-mübarəkin məcruh edüb su içmək müyəssər olmadı.Əlqissə, ləşkəri-ə’da hücum edüb gəldikcə ğülüvvi-müxalif ziyadə olub vəvə’deyi-şəhadət müqaribət qılub zəxmlərindən çeşmə-çeşmə qanlar getməkləşəhzadəyə zə’f qalib oldu. Rəvayətdir ki, ol Həzrətin yetmiş iki zəxmi olub,səməndi-səbükseyri dəxi kəsrəti-zəxm və ifrati-ətəşdən süst olub asari-təzəlzülzahir oldu. İbn Sə’d şahzadənin zə’fi-halın mülahizə qılub qətlinə iqdam etdikdəHəzrət ol bədbəxtə qəhrlə baxub ayıtdı: "Ey zalim, bu əmri-qəbihə sənmi iqdamedərsən?". Ol bədbəxt infial olub gerü döndükdə Şimribədbəxt piyadələrəbuyurdu ki, ətrafü cəvanibin dutub tirbaran edələr. Yenə şahzadə bir həmlə qılub,anların səfin sındırub bir mövze’də qərar dutdu. Rəvayətdir ki, ol bədbəxtlərdənbə’zi mübaşiri-qətliHüseyn olub, bə’zi mütəvəccihi-nəhbi-Əhli-Beyt oldular.Həzrətiİmam ol halətdən vaqif olub ayıtdı: "Ey Ali-Əbu Süfyan, tutalım ki, sizdəiman əsəri yoxdur, barı, qaideyi-namusi-cahiliyyəti ki, lazimeyicibilliyyətinizdir,tərk etmək nə münasibdir ki, qəsdi-əvrat edərsiz? Əgər məqsudiniz bənim qətlimisə, ol müddəa bəndən müyəssərdir". Şimri-məl’un ayıtdı: "Ey Hüseyn, builtimasun qəbul edəriz". Pəs, ləşkəri təərrüzi-Əhli-Beytdən mən’ edüb mübaşiriqətli-Hüseyn oldu.
Rəvayətdir ki, ol kəmali-zə’flə tiği-abdarından ehtiraz edüb, qətlinə kimsənəiqdam edə bilməzdi. Aqibət İraqdan tirbaran etdilər. Həzrəti-İmam gördü ki,cövlan etməgə qüdrət yox, naçar mərkəbdən enüb piyadə oldu ki, mərkəbinətirbarandan zərər yetməyə, zira yadigari-Mustəfa və Murtəza olub mükərrəm vəmöhtərəm idi. Olbədbəxtlər Həzrəti-İmamı piyadə görüb, dilir olub qətlinə mütəvəccih oldular.Əsnayi-mə’rəkədə bir lə’in ol afitabi-övci-səadətin cəbini-mübarəkinə bir ox urubməcruh [etdi]. Həzrəti-İmam ol navəkixunfəşanı çəküb, cəbini-mübarəkindənməhasini-şərifinə qanlar rəvan olub, xəzab olduqda mübarək əliylə rüxsarinəsürüb mübahat edərdi ki: "İnşallah, bu rənglə cəddim xidmətinə müşərrəfoluram". Və bu halətdə qibləyə mütəvəccih olub və bargahi-qürbi-Mə’buda yüzdutub müntəziri-şəhadət oldu. Şe’r:
Şəm’i-həyata sübhi-əcəl verdi iztirab,Mulki-vücuda seyli-ədəm saldı inqilab.Gülzari-ömrə qıldı əsər sərsəri-xəzan,Dəsti-zəmanə rişteyi-ümmidə verdi tab.
Rəvayətdir ki, ol sərvi-riyazi-şəriət sərsəri-hücumi-ə’da və seyli-sihami-əşqiyaylamərkəbdən düşüb bixud olduqda münafiqlər bir-bir, iki-iki qəsdi-qətledüb müqabilinə gəldikdə rüxsarimübarəkin görüb, şərm edüb tə’xir edərlərdi.Şe’r:
Tökmək övladi-Rəsulun qanını asan degil,Ol səbəbdən kim, bu qan hər qana bənzər qan degil.
