Neyləyim
Keçdi cavanlığım, keçdi dövranım,Zəmanə qəddimi əydi, neyləyim?!Arif işarədən duydu dərdimi,Nadan tənə edib söydü, neyləyim?!
Düşmənəm binadan amana, aha,Tükənib ocaqdan kösöyüm daha.Ağlasam, xoş getməz göydə Allaha,Məni kor Yığvalım döydü, neyləyim?!
Alışa bilmirəm heç bu sayağa, -Dərzi sapa həsrət, küpçü boyağa,Bəyliyə layiqlər düşüb ayağa,Hər yava ağızsa bəydi, neyləyim?!
Gözsüz, pərəstarsız biçarə Alı,Gəzdi doğruluğu əli çıraqlı.Batıbdı zülmətə Göyçə mahalı,Aləm bir-birinə dəydi, neyləyim?!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-neyleyim
Use ← → keys to move, R for a random poem
More by this author
Uçubdu könlümün dəri, divarı,Bir sütun vurgunan damı dayansın.
De bir üz-bir üzVaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.
Sədala tək-təkRuzi bəxş olundu neçə xilqətdən –İzhar eylə dürüst səd ala tək-tək.
Yarasan məniƏl çəkmərəm, baba, əhdi peymandan,İstər şəmşir alıb yarasan məni.
Poems by other poets · Fate
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Sərgəştə könlümün yenə min müddəası varSərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
ZəmanətCavan şair, sənə mən,Tərəddüdsüz ürəkdən
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!