Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq,
Yetən bidərd tədbirilə dərman etdiyimdəndir.
Gözüm kim bağrımın qanın tökər pərkalə-pərkalə,
Dəmadəm arizuyi-ləli-canan etdiyimdəndir.
Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
Qaçan rüsva olurdum, qan udub səbr edə bilsəydim,
Məlamət çəkdiyim bihudə əfğan etdiyimdəndir.
Xəta səndən deyil, cismim oxundan binəsib olsa,
Hübabi-əşki-gülgün içrə pünhan etdiyimdəndir.
Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim,
Pərivəşlər xəyalın munisi-can etdiyimdəndir.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-perisan-xelqi-alem-ahu-efgan-etdiyimdendir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,
Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftabPasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab
ای نکویان که در این دنیاییدیا از این بعد به دنیا آیید
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث