Səkkizinci bab. Müslimi-Əqilin şəhadətin bəyan edər
Rəvayətdir ki, ol afitabi-zülmətsuzi-risalət və mahtabi-aləmə fruzi-sə’adət,yə’ni "Yucahidunə fi-səbi-li’llahi" təriqinin müqtədası və "Və cahidil-kuffarə"mə’rəkəsinin sahiblivası. Şe’r:
Şahi-eyvani-risalət, mahi-gərduni-vəfa,Mə’dəni-ehsanü rə’fət mənbə’i-sidqü səfa.Xazini-gənci-şəriət, məzhəri-əsrari-din,Sərvi-gülzari-nübüvvət, dürri-dürci-istəfa.
Buyurmuş: "İnnəl’əbdə əzisbəqət ləhu mənzilətun ləm-yəbluğha bi’-aməlihiibtəlahu’llahu fi-cəsədihi əv fi-malihi əv fi-vələdihi summə səbbərəhu ’əla zalikəhətta yəbluğə mənzilətu’lləti səbəqət ləhu", yə’ni bir bəndeyi-qabil ki, sabiqeyifitrətdəiste’dadi-fitri ilə bir dərəceyi-ə’la və bir mərtəbeyi-ə’mali-salehə vəəf’ali-sütudə ilə hasil etmək mümkün olmaya, lacərəm ol bəndəyi Vacibül-vücudbəlalar ilə imtahan edüb, ya mövti-övladla qərarın alur və ol müsibətlərdə anasəbr verüb, ol səbrlə müstə’iddi-idraki-mərtəbeyi-miqdar qılur. Şe’r:
Hər təmənna qılsan ey arif, bəladan istə kim,Hər bəla zimnində bir rahət müqərrərdür sana.Etmək olmaz bibəla idraki-neyli-hər murad.Gər bəla çəksən, muradi-dil müyəssərdür səna.
Filvaqe’ çün dünya badiyeyi-fənadır və cəmi’i-əhvalı bibəqadır, dünyadabəla çəkən dünyadan çıxdıqda xilas olduğun idrak etsə, şükretməzmi və rahətdə olan tərki-dünya qıldıqda fövt olan rahət təəssüfünün əzabıana yetməzmi?
Hüseyni-Mənsuri-Arifdən məşhurdur ki, bir gün münacatında derdi: "İlahi,həqiqətin həqqi üçün xəzaneyi-bəlayyatın əbvabını məftuh edüb, hər bəla var isə,bana ruzi et və bəni cəmi’i-bəlada imtahan qıl. Əgər təriqi-məhəbbətdə’inani-iradətimizərrəyi münhərif görsən, bəni silsileyi-əsdiqadan ixrac edüb mərdudeylə. Həqqa ki, əgər miqrazi-riyazət birlə zərrə-zərrə ə’zayi-vücudumu qət’etsələr hərgiz kəmali-iradətimdə nöqsan olmaya və surəti-sədaqətim təğəyyürbulmaya". Şe’r:
Aşiq oldur ki, cəfa tiğindən ikrah etməyə,Zərrə-zərrə qılsalar ə’zasını, ah etməyə.Qan içə, səbr eyləyə, hər dəm fəğanü ah edüb,Dərdi-eşqi-yardan əğyarı agah etməyə.
"Ruhül-ərvah"dan nəqldir ki, bir gün bir ’əziz bir bimar dərvişin ibadətinəvarub və anı ənva’i-bəliyyata giriftar görüb təsliyə təriqilə ayıtdı: "Ey dərviş,aşiq mə’şuqun cəfalarına səbr etməsə, də’vayiməhəbbətdə sadiq degil". Dərvişayıtdı: "Ey əziz, qələt dedin, ’aşiq mə’şuqun bəlalarından zövq bulmasa, ’aşiqdegil. Şe’r:
Aşiq oldur kim, bəla zövqünü idrak eyləyə,Eşq dərdi dəmbədəm könlün fərəhnak eyləyə.
Ey ’arif, əhli-məhəbbət bəlaya səbr etməklə sayir xəlqdən mümtaz olurlar vəərbabi-vəfa cəfaya təhəmmül qılmaqla hərimi-vüsala təriqi-məhrəmiyyətbulurlar". Şe’r:
Də’vayi-məhəbbət etmək asan olmaz,Cəm’ olmaz əgər könül pərişan olmaz.Aşiq qəm oduna yanmasa şəm’sifət,Məqbuli-hərimi-vəsli-canan olmaz.
Əbdullahi-Mübarək rəvayət etmiş ki, bir gün əziməti-Kə’bə qılub səhradatənha yürürkən bir tifl gördüm ki, şəm’i-rüxsarından afitabitaban nur alurdı vəgisuyi-müşkbarı afitaba sayə salurdı. Mütəhəyyir olub dedim. Şe’r:
Xizrdir bu tifl, ya İlyas, ya abi-həyat,Kim yürür tənha, bulur anı görən qəmdən nəcat.
İstiqbal edüb səlam verdim, cəvab verdi. Dedim: "Kimsən?" Dedi: "Həqbəndəsi". Dedim: "Qandan gəlürsən?" Dedi: "Həqdən gəlürəm". Dedim: "Qandagedərsən?" Dedi: "Həqqə gedərəm". Dedim: "Bu səhrada nə tələb edərsən?"Dedi: "Haq rizası". Dedim: "Tuşeyi-rahın nədür?" Dedi: "Təqvadır". Dedim:"Bu badiyeyi-xunxarda tənha necə tərəddüd edərsən?" Dedi: "Ziyarətinəmütəvəccih olduğum bəndən qafil olmaz". Dedim: "Ey məxdumzadə, əgərçisurətdə tiflsən, əmma mə’nidə kamil görünürsən. Aya, qansı qabilədənsən?"Dedi: "Ey İbn Mübarək, biz surətdə kuyi-məhəbbət bəlakeşləriyüz vəguşeyi-möhnət müşəvvəşləriyüz, yə’ni məzlumlar və məhmumlərüz. Gah istilayiə’dadanxatiri-pərişanımız müztər və gah qübari-vadiyi-qürbətdən mir’atimuradımızmükəddər. Əmma həqiqətdə, səlatini-məmaliki-qürbü qəbuluz vəsükkani-süradiqati-məqami-vüsuluz. Bizdəndir gərmiyyəti-həngameyi-Məhşərvə bizdəndir ifazeyi-zülali-Kövsər". Beyt:
Biz bəqa mülkünün istiqlalla sultaniyüz,Mə’ni ilə baqiyüz, surətdə gərçi faniyüz.
Bunu deyüb nəzərimdən qayib oldu və xatirim müfariqətindən qayətdəküdurət buldu. Təvafi-Kə’bə müyəssər olduqda gördüm ki, ol tifl bir məcmə’dəməsayili-həramü həlalü nəql edər. Həqiqətin sual etdikdə dedilər: "Bu adəm AliƏbavə nuri-dideyi-Mustəfavü Murtəzadür. Budur müqtədayi-əhli-yəqin, yə’niƏli ibn Hüseyn Zeynəlabidin". Pəs, xidməti-şərifinə müşərrəf olub, əlin öpübüzrlə ayıtdım: "Ya İbn Rəsulullah, nə kim qəbuli-məsaibdən və rif’əti-məratibdənşərh etdinüz, sərihü səhihdir. Filvaqe’, bəla nişaneyi-qürbiolmaseydi, əhibbaya nəsib olmazdı və möhnət iqtizayi-kəmal bulmaseydi,ərbabi-ta’ətə ixtisas bulmazdı". Şe’r:
Qabili-feyzi-bəla şayisteyi-dərgah olur,Hiç şək yox kim, bəla məxsusi-əhlullah olur.
Bu şərtlə ki, bəla nişaneyi-qürbi-İlahi və mövcibi-hüsuli-sə’adəti-namütənahidir.Kəmali-qürbü qəbul Həzrəti-Rəsul övladüətba’ində həsr olunmuşdur və nəhayəti-ülüvvi-mənzilət anlarda ixtitambulmuşdur. Zira zümreyi-növ’i-bəni-Adəmdən, bəlkə cümleyi-məxluqati-əhli-’aləmdən heç afəridə anlarca bəlaya səbr etməmiş və heç fərdə anlarca asari-bəlayetməmiş. Ol cümlədəndür Müslimi-Əqilün və övladının keyfiyyəti-şəhadətlərivə vəqayei-ənbuhü möhnətləri.
Əncümənarayi-məcalisi-möhnətü qəm və çehrəxəraşi-ərayisimatəm busürudla növhə bünyad etmiş və bu növhə ilə şəhidlər matəmin dutmuş ki,Müslimi-Əqil Həzrəti-İmamı vida’ edüb, Məkkədən Mədinəyə gəldikdə kəsrəti-müxalifdənehtiraz edüb, gecə ilə şəhrə girüb Həzrəti-Rəsulin mərqədimübarəklərinziyarət edüb, vida’ etdi və məzari-şərifdən kəndü mənzilinə getdi.Əlqissə, qərar etməyüb iki növrəs oğlu var idi; biri Məhəmməd nam səkkizyaşında, lətafəti-hüsnlə bir xurşidi-aləmtab və biri İbrahim nam yeddi yaşında,təravəti-rüxsarlə bir laleyi-sirab. Anları belə alub və baqi ’əyalü ətfallavida’qılub, həm ol gecə Kufə əzimətinə rəvan oldu. Şe’r:
Ahi-bərqasayla bir əbri-atəşbardı,Rəhgüzarı əşki-alindən qamu gülzardı.Rəhbəri göz yaşı, kusi-rehləti sövti-fəğan,Tuşəsi qəm, həmdəmi daği-dili-əfgardı.Çeşmi pürxun, əşki gülgun, könlü məhzun, qəddi xəm,Qüssədən hər gün pərişan, hər gecə bimardı.