Aqibətul-əmr Şimri-lə’in gördü ki, ləşkər ol Həzrətin qətlində tə’xir edərlər,fəryada gəldi ki: "Ey bihəmiyyətlər, bu nə tə’xirdir?". Dər’ə bin Şəriki-bidövlətgəlüb ol Həzrətin saidi-mübarəkin məcruh etdi və Sinan bin Ənəs kətfi-mübarəkinəbir ox urub, ol iki zəxmdən şahzadəyi-aləm ixtiyarsız düşüb, xaki-Kərbəlaya təzəlzül buraxdı və ol vaqiədən sükkani-təhtüs-səradan Sürəyyayağülğülə çıxdı. Dövrani-fələk sərasimə olub derdi ki: "Aya, bu nə əmri-qəbihdir?".Və daireyi-zəman iztiraba düşüb təəssüf çəkərdi ki: "Aya, bu nə zülmi-sərihdir?".Əlqissə, Xəvl bin Yezidi-Əshəbi və anın fərzəndi Şibl bin Yezid ittifaqla piyadəolub, ol sərəfrazın səri-mübarəkin bədəni-şərifindən cüda qılmaq qəsdinəmütəvəccih oldular. İqdam etdikdə məhabət müstövli olub müyəssər olmadı.İsmail Buxaridən nəqldir ki, şahzadə duşdugu saətdə İbn Sə’d əmriylə birmübariz anın qətlinə iqdam etdikdə Həzrəti-İmam ayıtdı: "Ey fəqir, bənimqatilim sən degilsən, bu əmri-qəbihə iqdam etmə. Heyfdir ki, atəşi-duzəxəgiriftar olasan". Ol mübariz giryan olubayıtdı: "Ya İbn Rəsulullah, bu halətdə sən hənuz bizə rəhm edərsən, Əhli-Həqolduğuna şəkküm qalmadı". Ol mübariz biməhaba əlindəki tiği müraciət qılubİbn Sə’də həvalə qıldı. Mülazimlər hər tərəfdən mane olub, ana zəxmlər urub, olyeganeyi-zəman bədəni-məcruhla Həzrəti-İmam hüzurinə gəlüb ayıtdı: "YaHüseyn, sənin üçün bəni şəhid edərlər". Həzrəti-İmam ayıtdı: "Mücahidlər əməlizaye’ olmaz".
Əlqissə, hər tərəfdən tiğlər çəküb Yezidin ən’amü iltifatı ümidinə ol əmriqəbihəiqdam edərlərdi. Əmma kimsənəyə bu şəqavət müyəssər olmayub ikikimsənəyə münhəsir oldi: biri Sinan bin Ənəs və biri Şimri-Zilcövşən. Sinani-bədbəxtistədi ki, ol əmrə mübaşirət qıla, Şimri-bidövlət sibqət edüb ol Həzrətinsineyi-bikinəsinə qədəm basdı. Həzrəti-İmam göz açub dedi: "Ey bədbəxt, sənəkim derlər?". Dedi: "Bən Şimri-Zilcövşənəm". Həzrəti-İmam ayıtdı:"Daməni-zireh çehreyi-napakindən götür, səni görəyim". Ol bədbəxt daməni-zirehrəf’ edüb, çehreyi-napakini göstərdikdə Həzrəti-İmam gördü ki, dişləri xinzirdişləri kibi dəhani-pəlidindən dışra çıxmış. Dedi: "Sədəqə-Allah və sədəqəRəsulullah", bu bir nişanədir". Zira vaqiəsində Həzrəti-Rəsul, qətlindən xəbərverüb və’deyi-qətlin müqərrər etmişdi. Dedi: "Ey Şimr, bənim qətlim sənəmüqəddər olubdur, əməlində təqsir etmə. Əmma ey Şimr, bu vəqt nə vəqtdir vəbu gün nə gündür və bu ay nə aydır?". Şimr ayıtdı: "Məhərrəm ayıdır, cüməgünüdür və nəmaz vəqtidir". Həzrəti-İmam ayıtdı: "Ey zalim, bunun kibi şəhrihəramvə ruzi-cəm’iyyət və vəqti-nəmaz ki, xütəbayi-İslam və rüusi-mənabirdəcəddim övsafın bəyan edərlər və übbadi-xəvasü əvam mütəvəccihi-dərgahi-Mə’bud olub ədayi-ibadət qılurlar, sən nişə bu əmri-qəbihə iqdam edərsən? Barı,ey Şimr, köksüm üzərindən durub bir miqdar möhlət ver ki, bən dəxi ləbi-təşnəilə nəmaza məşğul olayım və çün nəmazda ikən şəhid olmaq bana mirasdır, bəndəxi ol səadəti bulayım".
