Əlif
Ey könül, qafil olmaKim mehribandı əlifNə ərəzdi, nə mürəkkəb,Sirri nihandı əlif.Bir qətrəyə nəzər salsa,Dərya, ümmandı əlif.Bizi yoxdan var eylədiSladı ruyi zəminə;Həmi aşkar, həmi yəqin,Həmi pünhandı əlif.
Qüdrətindən başa gətdi,İnsi, cinni, nar, niran,İbtida Adəmə kimiXəlq eylədi neçə can.Quran gəldi Məhəmmədə,Möminlər tapdı iman.Nə cismdi, nə cövhərdi,Laşərikdi, laməkanKalamı isnad buyurur,Əzimi-şandı əlif.
Qafil olma, Aşıq Musa,Şirindi dünya malı;Uyma gözəllər şövünə,Tərk eylə bu xəyalı.Puli-Sirat qabaqdadı,Cəhənnəm qilü-qalı.Dilindən dəftər yazılırHər bir kəsin amalı;Pünhan sirlər aşkar olur,Böylə divandı əlif.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-elif
Use ← → keys to move, R for a random poem
More by this author
Ay ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Mənə DilbərQız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!
MəndənGecə-gündüz ahu kimi mələrəm,Yetişirmi sənə nalalar məndən?!
OlaGözəli sevəsən cavan çağında,Alma yanaq, gül buxağı ağ ola.