Bu təriqilə qət’i-təriq edüb mənazildə və mərahildə ənva’i-məkkarə və əsnafi-şədaidgörüb, gah zülməti-dudi-ahla əlamətimənazil edüb, acizü sərgərdanolmaqla bir müddətdən sonra Kufəyə yetdi. Dari-Muxtar deməklə mə’ruf birmənzilə nüzul etdi. Əşrafü ə’yani-Kufə qüdumindən xəbərdar olub, güruh-güruhgəlib, izharişövq edərlərdi və təriqi-mütavi’ət göstərüb, bey’ət alub gedərlərdi.Əlqissə, cüz’vi zəmanda on səkkiz bin mübarizi-nami daireyibey’ətə girübdəsti-iradət daməni-təvəllasinə möhkəm etdilər. Müslimi-Əqil ol taifənin mir’ati-əməllərindəsurəti-ixlas müşahidə qılub, xatiri-cəm’lə Həzrəti-İmama anlarınita’ətü inqiyadlərin e’lam edüb, hüzuri-şərifin istid’a qıldı.Nümani-Bəşir ki, Kufədə Yezid canibdən hakim idi, Müslimin gəlüb Hüseynüçün xəlqdən bey’ət alduğun mə’lum eidikdə əhli-Kufəyi bir gün came’i-Kufəyəcəm’ edüb, kəndü bizzat minbərə çıxubnida qıldı ki: "Ey əhli-Kufə, bu mə’lum oldi ki, siz Müslimi-Əqili gətürüb ağazifəsadetmişsiz. Bu hərəkət münasib degil. Yezid hakimi-qəhhar və məlikicəbbardür.Bu əhvala ittila’ bulduqda sizə siyasət lazım gəlür və qəzəbmütəvəccih olur". Gördü ki, mücərrəd təhdidlə ol fitnə təskin bulmaz vənəsihətilə islahpəzir olmaz.
Yezidin Kufədə olan müxlisləri, misli-Əbdüllah bin MüslimiBahili vəƏmmar bin Vəlid və Ömər bin Sə’d Yezidə surəti-hal ittifaqilə vaqiəyi ’ərzetdilər bu məzmunla ki: "Şəhbazi-şikarəndazinişiməni- izzü ’əla Hüseyn binƏliyyi-Murtəza fəthi-məmalik həvasiylə aşiyanəsindən pərvaz edüb, ibtidayiəzmindəşəhpərinüsrətsayəsin diyari-Kufəyə bıraxmışdır. Və ol sərçeşməyi-tufani-cəladətdənbir cuybari-bəla canibi-İraqa axmışdır. Əgər vəqtlə bu əmrətədarük olunmasa və vəqtlə bu dərdə dəva bulunmasa, mürurla sərrişteyi-tədbiriümurəlindən gedər və bu diyarın təmamiyi-əşrafü ə’yanı ana təvəccöh edər.Əgər Kufəyə ehtiyacun var isə, bir valiyisahibsiyasət irsal et".Yezidi-pəlid bu əxbari-məlalətasara ittila’ bulduqda və bu surətiəhvalamüttəle’ olduqda, təvəhhümi-zəvali-ne’mət dili-biqərarının qərarın alub və xövfi-izaleyi-dövlət ol bisəbatı iztiraba salub, diqqətitəmamla mülkünün nizamınamütəvvəcceh oldu. Və həm ol saət töhməti-təqsirlə Vəlid bin Ütbəyi Mədinəəyalətindən ’əzl edüb yerinə İbnül-Əşdəqi nəsb qıldı və Kufə xüsusunda ə’zamiə’yani-dövlət və əqdəmi-ərkani-həşməti olan Sərhun [nam vəzirlə müşavirətqıldıqda Sərhun] ayıtdı: "Ey xəlifə, əgər muradın isə bu fəsad rəf’ olmaq və bunaireyi-fitnə intifa bulmaq, Nümani-Bəşiri ki, bir piri-həqirdir, Kufədən ’əzledüb yerinə Bəsrə hakimi olan Übeydullahi-Ziyadı nəsb qıl ki, ol əmri-əmarətdənadirdir və dəf’i-hər fəsada qadirdir". Şe’r:
Xari-divari-riyazi-mülkü millət hifziçün,Nuki-tiği-abdari hakimi-xünriz olur.Hökm miqdarincə hakimdə siyasət həm gərək,Nişə kim, ifratı hər fe’lin fəsadəngiz olur.
Yezid Sərhun səlahın qəbul edüb Übeydullahi-Ziyada bir namə yazdırdı buməzmunla ki: "Haliya əlsineyi-əhibbayi-sadiq və əfvahi-əviddayi-müşfiqdən bumüstəfad olundu ki, Hüseyn bin Əli bənim ki, xəlifeyi-zəmanam, bey’ətimdəninhiraf edüb, ətrafü cəvanibə namələrgöndərüb xəlqi kəndiyə də’vət etməkdədir. Xüsusən Bəsrə əhlinə və Kufəxəlqinə andan nəvazişnamələr gəlüb, anlardan ana məkatibü mərasilgetməkdədür. İmdi sən ki, Übeydullahi-Ziyadsan, misali-vacibül-imtisalım varidolduqda və məknunü və məzmunü vüzuh bulduqda gərəkdir ki, bu əmri nəfsi-Bəsrədə təvəhhüs edüb, bu fitnəyə bais olanları buldurub dəf’ü rəf’ etdikdənsonra kəndü canibdən bir mö’təmid kimsənə Bəsrədə naib edüb bizzat Kufədiyarinə təvəccöh qılasan. Və ol diyarın dəxi əyalət və hökumətin kəndünəmüqərrər bilüb zəbtü rəbtində mücidd olasan. Və bilmiş ol kim, bənimxaniiltifatımdan nəvaleyi-ehsana ol vəqt istehqaq bulursan vəxəzaneyimərhəmətimdən təşrifi-istehsana ol dəm müstəhəqq olursan ki,me’mari-fərasətin səngi-hərasətdən ətrafi-İraqa bir hisari-müstəhkəm çəküb vətərəddüdi-ə’da rəhgüzarinə səngrizeyi-tədbirü tədarük töküb, fürsət verməyəsənki, Hüseyn bin Əlinin minbə’d nəsimi-təsəvvürü ol gülzara güzar edə və ol büq’əəhlindən ana mütəvatir rüsulü rəsail gedə. Və anda olan mühibbü müxlisləribuldurub dəf’ü rəf’ edüb, inayətimə ümidvar olasan".
Yezidin məktubi Übeydullaha irişdikdə İttifaqən həm ol zəmanda Həzrəti-Hüseynin Səlman nam bir məmlüki məktublar gətürib bə’zi kimsənələri təriqihəqqəirşad etmək iştiğalində idi. Übeydullahi-Ziyad vaqif olub və bə’zimüsəlmanları dəxi anınla müttəhim qılub qətl etdikdən sonra yerinə qarındaşıntə’yin edüb Kufə canibinə rəvan oldu və kəmali-ehtimamla İraq hifzinə təvəccöhqıldı.
Bə’zi təvarixdə bu məsturdur ki, ol müfsid Kufə qürbinə yetdikdə təhəmmületdi, ta gecədən iki saət ötdü. Pəs, təğyiri-surət qılub başına bir əmmameyi-mişkinsarub, haşimilər kibi teyləsan buraxub niqabla rəvan oldu. Əşrafü ə’yani-Kufədən mütərəssidi-qüdumi-Həzrəti-İmam olub intizar çəkənlər ol vəz’üvüqarla anı Hüseyn bin Əli təsəvvür qılub istiqbal edüb rikabi-hümayüninə yüzsürüb derlərdi. Şe’r:
Əlminnətü lillah ki, murad oldu müyəssər,Şad eylədi aşiqlərini vəsl ilə dilbər.Təbdil olunub ruzi-vüsala şəbi-hicran,Xurşid çıxub eylədi afaqı münəvvər.
Və önünə düşüb nəhayəti-tə’zimü təkrimlə darül-əmarəyə yetdikdə Nümani-Bəşir vəhm edüb, darüləmarə dərvazəsin bağlayub, üzərinəçıxub avaz yetirdi ki, ey nütfeyi-Rəsulullah, bu fitnəyə bais olma və təsəvvürqılma ki, bu mülkü Yezid sənin təsərrüfində qoyub təəllül qıla. Nə rəva birzəhmətə irtikab etmək ki, əqrəbi-zəmanədə zaye’ola? Şe’r:
Aqil oldur ki, etdügi əməlin,Fikr edə ibtidadə əncamın.Ol degil kim, təəmmül eyləməyüb,Keçirə qəflət ilə əyyamın.
