Ol mişk bu qəzalə ixlasım eylə vazeh,

Bəlliğ, səba, səlamən miskiyyətər-rəvayeh..

Olğac həbibə vasil, bizdən həm olma qafil,

La təqtəir-rəsail, la təktəmis-sərayeh..

Yüzdə sirişk qani, söylər qəmi-nihani,

Qılır təzhərul-mə’ani bil-xətti fil ləvayeh..

Mən mübtəlayi-hicran, məndən iraq canan,

Vəl-ömrü keyfə ma kan mislur-riyahi rayeh..

Eşqin, Füzuliyi-zar, tərk etmək oldu düşvar

Ya arifən bima sar, la tuksirin-nəsayeh..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love