Tovuz kimi sığal verib özünə,Düzübsən telini qabağa, Tərlan!Behiştdə bəstənmiş bir cüt lalanıXudam bəxş eləyib yanağa, Tərlan!

Nə gözəl yaradıb barı xudaya,Kirpiklərin oxudur, qaş bənzər yay.Ölümcül xəstələr gələr şəfaya,Bir yol üzün sürtsə buxağa, Tərlan!

Halı olsan bir Musanın halından,Doymaq bilmir sənin mah camalından.Əmən ölməz ləblərinin balından,Qənd əzilib dilə, dodağa, Tərlan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love