Hala səlah oldur ki, bu gecə bir qeyr mənzildə aram dutub istirahət qılasan.Sabah olduqda nə kim, səlah isə, əməl oluna.Əhli-Kufə Nümani-Bəşirə tə’n edüb təhdid edərlərdi ki, ey bədbəxt, buHüseyn bin Əliyyi-Murtəza və nəqdi-bərgüzideyi-Mustəfadır. Darül-əmarədüxulindən mən’ etmə və təriqi-müxalifətü mü’anidət dutma. Müslimi-Əqil olməcmə’də idi. Həqiqəti-hal mə’lum edüb nida qıldı ki, ey qövm, bu şəxs Hüseynbin Əli degil. Məftuni olman, hiləsinə e’timad qılman.Übeydullahi-Ziyad hücumi-’ammdən ehtiraz edüb, çehreyi-napakdan niqabalub kəndüsin izhar etdikdə Nümani-Bəşir andan vaqif olub, dərvazeyi-qəsriaçub, Übeydullahi-Ziyad qəsrə girüb, sayir əhli-Kufə novmid olub mütəfərriqoldılar və güruh-güruh mənzillərinə təvəccöh qıldılar.
Sübhdəm ki, sədayi-kusi-növbəti-səlatini-zalimpişə dideyi-sükkani-sərapərdeyi-rahətdən xabi-qəflət aldı və zümzümeyi-füssaqi-səbuhikeş dimaği-ərbabi-ləhv dəğdəğeyi-tərəddüdi-fəsad saldı, Übeydullahi-Ziyad istiqlallaməsnədi-hökumətdə qərar dutub və ə’yanü əşrafi-Kufəyə tövqi’i-hökumətüəyalətin ibraz edüb, gah məva’idi-əşfaqü əltafla cəbbari-kəsri-qülub oldu və gahvə’iditəhdidlə anları siyasətdən xəbərdar qıldı.
Müslimi-Əqil bu halətdən xəbərdar olduqda, xatiri-şərifinə vəhm müstövliolub dari-Muxtardan çıxub Hani bin Ürvə mənzilinə gəlüb ayıtdı: "Ey Hani, bənbu mülkdə qəribəm və səndən qeyrə e’timad etməzəm və hala bu əhvalınsərəncamı mə’lum olanadək bana sənin mənzilində olmaq münasibdür". Hanibin Ürvə mübahatlar qılub, ol Həzrətə kəndü sərayində münasib mənzil tə’yinedüb və ol şərəfdən əfsəri-’izzü e’tibarı asimana yetdi. Həm ol daireyi-bey’ətindəolanmüxlislər mülazimətində tərəddüd edərlərdi və xidmətinə gəlüb gedərlərdi.Əmma Übeydullahi-Ziyad, ol müdbiri-pürfəsad, şamü səhər Müslimintəcəssüsü təfəhhüsündə olub, bir gün Müfəzzəl nam bir məmlükinə ayıtdı: "EyMüfəzzəl, Müslimin bu şəhərdə olub Hüseyn üçün xəlqdən bey’ət alduğın təhqiqetmişəm, əmma bilməzəm qandadır. Əgər təcəssüs edüb, mə’lum edəcək olsan,səni malımdan azad edərəm, bəlkə ənva’i-əltafla dəxi bərmurad edərəm".Müfəzzəli-bidövlət ol xidməti qəbul edüb təcəssüs edərkən bir gün came’i-Kufədə bir pakizəsurət mö’min görüb xatirində cəzm etdi ki, bu Müsliminmütəəlliqatından olacaqdır. Hüzuruna gəlüb ayıtdı:"Ey mö’mini paksirət, bən mö’təqidi-Hüseynəm və bin aqça nəzr etmişəm vəgətürmişəm ki, Müslimə verəm. Əmma bilməzəm ki, qandadır? Bir lütf et, anıbən fəqirə göstər". Şe’r:
Gərdənimdən, kərəm et, silsileyi-qeydi götür,İltifat eylə, bəni mənzili-məqsuda yetür.
Ol mö’min ayıtdı: "Ey əziz, bunca xəlq arasında nə bildin ki, bən şi’eyi-Hüseynəm?" Müfəzzəl ayıtdı: "Hüsni-xisalın və lütfi-əf’alın şəhadət verdi". Olmö’mini-dilqafil anın qövlinə təsdiq verüb ayıtdı: "Ey arif, qələt etmədin, bən oltayifədənəm və bənə Müslimi-Əvsəcə derlər". Şe’r:
Ey bəsa sidq kim, zərər yetürür,Qailə möhnətü bəla gətürür.
Əlqissə, Müslim bin Əvsəcə ol məl’unu alub Müslimi-Əqilin xidmətinəgətürdi və hadiyi-tövfiq olub, mənzili-məqsudinə yetürdi. Müfəzzəl Müslimindidarına mübahat qılub, əlin öpüb, nəzrin mülazimlərinə təslim edüb, müshəfgətürib, qəsəm yad edüb bey’ət alub andan çıxdıqda Übeydullahi-Ziyadıəhvaldan vaqif etdi.
Übeydullahi-Ziyad ol vaqi’ədən müttəle’ olduqda filhal məcmə’iamm edüb,ol məcmə’də Əsmayi-Xaricədən və Məhəmmədi-Əş’əsdən Hani bin Ürvəninəhvalın istifsar edüb ayıtdı: "Ol qandadır ki, görünməz?" Dedilər: "Ya əmir, olbihüzurdur". İbn Ziyad ayıtdı: "Ol bihüzur degil, əmma eşitdim ki, bir mane’ivar. Nə qədər mane’ var isə, bir zəman bu məclisə gəlmək olur".
Hani bin Ürvəyə xəbər göndərib Übeydullahi-Ziyadın şövqün izhar edübhüzurun lazım etdilər. Hani bin Ürvə əziməti-mülaqat edüb, mənzilindən çıxubqəsri-əmarəyə yetdikdə əshabinə ayıltdı: "Ey əzizlər, bu gün bu qəsrdən bənimkönlümə bir vəhm müstövli olub, əcəb ki, bu gün bu qəsrdən bana bir zərəririşməyə". Əshabü əhbab ana təsəlli verib ayıtdılar: "Xatir təsəlli et,nolacaqdır?".
Hani bin Ürvə qəzaya riza verüb və daireyi-təslimü təfvizə girüb, məclisəqədəm basub, səlam verdikdə İbn Ziyad anın səlamn kinayə ilə alub ana surətiqəzəbgöstərdi. Hani ayıtdı: "Ey əmir, nə vaqe’ oldu?" İbn Ziyad ayıtdı: "Nəvaqi’ə bundan ziyad ola ki, Müslim bin Əqili mənzilində pünhan edüb, zəmanzəmanxəlqi bey’ətə təklif qılub, mülk əhvalın pərişan edərsən". Hani inkar etdi.Übeydullah Müfəzzəli hazır edüb ana infi’al verdi. Hani gördü ki, inkara məcalyox, mö’tərif olub üzrlə ayıtdı: "Ey əmir, həqqa ki, anı bən ixtiyarımlamənzilümə gətürmədim. Kəndü istilayi-şövkətinizdən mütəvəhhim olmağınbənim mənzilümə pənah gətirüb, bana dəxi anın mən’ində həya mane’ oldu. İmdiçün bənim mənzilimdə anın olduğuna rizayişərifiniz yoxdur, müraciət etdikdəixrac edəyim". Übeydullah ayıtdı: "Heyhat, heyhat, sən Müslimi gətürüb təslimetməyincə getməgün mümkin degil". Hani ayıtdı: "Bu hərgiz müyəssər olmaz vəsurət bulmaz ki, bən Müslimi sənə təslim edəm".
Übeydullaha qəzəb müstövli olub anın həbsinə əmr etdi. Əsmayi-Xaricəfəryada gəldi ki, ey qəddari-nabəkar, vey bədəhdi-çəfakar, biz bu dərdməndi birəhdlə və şərtlə məclisünə gətürdük, hala bu nə əməldür? Übeydullahın qəzəbiziyadə olub, Əsmayi-Xariciyə izalar etdirüb buyurdu ki, Hani bin Ürvəninbədəni-zəifin üryan etdilər və beş yüz taziyanə urub iqabinə çəkdilər.Və Hani bin Ürvə səksən doqquz yaşında bir pir idi. SöhbətiRəsulullahamüşərrəf olmuş mö’təmidi-səhibtövqir idi. Hüzzari-məclis istişfa edüb anıendirdilər. Yer yüzünə düşdükdə rəhmətə vasil oldu. Şe’r:
Qıldı cəlladi-fələk xunrizlik bünyadini,Etdi zahir dövri-zalim adəti-mö’tadini.Bağbani-dəhr açub xuni-cigər sərçeşməsin,Qan ilə sirab qıldı gülşəni-bidadini.