Şimri-bədbəxt ol Həzrətin sinəsindən durub və ol Həzrətdə bir miqdar qüdrətvar idi ki, oturub qibləyə mütəvəccih olub nəmaza iştiğal etdi. Ol vəqt bir vəqtidi ki, sultani-sərapərdeyi-tarəmi-çarüm sihami-şüain xarü xaşaka urub, parəparəqılub və şəmşiri-şə’şəəsin kuhsara çalmaqdan sındurub zəvala mütəvəcciholmuşdu. Və xütəbayi-ümmət minbərə çıxub "Innə’llahə yə’muru bil-ədli və’l-ihsani və itai zi’l-qurba və yənha əni’l-fəhşai və’l-münkəri və’lbəğyi yə’izu kumlə’əlləkum təzəkkərun" moizəsin zalimlərə ilqa qılub və müəzzin minarələrdən"Innə’l-lahə və məlaikətəhu yusəllunə ə’lən-nəbiyyi" zəmzəməsin cəhanasalmışdı. Filvaqe’, əgərçi ol vəqt aləmi-surətdə əhli-zəlalətin kövkəbi-iqballarıdərəceyi-rif’ətdə İbn Sə’d və sayir ümərayi-ləşkəri-Yezid bir-birinə təhniyeyizəfərverüb, ümidi-iltifatü ən’amla nişati-təmam bulub və Yezid və Übeydullahi-Ziyad məsnədi-hökumətlərində məcalisi-tərəb tərtib edüb nazü nuşla məşğuli-eyşü tərəb olmuşlardı və Əhli-Beytiİmamın nəvayibü əhzanı kəmala yetübHüseyn və sayir şühəda aludeyi-xakü xun, dəşti-Kərbəlada mərkəblər paymalıolub, mütəhhərati-hərəmsərayi-nübüvvət riqqəti-qəlblə küştələrin parəparəbərabərlərində görüb və başları üzrə mücərrəd tiğlər müşahidə qılub iztirabitəmamlatəzəlzül bulmuşlardı. Əmma aləmi-mə’nidə ol bədbəxtlərin münşiyiqəza,nasiyeyi-əhvallərinə rəqəmi-"Xəsirə’ddunya və’l-axirətu" çəküb istirdadine’mətlərinə fələk pənceyitəsərrüf mühəyya qılub və tə’zibi-ruhlarına Malikiduzəxsəlasilü əğlal mürəttəb edüb, əsəri-zülmü sitəmləri sərayi-aqibətlərin viranetmişdi. Və Həzrəti-Hüseynə və ətbainə ərvahi-ənbiya istiqbal edüb, məlayikeyimüqərrəbənisar üçün ətbaqi-cəvahiri-təhiyyat mühəyya qılub, divani-qəzadan[misali]-hökuməti-dünyavü axirət verilüb və mütəhhərati-Əhli-Beytə hüccəti-təmliki-hur və qüsuri-cənnət ən’am olunub, səm’i-rizalərinə müjdeyi-ehtiramidünyəvivə üxrəvi yetmişdir. Şe’r:
Bir dükandır bu büsati-dəhr kim, ümmalinəƏcr miqdari-əməldir, müzd miqdari-hünər.Xakdani-dəhr bir məzrə’dirü ə’mal zər’,Xeyr olur məhsul xeyr əhlinə, şər əhlinə şər.
Əlqissə, Həzrəti-İmam nəmaza məşğul olub səcdədə ikən Şimribədbəxt başqaldırmağa möhlət verməyüb şərbəti-şəhadət içirdi.
"İnna lillahi və inna ileyhi raci’un". Bu halətdə qülqülə səvame’imələkutadüşüb və xətayiri-cəbərut vəlvəleyi-məlai-ə’ladan dolub, çün padişahi-məsnədiİmamətaləmi-surətdən aləmi-mə’naya intiqal etdi, əhli-aləmi-surət ol dağifəraqasəbr etməyüb, ittifaqla iztirab edüb, micməreyi-gərduni-gərdan qüsurinigari-əflaka atəş urub məlayik pərü balın atəşi-fəraqa yaxdı və şö’bədə-bazi-surət-xaneyi-təbiətsilsileyi-rabiteyi-təbayei qət’ qılub əczai-mürəkkəbata ehtirazbıraxdı. Fəzayi-dərya bu müsibətdə mahilərə çeşmeyi-zəhri-həlahil oldu vəərseyi-səhrayı bu möhnət vühuşü tüyura təngnayi-tənuri-püratəş qıldı.
