İstisu lövhələri
Günəş elə bil ki, zirvədə yatır,Baxıb bir lövhəyə, heyran qalmışam:Dağın zirvəsində gün-günortadır,Dərənin dibini haqlayır axşam.
Bir parça buludda bir dəniz yükü,Külək uğultusu qış nəğməsidir.Tərtərin ən ağır, ən əziz yüküGül-çiçək ətridir, quş nəğməsidir.
Vəhmi dağ titrədir sel nərəsinin,Bir çayın səsinə bir dərə dardır.Yarğanda uzanan qar tirəsininNəhəng bir timsaha oxşarı vardır.
Kölgə var uyuyur qaya dibində,Elə ömürlük də uyuyacaqdır.Uzaqda alışan bir kibritin dəQoxusu burnunda duyulacaqdır.
İstisu, iyul, 1968
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-istisu-lovheleri
Use ← → keys to move, R for a random poem
More by this author
Sənə də qar yağdı, güvəndiyim dağ!Sən də örənidin, a yaşıl yamac!
Səbrimdən inadıma məktubHər «səfər» qabağı mənimlə danış,Məni məşvərətçi baba bil hərdən.
Gözləri yol çəkən ana mahnısı(nəğmə)*Bir ana, boynunu burmaqdan yorulmaz.
Dağ yaddaşında yazıBirisini çıxartdılar uca bir yerə,Tez aşağı daş hellətdi:
Poems by other poets · Nature and spring
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
DağıstandaAy ariflər, gəlin sizə söyləyim,Gətirir bağçalar bar Dağıstanda.
GəlinEy süzgün gözləri səhər yıldızı,Pərişan telləri yasəmən gəlin!