Bu xəbər Müslimi-Əqilə irişdikdə ol Həzrət iki oğlun Şüreyh Qazi evinəgöndərüb, kəndü iste’dadi-hərblə mühəyya olub daireyi bey’ətdə olanyekcihətlərə nida etdirdi ki, ey təriqi-müsa’idətdə mərdanəyəm deyənsəadətməndlər, vey meydani-mücahidətdə sərbazlıq də’vasın qılan sərbüləndlər!Bismillah, bu gün izhari-əqidət günüdür və bu dəm isbati-cəladət dəmidür.Rəvayətdir ki, filhal igirmi bin miqdarı sipahi-xunxar və mübarizi-xəncərgüzar iste’dadi-rəzmlə Müslim hüzurində qəsriəmarəyə mütəvəcciholdılar. Və ol qəsri-rəfi’ül-bünyanı nigini-xatəm kibi əhatə qıldılar. ÜbeyduUahi-Ziyad ol hala vaqif olub, kəndü qəsr içində qalub sayir əskərə Məhəmmədi-Kəsiri sərəskər edüb, rüxsətiməqatilə və müharibə verdi. İki canibdən nirani-müharibəişti’al bulub və həngameyi-rəzm gərm olub. Şe’r:
Əfsəri-rayət oldu gərdunsay,Çıxdı çərxi-bərinə naleyi-nay.Kus fəryadı oldu aləmgir,Müjdeyi-mərg verdi sövti-nəfir.Qoymayub yerdə nə’li-rəxş dəfin,Ərseyi-məhşər oldu ruyi-zəmin.Bəs ki, toprağa çərxi-kəcrəftarXəlqin abi-həyatın etdi nisar.Içüb əczayi-xak abi-həyat,Dirilüb oldu qabili-hərəkat.Yer yüzündən qopub Süha manənd,Eylədi meyli-asimani-bülənd.Züləmat etdi rəzmgahı qübar,Ruzi-rəzm oldu gərddən şəbi-tar.Ol şəbi-tarə şəm’i-bəzməfruz,Oldi nuki-sinani-aləmsuz.
Ol mə’rəkeyi-pürşur və məhləkeyi-pürfütura növbaveyi-gülzari Bəni-Xəlil,yəni əşcə’i-sənadidi-ərəb Müslim bin Əqil səməndi-kuhtəmkini-bərqseyrləcövlana gəlüb və bir əlinə əf’iyi-rəmhi-xunxar və bir əlinə əjdəhayi-tiğisa’i-qəkirdaralub, hər həmlədə bir cümləyə zəhri-fəna içürirdi və hər nə’rə ilə birgüruhün tüyuriərvahin aşiyani-bədəndən uçururdu. Şe’r:
Dönərdi gəh yəminü gəh yəsarə,Salurdı lərzə xəsmi-biqərarə.Dəmadəm rəzm bazarın qılur tiz,Tökərdi qan, çalardı tiği-xunriz.Ururdu Heydəri-Kərrardan dəm,Anın rəzmində bir zal idi Rüstəm.
Übeydullahi-Ziyad ki, qəsrdən mə’rəkeyi-məsafa nəzzarə qılurdı və Müslimi-Əqilinkeyfiyyəti-şüca’ətin bilürdi, kəndü ləşkərin məğlub və Müslim ləşkərinqalib görüb hüzurində olan rüəsayiKufəyə hökm etdi ki, əhli-Kufəyə təhdidedələr. Pəs, Kəsir bin Şihab, Məhəmməd bin Əş’əs və Şimr Zilcövşən kibibədbəxtlər nida yetürdilər ki, ey əhli-Kufə, budur Şamdan ləşkəri-bihesab bucanibə təvəccöh etmişdir, bəlkə həvaliyi-şəhrə yetmişdir. Vəqtdir ki, cəmi’iəhlüəyalınız əsir ola və cümleyi-malü mənalınız nöqsani-qarət bula. Kəndünizə rəhmedin və fürsət var ikən hər birinüz bir canibə gedün. Şe’r:
Rə’dü bərq ilə bu səhraya təvaccöh qılmış,Mərg baranını yağdırmağa bir tirə səhab.Qopun, ey qəmzədələr, seyl güzərgahindən,Getmədən suya fərağət evi manəndi-hübab.
Əhli-Kufə ki, zatlərində səbati-e’tiqad yox idi, bu hekayətdən mütəvəhhimolub güruh-güruh həzimətə təvəccöh qıldılar və Pərvin kibi cəm’ ikənBənatünnə’ş kibi mütəfərriq oldular.
Əlqissə, aftab qürub edənədək igirmi bin mübarizdən otuz nəfər qaldı vəanlar dəxi Müslim nəmaza məşğul olduqda gedüb, Müslim tənha qalubmütəhəyyir oldu. Cismi aləti-hərbdən azürdə və halı ənduhi-qürbətdən əfsürdə.İztirabla şəhrdən çıxmaq qəsdinə tərəddüd edərkən Sə’id bin Əhnəf ol Həzrətəuğrayub ayıtdı: "Ey seyyid, ehtiyat eylə ki, əbvabi-şəhrə sərhənglər tə’yinolunub, sənin qəsdindədirlər". Müslim ayıtdı: "Məsləhət nədir?" Sə’id ayıtdı:"Bənimlə gəl".
Müslim mütabiət qılub, Sə’id Müslimi Məhəmməd Kəsir mənzilinə gətürübe’lan etdükdə Məhəmməd Kəsir çıxub, minnətitəmamla e’zazü ehtiram edübMüslimi-Əqili evində pünhan eylədi. Ol gecə gedüb sübhdəm ki, me’mari-sərayi-afəriniş qəsri-lacivərdfamızərəndud etdi və xəncəri-şü’ai-xürşidlə şəbistanlar şəm’inin rişteyi-həyatındavə’də yetdi. Şe’r:
Pərdeyi-setri nəsimi-sübh bərbad eylədi,Fitnəyi bidar edüb bidadı bünyad eylədi.
Übeydullahi-Ziyad qəmmazlərdən və casuslərdən ol əhvalı mə’lum edüb,Məhəmməd Kəsir məclisə gəldikdə ayıtdı: "Ey Məhəmməd Kəsir, Müslim səninmənzilindədir, gətirməz isən sənə siyasət edərəm".
Məhəmməd Kəsir sahibi-şövkət kimsənə idi, kəsrəti-qəbailinə e’timad edübcəvab verdi ki, ey İbn Ziyad, bən dəxi Hani bin Ürvə degiləm ki, bənə hökmüncari ola. Bu sözdə ikən sədayi-nayi-rəzmi və xüruşi-kusi-hərbi aləmə qovğabıraxdı.
Übeydullahi-Ziyad ayıtdı: "Bu nə qovğadır?" Dedilər: "Ey əmir, MəhəmmədKəsirin əqvamı müsəlləh olub, on bin miqdarı mübariz qəsri-əmarəyəmütəvecceh oldılar və cidalü qitala əzimət qıldılar". Übeydullahi-Ziyad olfitnədən vəhm edüb, Məhəmməd Kəsirin oğlun yanında mühafizə qılub kəndüyərüxsət verdi ki, çıxub qövminə təskin verə.
Məhəmməd Kəsir qəsrdən çıxub, qövminə təskin verib mənzilinə gəldikdəSüleyman Sürədi Xüzai və Muxtar bin Əbu Übeydə və Rifa’ə Azib hazır olubayıtdılar: "Ey əziz, ittifaqla cəhd et ki, yarın oğlunu bu zalim qeydindənqurtaralım və Müslimi alub, kəndü qəbiləmizə gedüb, bir əzim ləşkər cəm’ edübHüseyn bin Əli mülazimətinə varalım".
Məhəmməd Kəsir əqvamıyla bu məsləhətdə qərar vermiş ikən İttifaqəncanibi-Şamdan Amir bin Tüfeyl ki, Übeydullahi-Ziyad müavinətinə müqərrərolub gəlirdi, ol zəmanda on bin mübarizlə yetüb, Übeydullahi-Ziyad ol ləşkərqüvvətiylə məğrur olub, Məhəmməd Kəsirin ehzarinə əmr etdi. MəhəmmədKəsir dəxi otuz bin miqdarı ləşkər qövmindən hazır edüb, qəsri-əmarəyəmütəvəccih oldu. Əmma ləşkərin dışrada qoyub, kəndü tənha qəsrə girübÜbeydullah ilə mülaqat etdi. Übeydullahi-Ziyad ayıtdı: "Ey Məhəmməd,Müslimi-Əqili sevərmisən, ya kəndü canını?" Məhəmməd ayıtdı: "Ey İbn Ziyad,Müslimin canı Allah hifzindədir və bənim canım otuz bin mübariz hisarində".Übeydullahi-Ziyad anın sözündən qəzəbnak olub, bir dəvatla urub nüsxeyisərnivişti-təqdir olan cəbini-mübarəkin məcruh etdi. Məhəmməd Kəsir dəxibiməhaba tiği-abdar çəkib Übeydullahi-Ziyada həvalə qıldıqda ə’yani-Kufəaraya girüb, bir növbət hayil oldılar. İkinci kərrə tiğ həvalə qıldıqda Übeydullahfərar edüb, mülazimlərindən birin həlak etməgin Übeydullahi-Ziyadın dəximülazimləri ol piri-natəvanı ortaya alub çox müqatiləvü müharibədən sonraşəhid etdilər. Rəhmətullahi əleyh. Şe’r:
Ey xoş ol kim, nəqdi-can bəzlində ehmal etmədi,Rəxtü bəxtin qeydi-mülkü malı pamal etmədi.Həq yolunda dutmadı xari-təəllüq damənin,Paybəndi-mülk olub əndişeyi-mal etmədi.
Məhəmməd Kəsirin oğlu ol halı görüb, diliranə hərblər qılub babasınınintiqamın aldıqdan sonra bir namərdin sinani-zəhrəşikafiylə şəhadət buldu. Şe’r:
Ol nihali-növrəsi sındırdı dövran, ey diriğ,Qıldı ol gənci fələk xak içrə pünhan, ey diriğ.Ləm’eyi-rüxsarı xurşidi-cəhanəfruz ikən,Eylədi pünhan səhabi-gərdi-hirman, ey diriğ.
