Əl çəkmərəm, baba, əhdi peymandan,İstər şəmşir alıb yarasan məni.Mürğü şəbistanam fəhmən uçaram,Sanasan zülmətdə yarasan məni.

Sər düşdü nagahan dara çəkindi,Mübtəla ahından dara çəkindi.Tənəf gərdənində, dara, çək indi,Ya yetir, vüsali-yara sən məni.

Alı xəcil oldu, ayağa baxdı,Sərsəri didədən ay ağ ab axdı.Hər kəsin dəstində ay ağa baxdıQurtarar bu qəmdən yar, asan məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets