Ola bilməz
Gözəllər şahıdı nazlı nigarım,Heç kim bu Bəsdiyə tay ola bilməz.Xilqətinə xudasından verilən,Bundan qeyrə cəlil pay ola bilməz.
Buğdayıya qara dedin, a zalım!Bir an görməyəndə pozulur halım.Odu pəri nisbət şəmsi-camalım,Nisbətinə ulduz, ay ola bilməz.
Şəms oldum aləmə aqil sözümlə,Ucalmışam, cəfalara dözümlə.Nainsaf, seyr eylə yarı gözümlə,Hilal qaşı kimi yay ola bilməz.
Kənaram qüssədən başdan-binadan,Cəlil xilqət törər cəmil anadan.Alı gövhər sərrafıdı, a nadan,İnşallah, cəfası zay ola bilməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-ola-bilmez
Use ← → keys to move, R for a random poem
More by this author
Bizdən salam olsun arif olana,Haqdan kimə üç şey yetişdi barat?
NədənBir məclisdə beş sərdar var,On ikidi şam nədən?
Baxdı, yara bağladıQövr eləyir canda zəxmi müttəsil,Çeşmim çeşmə baxdı, yara bağladı.
Aşıq Alının Türkiyə səfəriBəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız. Ustaddarın bir neçə qiymatdı sözünü qulluğunuzda ərz eliyəjəm. Ustaddarın öləninə allah rəhmət eləsin, qalanına can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:Dilim sana bu nəsyəti deyirəm,