Bu hala müqarin Übeydullahi-Ziyad əmr etdi ki, qəsrin qapusın açub ləşkəridışra çıxub Məhəmməd Kəsirin ləşkəriylə cəng edələr. Ol dilavərlər dəxi təqsiretməyüb, sübhdən şamədək əskəri-Kufə ilə ləşkəri-Şam bir cidad etdilər ki,dideyi-ruzigar anın kibi karzar görmüş degil. Şe’r:
Fitnə dəryası yenə mövc urdu, tüğyan eylədi,Əmn mülkün qərqeyi-seylabi-tufan eylədi.Növbəhari-fitnədən açıldı afət gülləri,Seyli-xun hər yan ’ələm sərvin xuraman eylədi.Səfheyi-təsvirtək tər guşə nəqqaşi-əcəl,Surəti-bicanı zibi-lövhi-meydan eylədi.Ərseyi-heycadə düşdükcə mübariz küştəsi,Badpa nə’li ləhəd həfr etdi, pünhan eylədi.Qopdu bir qovğa ki, xəmi-navəki-bidadi-tiğÇoxları ol rəzm ’əzmindən peşiman eylədi.
Axirul-əmr, Übeydullahi-Ziyad ayıtdı: "Bu qövmin cidalı Məhəmməd Kəsirüçündür. Başın qəl’ədən dışra atın, görüb təsəlli olsunlar".Məhəmməd Kəsirin və oğlunun başların qəsrdən dışra bıraxdıqda əhli-Kufəgörüb, novmid olub, pərişanhal güruh-güruh mütəfərriq olmağa başladılar. Gecəolduqda o ləşkəri-kəsirdən dəyyar qalmadı. Muxtar Əbu Übeydə gördü ki, inaniixtiyarəldən getdi, əqvamı ilə qəbileyi-Bəni-Sə’də yüz dutdu və SüleymanSürədi Xuzai ləşkəri məğlub olduğun bildi. Ol dəxi bir yana əzimət qıldı. ÇünMüslimi-Əqil Məhəmməd Kəsirin şəhadətin və ləşkərinin mütəfərriq olduğunmə’lum etdi, məlulü məhzun olub derdi. Şe’r:
Ey fələk, bir gün bənim rə’yimlə dövran etmədin,Dərd çox verdin, vəli bir dərdə dərman etmədin.Hiç mənzildə bənim müxlislərim cəm’ olmadıKim, bir əngiz ilə ol cəm’i pərişan etmədin.
Əlqissə, mükəddərü müztərib mənzilindən çıxub, şəhrdən çıxmağa yüzdutdu. Gedərkən yolda Möhkəm bin Tüfeylin əskərinə sataşdı. Andan müraci’ətqılub, bir qeyr yana təvəccöh etdikdə məhəlleyi-Dari-Rəbi’də Xalid bin Ziyadınləşkərinə uğradı. Gördü ki, hər yana təvəccöh qılsa, ləşkərdir. Naçar diliranə bircəmaət qəlbinə urub çıxdı.
Əmma bir məhəlləyə düşdü ki, ol məhəllənin şəhrdən çıxmağa yolu yox idivə ol məhəllədə münafiqlər çox idi. Bir bədbəxt anı ol hey’ətü səlabətlə görüb,Müslim olduğun bilüb filhal Übeydullahi-Ziyada e’lam etdi. Übeydullahi-Ziyad,Nüman Hacibi əlli mübarizlə anın qəbzinə rəvan eylədi.Əmma Müslim gedərək gördü ki, yol çıxmaz. Müraci’ət qıldıqda gördü ki,Nüman Hacibin qulları gəlür. Nacar atından yenüb bir xərab məscidə pənahgətürdi.
Nüman Hacib Müslimin mərkəbin bulub, kəndüsindən əsər bulmayubÜbeydullaha gəlüb xəbər verdi. Übeydullah tamamiyişəhrə münadilər buraxubhökm etdi ki, hər kimin evində Müslimi-Əqil çıxacaq olursa siyasətə müstəhəqqolur və hər kim bulub gətürsə, bəndən cəmi’i-muradın bulur.
Əmma Müslimi-fəqir ol məscidi-viranədə ol gün qərar edüb, şəbi-zülmani ki,zali-zəmanə şəm’i-cəhanəfruzi-aftabi-aləmtabı şəbistani-məğribdə nəzərdənnihan etdi və daməni-gərduni qəriblərvə bixanümanlar dudi-ahı dutdu, Müslimi-sərgərdan ol məscidiviranədən çıxub,təriqi-nəcat istəyib hər tərəf tərəddüd edərkən bir salehə övrətin mənzilinə yetüb,təskini-hərarətçün bir şərbət su tələb etdi. Ol övrət su gətirib verdikdən sonraayıtdı: "Ey əziz, bu şəhr bir qovğalu şəhr olmuşdur və bu məmləkət hala fitnə ilədolmuşdur. Bənim mənzilim önündən get ki, bana mövcibi-töhmət olmayasan".Müslim ayıtdı: "Ey salehə, bən qəribəm, kimsənə bilməzəm, xanədaninübüvvətvə vilayətdənəm. Mümkün olmazmı ki, bana mənzilində bir pənah verəsən vəbəni hifz edib bir səvaba girəsən?" Övrət ayıtdı: "Sənə kim derlər?" Müslimayıtdı: "Bən [Müslimi]-Əqiləm".
Ol övrət Müslimə tərəhhüm edüb əlin öpdü və ayağına düşüb,hərəmsərayində mənzil tə’yin edüb xidmətinə qiyam etdi. Müslimi-Əqil əgərçianda qərar dutmuşdu, əmma xatiri-şərifi cəmi’i-cəvanibdən mütəfərriq idi. GahHüseyn bin Əli xəyalında idi ki, aya ol məzlumun bu zalimlərlə əhvalı nəyəmüncər ola? Və gah kəndü övladı əndişəsində idi ki, aya bu qürbətdə anlarınri’ayətlərin kim qıla? Və gah kəndü fikrində idi ki, aya bənim keyfiyyəti-halımnə surət bula? Bu təfəkkürlə gahi dili-püratəşdən ahi-həsrət çəkərdi və gahidideyi-nəmdidədən əşki-nədamət tökərdi.
Rəvayətdir ki, ol övrəti-salehənin bir oğlu var idi nabəkari-bədkirdar. Ol dəxiən’amü iltifat ümidiylə Müslim mütalibətində ikən mətlubu müyəssər olmayubtə’əbnak mənzilinə gəldikdə anasın xoşhal görüb səbəb sorduqda, ol salehəayıtdı: "Ey fərzəndi-sə’adətmənd, dövləti-üqba bizə təvəccöh edüb, Müslimi-Əqilbizim bəndəxanəmizə pənah gətirmişdir. İnşallah, Qiyamət günü anınsə’adətsərası bizim pənahımız olmaq müqərrərdir". Ol bədbəxt heç cəvabverməyüb sabahədək təhəmmül edüb, ələssəbah ki, hüdudişə’şəeyi- xurşidmiftahi-əbvabi-tərəddüd oldu və əngizi-fitnəvü fəsad üçün qəmmaz olan səlatini-zalimpişəqürbinə rüxsət buldu, ol məl’un Übeydullahi-Ziyada surəti-halbildirüb, Übeydullahi-Ziyad Ömər bin Harisə əmr etdi ki, Məhəmməd Əş’əslə üçyüz adam tə’yin et, Müslimi-Əqili dutub gətürsünlər və anın küdurətin mir’atimülkdəngötürsünlər.
Məhəmməd Əş’əs üç yüz mübarizlə ol övrətin möhnətxanasin mühasirəqılub, Müslim nəmazda ikən sədayi-sümi-sütür istima’ edüb, yerindən durub,silahın mürəttəb edüb dışra çıxdıqda ol güruhimüxalif Müslimə həmlə qıldılar.Ol əxtəri-bürci-nübüvvət aftabialəmtab kibi tənha tiği-atəşbarla cövlan edüb hər tərəfə əzm etsə, sitarəvarpərişan etməgin ol üç yüz mübarizin əksərin həlak edüb tətimməsin hərasan etdi.Məhəmməd Əş’əs İbn Ziyada peyğam etdi ki, bana mədəd göndər. İbn Ziyadayıtdı: "Ey namərd, üç yüz adamla bir adama hərif olmamaq nə himmətdir? Dutgətür, yoxsa bu xidmətə qeyri tə’yin edirəm". Məhəmməd Əş’əs gördü ki,müharibə ilə fürsət bulmaz və simurğiQafi-şuca’ət zərbi-dəstlə seyd olmaz, hiyləilə ayıtdı: "Ey Müslim, bu cədəldən nə hasil olur? Bilirsən ki, cəmi’i-ləşkəriŞamatənha hərif olamazsan. Barı, silahın bıraxub kəndüni bana təslim et. Səniilətüb Übeydullahdan səninçün aman istərəm". Müslim ayıtdı: "Ey namərd, səninəmirindən aman istəməzəm. Bilirəm ki, qəddar və birəhmdir".
