Bu küçə itləri...Bu gecə itləri...Ən böyük işləriünvansız hürməkdir.Əbədi vərdişləriQaraltı görməkdir,Bir ağız hürməkdir,Və götürülməkdir.Gündüzlər hər yerdəDöyülər, qovularfağırlar.

Onlar da qisasıGecələr çıxarlar:Qoymazlar keflilərUzana rahatca,Hünərli pişiklərQovulub, dırmanar ağaca...Yazıqların çoxuGözü qıpıq,Quyruğu qısıq,çoxu da axsaq olar.Harın ev itləriZənciri qıranda,Tozanaq qoparıb, hayqırandaOnların bəzisi qurumsaq olar, –YanındakıQancığı qoyub əkilər,Bir kolun dibinə çəkilər...Onların gözündəBəlkə dəƏn təmiz, təmizkar adamKüçəyə sümük atandı.Ən pisi, bihörmətiƏti adamlara satandı.Bir halda ki, onlarDaha tez yeməyibacarır,Bu əti bəs niyəAdamlardaşıyıbaparır?Eh, hələ bu nədi,Onlara çox görən tapılırBu gecə zülməti.Bəzən görürsənGecələrin bir gecəsində,İtlərin dalda birküçəsindəŞərikli oldularbir xəlvətliyə!İki it məhəbbətlirast olduİki adam məhəbbətliyə.Onlar: hırıldadı,Bunlar mırıldadı.

Onlar:«Poşol», – deyib gülüşdülər,Bunlar da:yer eşib hürüşdülər.Qəfil bir əlləmədəyincə birinə,Əlvida deyirləritlər özsümsünək yerinə.Topa-topagəzir bunlarbizim qəsəbədə.Qonşuda bir qocayaman əsəbidi,Yata bilmir,deyir, deyinir.Gecəyarı geyinir,düşür həyətə.Ay-hay, yetdi ha itə!..Qoca hey azarlanır,Qoca hey azaylanır:Bu küçə itləri yaman çoxalıb,Bu gecə itləri yaman çoxalıb...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets