Nə qaldı (Talayıb mahalın mal-dövlətini)
Talayıb mahalın mal-dövlətini,
Əyrilər apardı, düzə nə qaldı?
Gəzdim oba-oba, üsyan eylədim,
Kəsildi taqətim, dizə nə qaldı?
Nəhlət gəlsin pis adamın pirinə,
Cəhd eylər ki, xalqı sala dərinə,
Yetən söyər məzarına, goruna,
Rəhmət yaxşıya, pisə nə qaldı?
Pozmaq olmur təqdir yazan yazını,
Alıyam çəkirəm elin nazını.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı.
- “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-ne-qaldi-talayib-mahalin-mal-dovletini
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Məndən salam deyin gözəl Təbrizə!
Peyğam*Şəfəqlərdə uçan axşam quşları,
Bu millətin qulpu qırığXonçalara qoyulmarıq,Yardım olsa sayılmarıq,
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!