Əlqissə, anın hiyləsin qəbul etməyüb mübarizət meydanında cəladətdəntəqsir etmədi. Ləşkər ol halı görüb, bə’zi yer yüzündə anınla cədəl qılub və bə’zidamlara və divarlara çıxub, jaləvəş ol gülbüni-baği-dövlətə daşlar yağdırub,laləvar ə’zasını parə-parə və əndamını çak-çak edüb və baran kibi oxlartökülmədən gülbüni-cismi bir qönçeyi-peykan oldu. Əlqissə, ol şahbazi-övcisəadətkəsrətisihami- ə’dadan balü pər peyda qılub canibi-firdövsi-bərinə pərvazqılmaqda ikən və ol mə’dəni-cövhəri-şəhadətin xəzaneyi-cismişərifi tiğimüxalifdənrövzənlər açub nəqdi-ruhi-lətifi nisarimüjdeyi-şəhadət olmaqda ikənnagah bir həramzadə bir daşla cəbinimübarəklərin məcruh etdi. Məhasinişəriflərinəqan rəvan oldu. Ol zəxmin zəhməti özgə zəxmlərə izafə olub, Müslimiqayətdə süst etdikdə Bəkr bin Həmranın divarsərasinə pərtövi-aftabi-əsr kibitəkyələndi. Bəkr bin Həmrani-bədbəxt evindən çıxub, bir tiği-bidiriğ urub ləbimübarəkinqönçeyi-dəhanindən bərgi-gül kibi çüda qıldı. Müslim dəxi olhəramzadəyi bir zərblə həlak edib yenə divara təkyə qıldı və kəndüyə məşğuloldu. Əmma qayətdə ətəş müstövli olmağın bir şərbət su iltimas etdi. Ol qövmibirəhməsla iltifat etməyüb, axirüləmr, bir övrət rəhm edüb, bir qədər su olçeşmeyi-həyata sundu. Müslim ol suyu içmək tədarükində ikən ləbimübarəkindənqədəh dideyi-üşşaq kibi pürxun oldu və əşki-həsrət kibi anıtökmək lazım gəldi. Ol övrət bir dəxi qədəhi doldurub verdükdə ol dəxi qanladolub, üçüncü növbətdə qələbeyi-ətəşdən mübarək dişləri gövhər kibidürcidəhanindən qədəh içinə töküldü. Müslim sudan əl yuyub bildi ki, bu,müjdeyi-şərbəti-şəhadətdir. Pəs, bir həramzadə qafil gəlib zərbi-nizəilə ol sərəfrazı gerü yanından yüzü üzrə buraxdı. Hər tərəfdən hücum edüb olşiri-bişeyi-şücaəti dutdular və qıldıqları əhdü peymanları unutdular. Şe’r:
Dutuldu afitabi-övci-dövlət,Zəmanə tirəvü tar olmasınmı?Ayaqdan düşdü sərvi-gülşəni-din,Anınçün didə xünbar olmasınmı?
Əlqissə, Müslimi-Əqili müqəyyəd edüb Übeydullahi-Ziyad hüzurinəgətürdilər. Ol həramzadə ayıtdı: "Ey Müslim, nişə İmamizəmana xüruc etdin?".Müslim ayıtdı: "Ey zalım, İmami-zəman Hüseyn bin Əlidir və bən anınfərmanıyla bu şəhrə gəlmişəm. Əlminnətü lillah, bir İmamın xidmətinə iqdametmişəm ki, təriqi-rizasında ölsəm, şəhidəm və əgər öldürsəm ğaziyəm. Ey İbnMərcanə, bilirəm ki, bəni qətl edərsən, zira birəhmsən. Hala səndən bir iltimasımvar: Bir kimsənə tə’yin et qəbileyi-Qüreyşdən, bir qaç vəsiyyətim var, ədaqılayım". Übeydullahi-Ziyad ol iltiması qəbul edüb, Ömər bin Sə’də əmr etdi ki,vəsiyyətin istima’ edə. Müslim ayıtdı: "Ey Ömər, sənə üç vəsiyyətim var: Biri buki, bu şəhərdə yeddi yüz dirəm deynim var və bənim atım Nü’man Hacibdədir.Alub deynimi əda qılasan. İkinci vəsiyyət oldur ki, bəni qətl etdikdən sonracəsədimi dəfn etdirəsən. Üçüncü vəsiyyət oldur ki, bana vaqe’ olan əhvalı yazub,Həzrəti-İmam Hüseynə irsal edüb tənbeh edəsən ki, bu canibə mütəvəcciholmaya".
Vəsiyyət təmam olduqda Übeydullahi-Ziyad ayıtdı: "Kİmdir ki, Müslimi-Əqiliçıxarub qətl edə?" Bəkr ibn Həmran ayıtdı: "Ya əmir, bu bənim işimdir,zira bu gün bənim atamı qətl edibdir". Pəs, Müslimin əlindən dutub dışra çıxartdıvə Müslim Məkkəyə qarşu səlavat gətirüb oturdu və təvəccöh canibi-Hüseynəqılub, izhari-niyaz eylədi ki, "Əssələmu-əleykə, ya İbn Rəsulullah, bənim halımbudur. Aya, sənin halın nədir? Muradım bu idi ki, mülazimətində nəqdi-can nisaredəm. Əlminnətu lillah ki, müyəssər oldu və bu xüsusda qıldığım dua dərəceyi-icabətbuldu". Və zəbani-halla bu əbyatı inşa qıldı. Şe’r:
Buq’eyi-Bəthaya bir lütf eyləyib var, ey səba,Qıl Hüseyni hali-zarimdən xəbərdar, ey səba.Gör bəni könlumdə yüz bin dərdi-dil, üstümdə tiğ,Necə kim gördün, ana şərh eylə, zinhar, ey səba.Cəhd qıl, mən’ eylə ol məzlumi meyli-Kufədən,Öp ayağın, çizginüb başına, yalvar, ey səba.Bən xud oldum mübtəlayi-möhnəti-ə’dayi-din,Olmasın bu möhnətə ol həm giriftar, ey səba.
Pəs, Vacibül-vücuda həmdü səna və əhli-Kufəyə nifrinü nasəza deyüb,kəlimeyi-şəhadət ’ərz edüb müntəzir olduqda Bəkr bin Həmran istədi ki, anaşəmşir həvalə qıla, əlləri titrəyüb əlindən tiğ düşdü. Übeydullahi-Ziyad andanxəbərdar olub səbəb sual etdikdə ayıtdı: "Ey əmir, qətlinə mübaşirət etdikdəmüqabilimə bir mühib kimsənə gəlüb, barmağın dişləyüb təəssüf edərdi. Bənandan vəhm etdüm". Übeydullah təbəssüm edüb ayıtdı: "Ey Bəkr, hənuzcahilsən. Çün xilafiadət bir əməl etmək edərsən, dəhşət sənə qalib olur".Pəs, bir qeyr kimsənəyə əmr etdi. Ol dəxi gəldikdə ol şəxsi görüb zəhrəsi çakoldu. Axirül-əmr, Şam əhlindən bir namərd gəlüb ol məzlumu şəhid etdi. Şe’r:
Ah kim, rayəti-İslam nigunsar oldu,Gün batub dideyi-əhbabə cəhan tar oldu.Gövhəri-feyzi-şəhadət ələ girməz asan,Nəqdi-can verdi, ana kim ki, xəridar oldu.
Rəvayətdir ki, Übeydullahi-Ziyad Müslimi-Əqilin və Hani bin Ürvənincəsədlərin qənarələrdən ibrətçün asdırub, başların Şama göndərub, Yezidə vaqe’olan surəti-halı ərz etdi. Yezidi-pəlid ittila’ bulduqda bəşarətlər edüb ol əzizlərinbaşların dərvazeyi-Diməşqdən asdırdı. Şe’r:
Fərəhdən güllər açıldı riyazi-Şama ol dəm kim,Töküldü hər tərəf toprağına məzlumlar qanı.Səri-xunin asıldı hər tərəf dərvazeyi-Şama,Bəzəndi tükmeyi-lə’l ilə ol şəhrin giribanı.
Andan sonra Übeydullahi-Ziyada bir namə irsal etdi ki: "Afərin sənə vəiqdaminə və ehtİmaminə ki, cəm’i-əf’alın bana mərzivü müstəhsəndir. İmdiböylə istima’ olundu ki, Hüseyn bin Əli Hicazdan çıxub əziməti-İraq etmiş. Busurət vaqe’ olduqda, kəmali-ehtiyat və nəhayəti-ehtirazla cəmi’i-türüqü şəvari’iməzbut edüb, əbvabi-fitnəyiməsdud edəsən və hər nə vəchlə olursa, dəf’in və rəf’in kəndüyə lazım biləmən".Übeydullahi-Ziyad Yezidin məva’idü ehsanına mütəzəmmin məktubugəldikdə qayətdə xoşhal oldu və həsbülfərman HəzrətiHüseynin dəf’ü rəf’inəmüqəddimələr tərtib etməgə şüru’ qıldı.
Rəvayətdir ki, Übeydullahi-Ziyad Müslimi-Əqil əmrin sərəncam edüb fariğolduqda ğəmmazlar ol məl’una iğmaz etdilər ki, Müslimin övladın qanda olsalar,dutub gətirməyən siyasətə müstəhəqq olur. Şüreyh Qazi ol təhdiddən təvəhhümedüb tədarüki-əhval etməkçün ol mə’sumləri hüzurinə gətürdükdə ixtiyarsızgiryan olub fəğana başladı. Şahzadələr ol halətə mütəhəyyir qalub səbəb sualetdikdə ayıtdı: "Ey mə’sumlar və məzlumlar. Şe’r:
Bəla seyli səbatü səbr bünyadın xərab etdi,Sitəm bərqi məhəbbət əhlinin bağrın kəbab etdi.Bİraqmışdı qəza bu kişvərə bir dürci-pürgövhər,Zəmanə sındırub ol dürci qəsdi-dürri-nab etdi.