Nəqldir Ətəmi-Kufidən ki, müqarini-qətli-Hüseyn həvaya bir qübar tari olubol qayətdə ki, aləm tirəvü tar oldu ki, "əlameyi-Qiyamətdir" – deyüb xəlqi-aləmistiğfara başladılar. Ol qübar mürtəfe’ olduqda Həzrəti-Hüseynin mərkəbikakülin qanla rəngin edüb, mütəvəccihi-xeyməgah olub, mütəhhərati-Əhli-Beytol mərkəbi kaküli-pürxunla şəhzadədən cüda gördükdə fəğanlar edüb, mərkəbimüxatəb qılub növhə ilə ayıtdılar. Şe’r:
Ey səməndi-badpa, billah, qanı ol şəhsəvar?Nişə ol sərdardan qıldun cüdalıq ixtiyar?Neylədin ol dürri-şəhvarı ki, tapşurduq sənə?Qanda saldın, nişə gəlməz, ötdü həddən intizar.Paybusindən anın məhrum olub, sən ey rikab,Səxtdilsən kim, gözün olmaz dəmadəm əşkbar!Dəstbusindən anın düşmüşsən ayrı, ey licam,Nola toprağa düşüb oldunsa xarü xaksar?!
Anlar sürudla növhə qıldıqca Zülcinah didələrindən əşki-rəvan axıdırdı.Rəvayətdir ki, ol mərkəbi-vəfadar ol Həzrətdən sonra rəhibadiyə dutub minbə’dandan kimsənə nişan bulmadı və anın rükubu kimsənəyə müyəssər olmadı.Rəvayətdir ki, qətldən sonra Şimri-məl’un münafiqlərlə mütəvəccihihərəmsəraolub bünyadi-qarət etdilər, əmma mütəhhərata dəsti-təərrüz yetmədi.Əmma Şimri-bədbəxt Həzrəti-İmam Zeynəlabidinə yetüb qəsd etdi ki, qətl edə,Həmid İbn Müslim təriqi-mən’lə ayıtdı: "Ey bədbəxt, bu növrəsidə əsiri-damimərəzdir.Bigünahqətlinə iqdam etmək mürüvvətmidir?" Və bir rəvayət dəxi oldur ki, Ömər Sə’dmən’ etdi. Bəhər hal, çün müqtəzayi-hikmət bəqayi-şəhzadə idi, ol vərtədən nəcatbuldu. Həzrəti-İmamın matəminə iştiğal edüb bu məzmunla sürüda başladı. Şe’r:
Ya Rəb, nə fitnədir ki, cəhan qıldı aşkar?!Ya Rəb, nə zülmdür ki, əyan etdi ruzigar?!Ya Rəb, qəza bu əmrdə çəkməzmi infial?!Ya Rəb, fələk bu fe’ldən olmazmı şərmsar?!Abü həvayi-gülşəni-möhnətfəzayi-dəhrÇün olmadı Hüseynə səfabəxşü sazkar,Aram dutmayub yerə keçsin həmişə ab,Məhdi-fərağət üzrə həva tutmasın qərar.Çün xakdani-dəhrdə aram bulmadı,Sultani-din Hüseyni-Əli, şahi-kamkar,Badi-fənaya getsə rəvadır bu xakdan,Ayineyi-vücuda ədəmdən salıb qübar.Ey dil, hökumətinə cəhanın nə e’timad?!Ey didə, həşmətinə zəmanın nə e’tibar?!Olsaydı ruzigar nihadında bir səbat,Əhdin qılırdı Ali-Rəsul ilə üstüvar.Dövran cibillətində gər olsaydı bir vəfa,Ali-Rəsul xidmətin eylərdi ixtiyar.Ol vəqtdən ki, xəsm rizasıyla tiğü tirŞahi-şəhidin eylədi ə’zasını figar,Açmış dəhan təəssüf üçün tiri-tündrəv,Çəkmiş zəban təhəssür üçün tiği-abdar.Ya Pəb ki, tiğ çıxmaya həbsi-niyamdan!Ya Rəb, ki qanda olsa ola tir xaksar.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-hediqetus-sueda-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
QızılgülQızılgül çağırdı məni bir səhər,Yanına tələsdim bülbülsayağı.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədimHər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,