Əfqanın cavabı
Bizdən salam olsun, o Mirzə canaDastan tək olmağın mənası necə?Deməynənki onu deyən anlamazKitablarda varmı onunçün heca.
Aslan Osmanlıydı, qarlı dağ aşdı,Gəldi burda düşməniylə dalaşdı.Təkcə olmaq bir Allaha yaraşdı –Həm gündüz xəlq edib, həm də ki, gecə.
Şair sözün deməz heç mərəz üçün,Zaxotu yazmışam xaçpərəst üçün.Əfqan o dağlardan çox tutub laçınTərlan ovun alar, olsa hər necə.
Kitabxana.az · https://kitabxana.az/en/works/coban-efqan-efqanin-cavabi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Olmusan can verməyə amadə, xoş gəldin, oğul
Olmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Fəsillər qarışmış biri-birinəSahildəQızılgül kolları
Dutaşdı könlümə hicr odu hər yanDutaşdı könlümə hicr odu hər yan,Səni göydürməsün, ey həmnişin, yan.
ArasındaSurətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.