Şahzadələr bu kinayədən Müslimin şəhadətin təhqiq edüb ittifaqla bir zəmannaləvü fəğan etdilər. Bir zamandan sonra dəsti-təzzərrö’lə Şüreyh Qazinindamənin dutdular ki, ey məxdum. Şe’r:
Ağazi-ömr mövsimi-eyşü nişat ikən,Çərxi-sitəmgər etdi bizi mübtəlayi-bim.Əhvalınız nolur, nedəlim, qanda varalım?!Həm tifl, həm qərib, həm avarə, həm yetim!
Qazi ayıtdı: "Ey məzlumlar, Übeydullahi-Ziyad sizin tələbinizdədir və bən budiyarda məhəbbəti-Əhli-Beytlə məşhuram, əgər ehtiyat etsəm, mə’zurəm.Olmaya ki, düşmənlər bir fəsada fürsət bulalar və təğəllübü təsəllütlə sizi bəndənalalar. Hala bən bu səlahı görmüşəm ki, sizi Mədinə canibinə rəvan edəm". Hərayinə ol şahzadələrə təsəlli verüb və bir miqdar zərü sim həmrah edüb Əsəd namoğluna ayıtdı: "Ey fərzəndi-əziz, eşitdim ki, dərvazeyi-İraqda bir karvan cəm’olub, istid’ayi-səfəri-Mədinə qılub, bu gün rəvanə olurlar. Bu iki dürdanəyi ilətibkarvanda bir əmin kimsənəyə təslim et ki, Mədinəyə irişdikdə əqrəbasına təslimedələr". Əsəd ol məxdumzadələri alub rəvan oldu. Əmma gecə hənuz qaranquolub, bunlaryetincə karvan rəvan olmuşdu, əmma əsərləri görünürdü. Əsəd ayıtdı: "Eyşahzadələr, bana sabahadək bunda olmaq mövcibi-töhmətdir. Siz yürün bukarvana yetün".
Əsəd müraciət qılub, şahzadələr qəribü müztərib qalub, karvan ardıncasərasimə gedərkən araya hayil düşüb əsəri-karvan nəzərlərindən qayib oldi.Şahzadələr mütəhəyyir olduqda hər tərəf tərəddüd edərkən nagah əsəslərəsataşdılar. Əsəslər bildilər ki, anlar Müslim oğlanlarıdır. Filhal dutubÜbeydullahi-Ziyad hüzuruna ilətdilər və Übeydullah anları zindana göndərübYezidə bir namə yazdı ki: "Müslimin iki növrəsidə oğlun dutdum, biri yeddiyaşında və biri səkkiz yaşında və hala həbsimdədirlər. Netə ki, əmr olunursa,əməl oluna".
Rəvayətdir ki, zindanban Məşkur nam mö’mini-pake’tiqad idi. Olşahzadələrə bir neçə gün e’zazü ehtiram edüb bir gün ayıtdı: "Ey şahzadələr,rəva görməzəm ki, bir zərər sizə vaqe’ ola. Nisfül-leyl anları zindandan çıqarubvə şəhrdən dışra ilətüb, yol göstərüb barmağından xatəmin [çıqarub] anlara verdi.Və sifariş qıldı ki, bu yolla gedin, Qadisiyyə nam mülkə yetərsüz. Bənimqarındaşım anda hakimdür. Bu xatəmi nişanə təriqiylə ana verüb, deyin ki, siziMədinəyə vasil edə.
Zindanban müraciət edüb, ol şahzadələr rəvan olduqda, çün müqərrərdir ki,təqdirə tədarüki-tədbir təğyir verməz və hakimiməhkəmeyi-qəza əhkamınatəğəyyür rəva görməz, ol şahzadələr canibi-yəminə getməlü ikən qəza ’inaniəzimətlərincanibi-yəsara mün’ətif qılub məqsəd təriqin itürdilər və ol gecəsabahədək pərgarsan cizginüb sübh olduqda kəndlülərin əvvəlki məqamdagördülər. Mütəvəhhim olub, bir bağa girib bir su üzərinə qərar dutdular. Olhalətə müqarin şəhrdən bir həbəşi cariyə çıqub, anları görüb və cəmalibakəmallarinəheyran qalub sual etdi ki, aya, sizə kim derlər? Şahzadələr ahidərdnakçəküb ayıtdılar: "Biz qəriblərüz, biz yetimlərüz". Cariyə sordu: "Kiminoğlunlarısız?". Şahzadələr növhəvü fəğan etdikdə cariyə fərasətlə fəhm edübayıtdı: "Ey əzizlər, öylə mə’lum olur ki, siz Müslim övladlarısız". Şahzadələrayıtdılar: "Nə’əm, biz ol dilşüdələrüz və möhnətzədələrüz". Cariyə ayıtdı: "Eyməxdumzadələr, heç vəhm etmənüz, bənim bir salehə məxduməm var ki,bəqayət mö’minə və mühibbi-xanədandandır. Durun, sizi anın hüzuruna ilətübanı xoşhal edəlim".
Əlqissə, şahzadələri cariyə rəhnümun olub, ol salehə xatunun hüzurunayetürdükdə ol salehə xəbərdar olub e’zazü ehtiramla anları bir münasib yerdəpünhan etdi. Əmma Übeydullahi-Ziyad anların fərarından vaqif olub, Məşkurizindanbanıhazır edüb sual etdi ki, Müslimin övladın netdün? Məşkur ayıtdı:"Anları azad qıldım". Übeydullah ayıtdı: "Bəndən heç vəhm etmədinmi?"Məşkur ayıtdı: "Ey qəddari-sitəmkar, İzədi-cəbbar vəhmi sənin vəhmindənziyadədir. Tutalım ki, Müslim mübaşərəti-karzara qadir bir mübariz idi, qətletdin. Bu iki mə’sumlara nə gunahla qəsd etmişsən?" Übeydullah ayıtdı: "Sənəsiyasət etmək lazım gəldi". Məşkur ayıtdı: "Bin canım olsa, anlara fəda olsun".Pəs, cəllada buyurdu ki, anı iqabına çəküb əvvəl yüz taziyanə urub andan sonraqətl edə. On taziyanə urduqda Məşkur ayıtdı: "Bismillahir-rəhmanir-rəhim". Ontaziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, səbrü təhəmmül ruzi et". On taziyanədəxi urduqda ayıtdı: "Ya Rəb, bana qüfran nəsib qıl". On taziyanə dəxi urduqdaayıtdı: "Ya Rəb, bana Əhli-Beyt üçün siyasət edərlər". On taziyanə dəxi urduqdaayıtdı: "Ya Rəb, bəni Əhli-Beytə mülhəq et". Andan sonra bir ah çəküb xəmuşoldu. Yüz taziyanə tamam olduqda bir qətrə su istədi. Übeydullah ayıtdı: "Suvermən". Bir qətrə su verməyib ol məzlumun qətlinə əmr etməgin Ömər binHaris şəfaət edüb qurtarub mənzilinə ilətdikdə rəhmətə vasil oldu.Əmma Müslimin məxdumzadələri ol salehənin mənzilində yüz bin qüssə iləyuquya getdikdə ol övrətin Haris nam bir cüfti-bədbəxti olub nagah gəldiqayətdə tə’əbnak. Övrət keyfiyyəti-hal sual etdikdə ayıtdı: "Ey övrət, bu günsabah əmiri Kufə Müslim oğlanların bulmağa münadi etdirdi. Bən dəxi ən’amuiltifat istid’asıyla ol tələbdə idim. Atım dəxi səqət oldu, anlardan əsərbulmadım". Övrət ayıtdı: "Ey həmsəri-mehriban, sənin Əhli-Beytlə nə ədavətinvar?" Ol namərd ayıtdı: "Mövcibi-tə’əb Übeydullahın ən’amü ehsanıdır". Övrətayıtdı: "Nə namərd ola ki, zəxarifi-dünya üçün bir neçə məzlumu zalimlər əlinətəslim edə".
Əlqissə, bu münaqişə ilə yuquya vardılar. Nisfül-leyldə Məhəmməd ki,bəradəri-əkbərdir, İbrahimi oyadub ayıtdı: "Ey bəradər, gözün aç, yatmaq məcalıdegil. Hala babayi-büzürgvarımı gördüm vaqi’əmdə, Həzrəti-Mustafa vəMurtəza və Həsəni-Muctəbayla behişt içində seyr edərlər. Həzrəti-Risalət bizdənyana baxub babamıza ayıtdı: "Ey Müslim, nişə bu məzlumları zalimlər arasındabikəsü qərib bıraxdın?".
Babamız ayıtdı: "Ya Rəsullullah, ənqərib xidməti-şərifə müşərrəf olurlar".İbrahim dəxi ayıtdı: "Ey Məhəmməd, bən dəxi bu vaqi’əyi gördüm". Bunu deyibol iki güldəsteyi-baği-lətafət və nihali növrəsigülzari-məlahət bənövşəvar bir-birininboynuna əl buraxub, hay-hay ilə ixtiyarsız ağlarkən Harisi-bədbəxt olnalədən bidar olub, filhal çırağla üzərlərinə girib gördü ki, iki tifl bir-birin qucubağlaşurlar. Haris ayıtdı: "Sizə kim derlər?" Şahzadələr ol məl’unu dost sanubdedilər: "Biz Müslimi-Əqil övladıyuz". Ol həramzadə ki, bir yanadan mərkəbinqüssəsiylə və bu yanadan tərəddüdün ənduhiylə bihüzur idi, hər birinə birtapancə urub, güli-rüxsarlərin azürdə qılub, gisuyimübarəklərin ki, Həblülmətini-urvatül-vüsqa idi, bir-birinə bağlayıb, üzərlərinə hücrə qapusın məsdudedüb dışra çıxdı ki, sabah oldıqda anları qətl edə. Ol övrəti-pakizənihad hər necətəzərrö’vü təşəffö’ edüb əlin öpdü, ayağına düşdü, faidə qılmadı.Sübhdəm ki, cəlladi-fələk rişteyi-şüayi-xurşidlə ətfali-kəvakib dəf’inə iqdametdi və nəsimi-dəmsərdi-sübhi-kazibdən şəm’lər və çıraqlar həlakinə və’də yetdi,ol nabəkari-rusiyah tiği-bidiriğ alub və ol şahzadələri önünə salub, kənari-Fəratarəvan olub, siyasətlərinə iqdam etdükdə ol məl’unun övrəti və oğlu və bir quluəqəbincə gedüb, şəfa’ət qıldıqda qəzəbi ziyadə olub quluna əmr etdi ki, tiğləbunları həlak eylə. Qul ayıtdı: "Ey xacə, bu mə’sumları qətl etməgə əlimvarmaz". Ol bədbəxtin qəzəbi ziyadə olub əlindəki şəmşirin qula həvalə qıldı.Qul ayıtdı: "Ey xacə, çün bəni öldürürsən, barı bən dəxi qanımı almış olam".Harisə həmlə qıldı, aqibət Haris qalib olub qulun bir qolun düşürdü. Oğlu ol halıgörüb ayıtdı: "Ey baba, bu qul qarındaşım kibidir, nişə bu cəfayı ana rəvagördün?" Haris ayıtdı: "Ol cəzasına yetdi, sən bu tiği alub bunları qətl et, yoxsasəni dəxi həlak edərəm". Oğlu ayıtdı: "Hərgiz bən bu əmrə irtikab etmək rəvagörməzəm və sənin dəxi iqdamuna riza verməzəm". Və ol övrət dəxi ilhah edərdiki, ey Haris, bu mə’sumlara qıyma. Barı, bunları Übeydullahi-Ziyada təslim et,neylərsə, ol eyləsin. Haris ayıtdı: "Bu cəma’ətin Kufədə həvadarları çoxdur,şayəd ki, şəhrə girdikdə hücum edüb əlimdən alalar və bənim sə’yim zaye’ ola".Axirüləmr, kəndü tiğ çəkib ol mə’sumlara mütəvəccih olduqda şəhzadələrağlaşub təzərrö’ etdilər ki bizim yetimligimizə rəhm et. Əgər muradın malidünyaisə gisulərimizi qırxıb, bizi məmluk məsabəsində satub bəhamızı təsərrüf qıl.Haris ol təzərrö’lərə iltifat etməyüb, qətllərinə cazim olduqda ol övrətlə oğlumən’inə qiyam etdilər. Haris gördü ki, övrətlə oğlan vücuduyla anları qətl etməkmümkün degil, əlindəki tiği-bidiriği oğluna təxvif təriqilə həvalə qılıb həlak etdi.Övzət gördü ki, oğlu həlak oldu, biehtiyat ana mütəvəccih olduqda övrətə dəxibir zəxmi-mühlik urub, mücmələn, anların mən’indən fariğ olub, şəhzadələrəmütəvəccih oldu.
Şəhzadələr gördülər ki, əbvabi-nəcati-rəhmət cəmi’-cəhətdən məsdud olub vəbinayi-tədbirü tədarük xələl bulub, qəzaya riza verməkdən qeyri çarə qalmadı.Harisə ayıtdılar: "Bizə möhlət ver ki, vüzu qılub iki rik’ət nəmaz edəlim". Harisayıtdı: "Vallah ki, möhlət verməzəm". Şəhzadələr ayıtdılar: "Ol Vacibülvücudhəqqiçün ki, hala ismin zikr etdin, ol qədər aman ver ki, ana səcdə edübniyazımız ərz edəlim". Haris ayıtdı: "Aman mümkün degil". Ayıtdılar: "Eyzalım, bu nə ədavətdir?".
Axirül-əmr, ümmidi-nəcatıqət’, edüb ol məl’undan hər biri "əvvəl bəni qətleylə" – deyüb təqdimi-şəhadət təvəqqə’ edərlərdi. Əlqissə, ol həramzadə əvvəlMəhəmmədin səri-mübarəkin bədəndən cüda qılub cəsədi-şərifin Fərata bıraxdı,andan sonra İbrahimin başın kəsüb təni-pakin anın cəsədinə mülhəq etdi. Həqqaki, ol sitəmdən zəminü zəman tirəvü tar olub, zümreyi-məlayikdən xüruşüqülqülə sükkanitəhtüssərayə irişdi və atəşi-tüğyani-ələm dili-ərbabi-möhnət kibisineyi-mehrü maha düşdü. Şe’r:
Dərda ki, bəzmgahi-vilayətdə bisəbəbSöndürdü iki şəm’i-müniri sitəm yeli!Va həsrəta ki, baği-sə’adətdə bigünəhSındırdı iki nəxli-lətifi cəfa əli!
Əlqissə, Harisi-bədbəxti-rusiyah ol şəhzadələri bigünah qətl edüb cəsədlərinFərata salub, başların Übeydullahi-Ziyada ilətdikdə Übeydullahi-Ziyad ayıtdı:"Ey Haris, bunlar nədir?" Ol məl’un ayıtdı: "Müslim oğlanlarının başlarıdır". İbnZiyad ol güli-rüxsarlara və ol gisuyi-müşkbarlara nəzər etdikdə ixtiyarsız əbribəharkibi əşkbar olub və bavücudi-qilzəti-təbulə rəhm qılub ayıtdı: "Ey səngdil,bu tiflləri nişə qətl etdin?" Haris ayıtdı: "Sənin iltifatın ümidiylə". Übeydullahi-Ziyad ayıtdı: "Ey məl’un, bən Yezidə namə yazmışam ki, bunlar həbsdədir. Nişəbana gətirmədin?" Dedi: "Vəhm etdim ki, hüçumi-amm əlimdən alub, bən səniniltifatindən məhrum qalam".
Übeydullahi-Ziyad ətrafına nəzər qılub, məclisində bir Müqatil nam kimsənəhazır idi ki, nasiyəsində məhəbbəti-xanədani-nübüvvət zahir idi və İbn Ziyadanın əqidəsin bilürdi. Əmma pəsəndidə nədim olmağın tə’ərüz etməyib təğafüledərdi. İşarət qıldı ki, ey Müqatil, bu bədbəxti ilət, anda ki, bu tiflləri şəhidetmişdir, cəzasına yetür və başları dəxi mümkün isə bədənlərinə ilhaq et".Müqatil şad olub, ol məl’unu möhkəm bağlayub və başları alub, rəvan oldu.Və xəlqi-Kufə ol başlara nəzzarə qılub, ol hala ittila’ bulduqca ol məl’unusəngsar edüb iza qılurlardı.
Əlqissə, ol mənzilə yetdikdə Müqatil gördü bir qulla bir oğlan dəxi məqtulolub, bir övrət dəxi məcruh düşübdür. Müqatil övrətdən həqiqəti-hal sual etdikdəayıtdı: "Ey əziz, bən bu bədbəxtin mənkuhəsiyəm və bu oğlan oğludur və bu qulquludur. Biz ittifaqla bu məzlumlar qətlinə mane’ olduğumuz cəhətdən bizə busiyasətləri caiz gördü. Əlminnətü lillah, ol dəxi cəzasına irdi". Müqatil olməl’unun qətlin etməgə mərkəbdən endikdə və ol şəhidlərin qanın gördükdəfəryada gəlüb, nalələr qılub başları suya bıraxdıqda, rəvayətdir ki, ol başlar suyadüşdükdə ol cəsədlər sudan çıxub, hər baş kəndü cəsədinə mülhəq olub, ol ikimə’sumlar bir-birin qucaqlayub suya batdılar.
Müqatil ol halətə bir dəm heyrət edüb buyurdu ki, ol məl’unun əllərin vəayaqların kəsüb və gözlərin çıxarub, andan başın kəsüb suya buraxdılar və su anıqəbul etməyüb dışra bıraxdı. Axirül-əmr, xarü xaşak cəm’ edüb ol pəlidi yaxdılarvə ol mücahidətdə şəhid olan qulun və oğlanın cəsədlərin dəfn edüb, əhibbayi-Əhli-Beyt şəhzadələr əzasinə məşğul oldular. Qit’ə:
Ol iki gövhəri-xəzaneyi-din,Ol iki sərvi-cuybari-yəqin.Dutdular mə’dəni-bəqada məqam,Qıldılar canibi-behiştə xüram.Nəzəri-xəlqdən olub məstur,Oldular dürri-guşvareyi-hur.Ya Rəb, anlar rəhi-vəfasında,Ol Vəlizadələr əzasında,Kim ki, bir qətrə abi-çeşm tökər,Kim ki, bir ahi-dərdnak çəkər,Vasili-əcri-bihesab eylə,Əməlin qabili-səvab eylə.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-hediqetus-sueda-sekkizinci-bab
Use ← → keys to move, R for a random poem